Azərbaycan


TEMA 16. QAZANILMIŞ MANAT



Yüklə 1,2 Mb.
səhifə27/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   23   24   25   26   27   28   29   30   ...   59

TEMA 16. QAZANILMIŞ MANAT


(Xalq nağılı)

Biri var idi, biri yox idi, bir dəmirçi var idi. Bu dəmirçinin bir oğlu var idi.

Dəmirçinin oğlu tənbəl idi. İyirmi yaşına çatmışdı, amma hələ bir qara qəpik də qazanmamışdı. O, çox sağlam, həm də gülcü idi. Ancaq atasının qazancını yeyirdi.

Aylar keçdi, illər dolandı, dəmirçi qocaldı. O, günlərin birində oğlunu yanına çağırıb dedi:

- Bilmirəm, sən tənbəllikdə kimə oxşamısan. Əlimin zəhməti ilə var – dövlət yığımışam. Sən heç bir manat da qazana bilmirsən.

Tənməl oğlan dedi:



  • Pəh, bir manatı qazanmaq nə böyük işdir ki...

Atası dedi:

  • İndi ki, elədir, get qazan. Əgər bir manat qazansan, mən öləndən sonra bütün var – dövlətim sənindir, qazanmasan, sənə heç nə çatmayacaq.

Tənbəl oğlan bilmədi nə eləsin. Atasının var-dövlətindən əl çəkmək istəmirdi. Bunun üçün işləmək lazım idi. Ata ilə söz güləşdirmək də olmazdı. Qoca dəmirçi sözünün üstündə möhkəm dururdu.

Ancaq ananın oğluna yazığı gəkirdi. Ara xəlvət olanda, ana oğlunu çağırıb dedi:



  • Qulaq as, oğul! Al, bu sənin manatın. Get axşama kimi gəz, axşam evə qayıdanda özünü elə göstər ki, işdən gəlirsən. Manatı da verərsən atana, deyərsən ki, qazanmışam.

Tənbəl oğlan anasıdan manatı aldı, pendir, çörək, bir də çaxır tuluğunu götürüb dağa çıxdı. Bütün günü yedi, içdi, göy otun üstünə uzandı. Axşam evə qayıtdı. Manatı atasına verib dedi:

  • Al, ata! Bu da manat! Amma bu mənə asan başa gəlməyib, bərk yorulmuşam. Belimi düzəldə bilmirəm.

Ata manatı aldı, o tərəfinə, bu tərəfinə çevirdi, axırda ocağa tullayıb dedi:

- Bu manatı sən qazanmayıbsan!

Tənbəl oğlan çiyinlərini çəkib dedi: “İnanmırsan, inanma!”. Sonra yatmağa getdi.

Bu hadisədən bir gün keçəndən sonra anası oğluna başqa bir manat verib dedi:

- Sən bütün günü istəyirsən yat, istəyirsən uzan, amma axşam evə qayıdanda yolu bir qədər bərk yüyür. Onda həm tərləyəcəksən, həm də yorulacaqsan. Atan da inanar ki, sən bütün günü işləyib, öz zəhmətinlə pul qazanmısan.

Oğlan elə də etdi. Axşam evə qayıdanda atasına dedi:

- Amma bu manatı mən çox çətinliklə qazanmışam. O qədər yorulmuşam ki, ayaqlarım sözümə baxmır.

Ata pulu oğlundan aldı, yenə də o üzünə, bu üzünə çevirdi, axırda ocağa atıb dedi:



  • Məni aldadırsan, oğul! Bu manatı sən mütfə tapmısan, nahaq yerə dağdan qaçıb özünü yormusan.

Tənbəl gülümsəyib dedi:

- İnanmaq istəmirsən, heç inanma.

Tənbəl oğul yenə yatmağa getdi. Amma anasının gözünə yuxu getmirdi. Fikirləşirdi ki, qocanı aldada bilmir, pullar nahaqdan korlanır. Ana oğlunu çağirib dedi:


  • Oğlum, əgər sən atanın var-dövlətinə sahib olmaq istairsənsə, doğrudan da, işləməlisən.

Tənbəlin başqa əlacı yox idi. O, bütün həftəni işlədi. Bu yolla pul topladı. Atasının yanına gəldi, bir ovuc xırda pulu onun ovcuna tökdü.

Qoca xırda pulları yenə əlində oynatdı, işiğa tutdu, baxdı, sonra da zibil kimi ocağa atdı.

Tənbəl ağlaya-ağlaya dedi:

- Mən bir həftədir işləyirəm. Əziyyətlə qazandığım pulları ocağa atırsan?

Tənbəl tez əlini uzadıb, odun içindən pulları yığmağa başladı.

Ata ona baxıb dedi:

- Bax indi inandım ki, bu manatı sən özün qazamısan. Özgənin verdiyi pul müftə olduğu üçün ona heyfin gəlmirdi. Amma özünün çətinliklə qazandığın pullara heyfin gəldi.

Ata bütün var-yoxunu oğluna vəsiyyət etdi.



(Azərbaycan xalq nağılı)

Lüğət


dəmirçi – кузнец

tənbəl – лентяй

bir qara qəpik qazanmamışdı – не заработал ни одной копейки

çiyin – плечо

yüyürmək – здесь: бежать

müftə - бесплатно, даром

korlanmaq – портиться

xırda – мелкий

heyfi gəlmək – жалеть

söz güləşdirmək - пререкаться

sözün üstündə möhkəm durmaq - твёрдо стоять на своём сдерживать слово

ara xəlvət olanda - втайне, когда никто не видит


Tapşırıq 107 Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 108. Suallara cavab verin

- Dəmirşinin oğlu necə oğlan idi?

- Dəmirçi qocalanda oğluna nə dedi?

- Anası oğluna nə təklif etdi?

- Dəmirçi niyə oğluna inanmadı?

- Niyə axırıncı dəfə dəmirçi oğluna inandı?

- Rus xalqının buna bənzər nağılı varmı?


Tapşırıq 109. Nağılı hissələrə bölün, hər hissəni adlandırın və məzmununu danışın

Tapşırıq 110. Aşağıda verilən cümlələri rus dilinə tərcümə edin

Dəmirçi oğluna inanmadı.O, başa düşdü ki, oğlu bu pulları zəhmətlə qazanmayıb, havayı tapıb.Oğlunu yoxlamaq üçün dəmirçi pulları oda atdı.Oğlu isə sakit-sakit dedi : “İnanmırsan – inanma”. Və yatmağa getdi.

Tapşırıq 111. Cümlələri Azərbaycan dilinə tərcümə edin

Мать поняла, что не может обманывать мужа. Тогда она предложила сыну действительно поработать. Сын работал целую неделю и принёс заработанные деньги отцу. Отец опять бросил их в огонь. Но сын заплакал и сказал: «Я заработал их трудом» и бросился доставать деньги из огня. Тогда отец поверил сыну и оставил ему всё наследство.
Tapşırıq 112. Zəhmət haqqında rus atalar sözlərini tapın və Azərbaycan dilinə tərcümə edin.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin