GENİŞFORMATLI KİNO (wide aspect cinema) – Çəkilişində və nümayiş etdirilməsində 50-70 mm-lik kinoplyonkalardan istifadə olunan kino növü. Praktiki olaraq XX əsrin 50-ci illərindən tətbiq olunmağa başlanmışdır. G.k. kinematoqrafiyanın inkişafında ekranda təsvir sahəsinin xeyli böyüməsi və keyfiyyətinin yaxşılaşması ilə xarakterizə olunan yeni mərhələ açmışdır. G.k.-da eni adi lent enindən 2 dəfə artıq olan kino lenti, stereofonik 6 kanallı səs sistemi tətbiq edilir, daha mükəmməl genişbucaqlı optikadan istifadə olunur.