DİSPUT (public debate) – Vacib elmi, ədəbi, ictimai və s. mövzuya dair açıq mübahisə.
DİSSEKTOR (dissector) – Ötürücü TV borusu. Bu boruda optik görüntü (təsvir) fotoelektron çoxaldıcının köməyi ilə elektrik siqnalına çevrilir.
DİSSONANS (dissonance/discord) – 1) Tam, yaxud yetərincə uzlaşmayan səslərin bir-birini tamamlaması; 2) Hər hansı bir şeydə uyarlığın olmaması, uzlaşmazlıq, haçalanma.
DİSTORSİYA (distortion) – Girişdən daxil olan siqnalların çıxışda tam əldə edilməməsi, işlənmə prosesində itkiyə məruz qalması, xüsusən səs güclənəndə meydana gələn nöqsanlar. D. zamanı nisbət 1/100-dən az olmalıdır. Obyektivin sahəsinin kənarlarındakı və mərkəzindəki təsvirlərin müxtəlif miqyasda olması nəticəsində sahənin kənarlarında əmələ gələn düz xətlər əyilərək təhrif olunur. D. ucbatından kvadratın təsviri yastıq şəklini alır – yastıqvari təhriflər, yaxud çəlləklər – çəlləkvari təhriflər. D. diafraqmanın vəziyyətindən asılı olur və linzanın qarşısında, yaxud arxasında olan sadə linzalar üçün xeyli iri olur.