Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə133/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   129   130   131   132   133   134   135   136   ...   809
DUBLET (duplicate) – Hər hansı bir şeyin ikinci nüsxəsi, eyniləşdirilmiş iki şeydən biri.

DUBLİKAT (duplicate) – Əsas sənədi əvəz edən ikinci nüsxə; kağızın, lentin, fotonun, filmin surəti.

DUBLYAJ (dub) – Nəyinsə surətini yaratmaq. Kinofilm fonoqramının başqa dildə yenidən yaradılması. D.-ın başlıca şərti ekranda aktyorun dodaqlarının hərəkəti ilə yeni mətnin tələffüzünün sinxronluğudur. Azərbaycanda ilk dəfə «Çapayev» filmi (1937) dublyaj edilmişdir.

DUBLYAJ OLUNMUŞ FİLM (dubbed film) – Səsli filmin başqa dildən (yaxud başqa dilə) bir səslə – diktor dublyajı; bir neçə səslə – aktyor dublyajı və yaxud geniş aktyor heyətinin ifasında səsləndirilməsi – tam dublyaj.

DUBLYOR (dubbing actor) – 1) Eyni, yaxud bənzər işi başqası ilə yanaşı görən adam və s.; 2) Kinoda əsas rolu əvəz edən aktyor; başqa dilə çevrilmiş filmin mətnini söyləyən kino aktyoru.

DUET (duet) – Hər biri müstəqil olmaqla ikilikdə oxunan və ya çalınan musiqi əsəri.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin