DİREKSİYA (management/board (of directors)) – Direktor başda olmaqla, müəssisədə, qurumda yayım və istehsalat bölümünün rəhbərliyi.
DİREKTİV (instructions/directives) – Yuxarı orqanın sərəncamı, rəhbər göstərişi, tapşırığı.
DİRİJOR (conductor/band master) – Orkestri, xoru, opera və ya balet tamaşasının musiqi hissəsini idarə edən şəxs.
DİSHARMONİYA (disharmony/discordance)– Musiqi əsərində, yaxud verilişdə harmoniyanın pozulması, ahəngsizlik, uyumsuzluq, uyarsızlıq. Dağınıqlıq, yayğınlıq.
DİSK (disc) – İnformasiyanı yazmağa və canlandırmağa qabil olan materiallar təbəqəsi ilə örtülmüş dairəvi val formasında informasiya daşıyıcısı; yastı, girdə lövhə. Örtük tipindən asılı olaraq D.-lər lazer şüasının köməyi ilə informasiyanın yazılışı və hesablanması üçün nəzərdə tutulan maqnit, optik və səthin müvafiq sahələrini qızdırmaq yolu ilə məlumatları poza bilən, həmçinin yazılış və hesablama funksiyalarını yerinə yetirən maqnit-optik növlərə təsnif olunur. TV və radioda tamaşaların,kliplərin, musiqi nömrələrinin, yaxud çıxışların rəqəmli texnologiya ilə yazıldığı xüsusi vasitə.