DİFFUZİON (diffusion) – Təsvirin yumşaldılması üçün kinoçəkiliş obyektivindəki optik qarmaq üzərinə rastr vurulmuş yastı – paralel lövhəcik. Bu lövhəcik həvəskar işdə tül və ya qaz toxuması ilə əvəz edilə bilər. Optik qarmaq iri planda portretlərin kinoçəkilişi zamanı tətbiq edilir.
DİXROİK GÜZGÜLƏR (dichroic receivers) – Üzərinə ayrı-ayrı sınma əmsalına malik müxtəlif qalınlıqlı materiallardan təbəqə çəkilmiş şüşə lövhələr. Hər bir dalğa uzunluğu üçün əksetdirmə şərti müxtəlifdir. Təbəqənin materialını və qalınlığını seçməklə əksetdirmənin (göstərmənin) istənilən spektral xarakteristikasını almaq olar.