Azərbaycanda neft sənayesi



Yüklə 22,7 Kb.
səhifə3/3
tarix02.04.2022
ölçüsü22,7 Kb.
#115094
1   2   3
Netf mədənləri

    Bu səhifədəki naviqasiya:
  • XX əsr

XIX əsr


1803-ci ildə dünyada ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda ikiquyudan neft çıxarmağa başlamışdır. Lakin birinci dəniz mədəninin ömrü çox qısa olmuşdur – 1825-ci ilin güclü dəniz fırtınası quyuları məhv etmişdir.

1846-cı ildə Bibiheybətdə Zaqafqaziya diyarı Baş İdarəsinin üzvü olan Vasili Semyonovun təklifi ilə Bakı neft mədənlərinin direktoru mayor Alekseyevin rəhbərliyi altında sənaye üsulu ilə 21 metr dərinlikdə kəşfiyyat quyusu qazılmış və müsbət nəticə vermişdir.

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmışdır. Dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır. 1859-cu ildə Bakıda Dubinin qardaşlarının iri neftayırma zavodu istifadəyə verilmişdir. Zavodda əsasən ağ neft istehsal olunurdu. 1872–1873-cü illərdə Xəzər dənizində taxta barjlarla neft nəql edilmişdir.

XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Mirzə Əsədullayev, Ağabala Quliyev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.

Şəhərin neft baronları kimyaçı Dmitri Mendeleyev kimi tanınmış şəxslərdən məsləhətlər almağa can atırdılar və burma qazma və qazlift kimi yeni innovasiya texnologiyaları ilk dəfə olaraq Azərbaycanda sınaqdan keçirildi. Lakin ilkin olaraq “aut zərbələr” Azərbaycanda ən çox neft hasilatının payına düşürdü, bu pay 1887-ci ildəki 42%-dən 1890-cu ildə 10,5%-dək azaldı. 1872-ci ildə Nobel qardaşları Bakıda "Branobel" adlı ilk neft şirkətini təsis etdilər.] 1887-ci ildə Nobel qardaşları Xəzər dənizində ilk neft tankeri aldılar və bu da sonda bütöv bir donanmaya qədər genişləndi.



1877-ci ildə Qızdırma məqsədi ilə işlənən ağ neftin nəql edilməsi üçün ilk metal gövdəli “Zərdüşt” paroxodu tikilib istifadəyə verilmişdir. 1878-ci Nobel qardaşları şirkətinin maliyyə vəsaiti hesabına mədənlərlə neftayırma zavodlarını birləşdirən dəmir yolunun tikintisinə başlanılmış və inşaat işləri 1879-cu ilin aprelində başa çatmışdır. 1885-ci ildə Neft sənayesi tarixində ilk dəfə olaraq mühəndis Q.V. Alekseyev, Bakıda (S.M. Şibayevin zavodunda) yağlı qudronun krekinqi vasitəsilə benzin və ağ neft istehsal edən sənaye miqyaslı kub qurğusunu işləmiş və quraşdırmışdır.

XX əsr


Rotşildlər və Nobel qardaşları kimi əsas investorların gəlişi ilə 20-ci əsrin əvvəllərində kapital axını Azərbaycanda neft hasilatının xeyli artırılmasına və xidmət sahəsində çevik artıma səbəb oldu. Bu artım dövrü Bakının memarlığında güclü izlər buraxdı, bunun sayəsində inzibati, sosial və bələdiyyə müəssisələri yaradıldı, neft baronları tərəfindən dəbdəbəli saraylar inşa edildi.

1901-ci ildə Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə sahib olmuşdu. 1920-ci ildə mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayesi milliləşdirildi. Respublika xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesinin milliləşdirilmiş müəssisələrinin idarə olunması və milliləşdirmənin qaydasının müəyyən edilməsi Azərbaycan Neft Komitəsi tərəfindən həyata keçirilirdi. Azərbaycan neftçiləri əzablı və gərgin əmək sayəsində əldə etdikləri 3 milyon tonadək nefti 1920-ci ilin sonunadək Rusiya SFSR-inə göndərmiş, beləliklə, onun iqtisadiyyatının dirçəlməsinə, müdafiəsinin təmin edilməsinə əsaslı zəmin yaratmışdır. VIII Ümumrusiya Sovetlər qurultayı əmək hünərinə görə Azərbaycan neftçilərini ilk "Qırmızı əmək bayrağı" ordeni ilə təltif etməyi qərara aldı.

1921-ci ildə respublikanın sənaye istehsalı 1913-cü ilin istehsal səviyyəsinin 43 faizini təşkil edirdi. 1918-ci ildən 1921-ci ilə qədər Bakıda neftçi fəhlələrin sayı azalaraq 52 mindən 23 minə enmişdi. Bakı neft sənayesi xüsusilə ağır vəziyyətdə idi. Neft istehsalı üç dəfə azalmışdı, 1913-cü ildə istehsal edilmiş 7,3 milyon tondan 1920/21-ci təsərrüfat ilində 2,4 milyon tona enmişdi ki, bu da müharibədən əvvəlki səviyyənin 33,4 faizini təşkil edirdi. Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmışdı.]40 neft emalı zavodundan yalnız 18-i fəaliyyətdə idi, onlar da lazımi avadanlıq və xammal çatışmazlığı üzündən fasilə ilə iləyirdi. Neft emalı 3,5 dəfəyə qədər azalmışdı. Həmin ildə, Türkiyənin Bakıdakı səfiri Mahmud Şövkət bəy 1921-ci ilin aprelində Azərbaycan XİK-dən inqilabi Türkiyəyə iqtisadiyyat, neft sahəsində yardım göstərilməsini xahiş etdi. Tezliklə Azərbaycandan Türkiyəyə neft məhsulları göndərildi.

1921-ci ilin əvvəllərində neft sənayesi ağır vəziyyətdə idi, vəsait çatışmazlığı üzündən, hətta Mərkəzi Sovet dövlətinin gücü ilə də onun yaxın zamanda bərpası mümkün olmadığından neft mədənlərini xarici kapitalistlərə konsessiyaya vermək məsələsi ortaya çıxdı.[9] Azərbaycan neftinin taleyi əsasən Mərkəzi hakimiyyətin əlində idi.[9] 1921-ci il fevralın 1-də RSFSR Xalq Komissarları Soveti qərar çıxardı: Bakının və Qroznının ayrı-ayrı neft rayonlarının, həmçinin başqa mədənlərin konsessiyaya verilməsi əsas etibarilə bəyənilsin.[9] Rusiya XKS-i Ümumrusiya Xalq Təsərrüfatı Şurasına tapşırdı ki, neft çıxarmağı təmin etmək və mədənlərin indiki istismarı zamanı yarana biləcək fəlakətlərin səbəblərini öyrənmək üçün Bakıya və Qroznıya komissiyalar göndərsin.[9]

Lakin Bakı fəhlələri arasında belə bir inam var idi ki, onlar öz mədənlərini konsessiyaya vermədən özləri bərpa edə bilərlər.[9] Bu məsələ 1921-ci ilin ortalarında Moskvada keçirilmiş müşavirədə Bakı neftçilərinin nümayəndəsi – Mədən Fəhlələri Həmkarlar İttifaqı MK-nın sədr müavini M.E.Sapunovun məruzəsində qaldırılmışdı. Bu fikirlə tanış olan Vladimir Lenin onu kifayət qədər inandırıcı hesab etməmişdi. Buna görə Bakı neftçiləri öz nümayəndəsini — AHİŞ Rəyasət Heyətinin üzvü A.Nikişini Leninin görüşünə göndərərək, konsessiyalar haqqında müqavilənin bağlanmasını ləngitməyi xahiş etmiş və mədənləri öz qüvvələri ilə bərpa etməyə söz vermişdilər. Onlar verdikləri sözə əməl etdilər. 1921-1922-ci illərdə Bakı fəhlələrinin istehsalat uğurları göstərdi ki, o zaman xarici kapitalın iştirakı olmadan da neft sənayesini dirçəltmək mümkündür. Bakı fəhlələrinin qəhrəmancasına əməyi nəticəsində 1922-ci ildə neft hasilatı artmağa başladı.

1924-cü ildə Bakı mühəndisi Matvey Kapelyuşnikovun icad etdiyi turbobalta ilə Suraxanıda dünyada dərinliyi 600 metrə yaxın olan ilk neft quyusu qazılmışdır. 1924-cü ildə dünyada ilk dəfə Bibiheybət körfəzində ada tipli və svaylar üzərində qurulmuş dəniz quyusundan (№71) sənaye üsulu ilə neft alınmışdır. Azərbaycanda neft sənayesi 1920-ci ildə milliləşdirildikdən sonra Naftalan neftinin qazma yolla çıxarılmasına başlanmışdır. Eyni zamanda 1928-ci ildən etibarən Azərbaycanda Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılmışdır.

1929–1934-cu illərdə Bakıda Vladimir Şuxov, Matvey Kapelyuşnikov və Fətulla bəy Rüstəmbəyov tərəfindən boruşəkilli krekinq qurğusu ixtira edilmişdir. Həmin qurğuda həyata keçirilən proses dünya neft tarixinə "sovet krekinqi" adı ilə düşmüşdür. 1930-cu ildə Bakıda ilk dəfə olaraq elektrik karotaj və qazmada əyriliyin ölçülməsi tətbiq edilmiş, həmçinin qazmanın əyriliyini ölçmək üçün cihazların istifadəsinə başlanılmışdır



1934-cü ildə Pirallahı adasında ilk dəfə olaraq maili istiqamətli quyu qazılmışdır. Bayılda Ağa Nemətulla tərəfindən icad edilmiş turbin üsulu ilə 2000 metr dərinlikdə maili quyu qazılıb istifadəyə verilmişdir. 1940-cı ildə Qala və Suraxanı sahələrində SSRİ-də ilk dəfə olaraq elektrik mühərriki ilə dərinliyi 2500 metr olan neft quyusu qazılmışdır. 1938-ci ildə Azərbaycan Elmi-Tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institutunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır.
Yüklə 22,7 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin