FOTOELEKTRİK DƏYİŞDİRİCİ (photoelectric converter) – Təsvirə müvafiq elektrik siqnalının formalaşdırılması üçün nəzərdə tutulan qurğu. F.d.-nin əsas xassələri dəyişdirmə, həssaslıq, spektral və həlledicilik qabiliyyətidir.
FOTOQRAFİK İŞIQ HƏSSASLIĞI (photo(light) sensitivity) – Fotoqrafik materialın işığın və sonrakı aşkarlamanın təsiri altında qaralma xassəsi. Müəyyən sıxlığın qaralması üçün nə qədər az ekspozisiya tələb edilərsə, kinolent bir o qədər həssas hesab olunur.
FOTOLAMPALAR (flashgun)– Foto və kino çəkilişləri zamanı işıqlandırma üçün nəzərdə tutulan közərmə lampaları. Ani və güclü işıq verən F. qısa müddətdə işlənir.