Азярбайъан Енсиклопедийасы


DİKTOR MƏTNİ (announcer's text)



Yüklə 2,68 Mb.
səhifə119/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   115   116   117   118   119   120   121   122   ...   809
DİKTOR MƏTNİ (announcer's text) – Sənədli, elmi-kütləvi və tədris filmlərində daha geniş tətbiq olunan şərh, yaxud aydınlaşdırıcı mətn. D.m. bir sıra tələblərə cavab verməlidir: dəqiq olmalıdır, yəni fikir aydın ifadə olunmalıdır; kütləvi olmalıdır, yəni filmin nəzərdə tutulduğu auditoriya üçün anlaşıqlı sözlərdən istifadə edilməlidir; yığcam olmalıdır – burada fikri qarışdıran artıq heç nə olmamalıdır; parlaq obrazlı, yəni dilin lüğət tərkibi və rəngarəng nitq formaları ilə zəngin olmalıdır. D.m. çox vaxt bir sıra qüsurlardan xali olmur: həmin mətnlərdə kəskin sözlərə, sərt ifadələrə, atalar sözlərinə, zarafatlara, ritorik suallara, elmi müqayisələrə, aforizmlərə, metaforalara, hiperbolaya nadir hallarda rast gəlmək olar, müəllifin hisslərinin təzahürü – qəzəb, ittiham, sevinc və s. nəzərə çarpmır. D.m. üzərində işləyərkən yadda saxlamaq vacibdir ki, mətni obrazlı sözdən və bədii ifadələrdən məhrum etmək lazım deyil. Hər bir filmdə sözlə kadrın qarşılıqlı, fasiləsiz şərtlənməsi əsas amil olmalıdır. Buna görə də D.m., söz filmin təsvir hissəsinin, kadrın üzərinə dəqiq düşərək filmin vahid görüntü-səs təbiətini təşkil etməlidir.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin