Azərbaycan tarixi


Çarizmin milli-qirğın siyasəti



Yüklə 0,62 Mb.
səhifə181/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   177   178   179   180   181   182   183   184   ...   269
Azərbaycan tarixi mühazirə

Çarizmin milli-qirğın siyasəti. XX əsrin əvvvəllərində iqtisadi böhran nəticəsində müəssisələrin bağlanması, iş­sizliyin artması, iş və məişət şəraitinin dözülməz olması fəhlələrin siyasi cəhətdən oyan­masına və inqilabi hərəkatın başlanmasına zəmin yaradırdı. 1901-ci ilin mart ayında Rusiya Sosial Demokratik Fəhlə Partiyasının (RSDFP) Bakı Komitəsi yaradıldı. Bakıda fəhlə hərəkatına rəhbərliyi ələ keçirməyə çalışan Bakı Komitəsi leninçi “İskra” qəzetini və digər inqilabi ədəbiy­yatları çap etmək üçün “Nina” gizli mətbəəsini təşkil etdi.1902-1903-cü illərdə Bakının sənaye müəssisələrində baş verən tətillər, 1903-cü ilin iyul ayında baş verən siyasi nümayiş və ümumi tətil Azərbay­canda fəhlə hərəkatının yeni mərhələyə qalxdığını göstərirdi. 1904-cü il dekabrın 13-də başlayan Bakı fəhlələrinin ümumi tətili Rusiya proletariatının inqilabi mübarizə tarixində ilk dəfə neft sənayeçiləri ilə fəhlələr arasında dekabrın 30-da bağlanan kollektiv müqavilə ilə başa çatmışdı. Fəhlələr bu müqaviləni “Mazut Konstitusiyası” adlandır­mışdılar. Tətil dekabrın 31-də fəhlələrin qələbəsi ilə başa çatdı.
1905-ci il yanvarın 9-da Peterburqda nümayiş iştirakçı­larının qülləboran edilməsi tarixə “Qanlı bazar” günü hadisəsi kimi daxil oldu. XX əsrin birinci xalq inqilabı – 1905 - 1907-ci illər burjua-demokratik inqilabi başlandı. “Qanlı bazar” faciəsi Bakıda çox böyük əks-səda doğurdu. Təkcə yanvar ayında Bakıda və Bakı quberniyası ərazisində 25 müəssisənin fəhləsi tətil etdi. Bakı müəssisələrində başlanan tətilə Azərbaycanın bir çox bölgələrinin işçiləri, o cümlədən Yelizavetpol dəmiryol stansiya­sının, Gədəbəy mis mədən­lərinin, Ləki yağ zavodunun, Nuxa və Şuşa ipək emalı fabriklərinin fəhlələri də qoşuldular.
Azərbaycanda inqilabi hərəkatın yüksəlişindən narahat olan çarizm Cənubi Qafqazda erməni-müsəlman qırğını törətdi. 1905-ci il fevralın 6-dan 9-dək Bakıda, fevralın 20-21-də İrəvanda, may ayında Naxçıvanda, avqustun 16-21-də Şuşada, 20-26-da yenidən Bakıda erməni daşnakları çarizmin havadarlığı ilə azərbaycanlılara qarşı soy­qırımı törətdilər. 1905-1906-cı illərdə çarizmin Azərbaycanda törət­diyi milli qırğın siyasətində “Daşnaksütyun” partiyası və erməni millət­çiləri həlledici rol oynayırdılar. Milli qırğınlar nəticəsində 10 minədək adam qətlə yetirilmiş, 158 müsəlman kəndi dağılmış, minlərlə evlər yan­dırılmışdı. Çarizm milli qırğınlarla bərabər inzibati tədbirlərə də əl atırdı. Çar hökuməti Azərbaycanda repressiyaları güclən­dirmək üçün 1905-ci il fevralın əvvəllərində Bakıda fövqəladə vəziyyət elan etdi. Çar II Nikolay 1905-ci il fevralın 26-da “Qafqazda tezliklə sülh və sakitlik yaratmaq üçün” yenidən Qafqaz canişinliyini bərpa etdi. Qatı şovinist və ermənipərəst Vorontsov-Daşkov canişin təyin edildi. Bakıda hərbi quber­nator vəzifəsi təsis edildi. Ermənilərə havadarlıq edən, türklərə nifrətlə yanaşan Qafqaz canişini Rusiya imperiyasının “Parcala, hökm sür!” siyasətini həyata keçirir, rus qoşunlarına və kazaklara “tatarlara” (azərbaycanlılara) atəş açmaq əmri verirdi.
Çarizmin himayəçilik siyasətindən bəhrələnən ermənilər Azərbay­can iqtisadiy­yatının inkişafından azərbaycanlılara nisbətən 10 dəfədən çox mənfəət əldə etmişdilər. Azərbaycanda fəaliyyət göstərən 167 neft şirkətindən əksəriyyəti xırda müəssisələr olmaqla cəmi 49 şirkət azərbaycanlılara məxsus olduğu halda, zəngin erməni ailələri 55 orta və iri şirkətin sahibləri idilər. Şərabçılıq, balıq sənayesi, tütün istehsalı kimi gəlirli sahələr də ermənilərin əlində idi. Dünyanın tanınmış iş mərkəz­lərindən birinə çevrilən Bakıda gəlmə ermənilərin sayı 50 minə çatmışdı. Erməni tacirləri Bakının iqtisadi həyatında əsas mövqeləri ermənilər ələ keçirmişdilər. Bu cür iqtisadi uyğunsuzluq, hökumətin hər zaman erməniləri himayə etməsi ermənilərlə azərbaycanlılar arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirirdi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin