İŞIĞIN DİSTORSİYASI (light distortion) – Şüa axınlarının məhdudlaşdırıcı diafraqmadan keçməsi zamanı işığın düzxətli yayılmasının pozulması. Difraksiya zamanı işıq sanki maneənin kənarından əyilərək, düzxətli olduğuna görə şüaların düşə bilmədiyi sahələrə yayılır. Hərçənd difraksiya işığın hər cür diafraqmadan keçməsi zamanı baş versə də, yalnız kiçik yarıqlar olduqda nəzərə çarpır.
İŞIĞIN ƏSAS ADDİTİV RƏNGLƏRİ (elementary additive colors) – Qırmızı, yaşıl və mavi rənglərdir. TV ekranında təsvirə diqqətlə nəzər yetirdikdə müəyyənləşir ki, rəngli görüntü aldanışı üç-üç qruplaşmış on minlərcə rəngli nöqtənin hesabına yaranır. Hər qrupa qırmızı, yaşıl və mavi nöqtələr daxildir. Hər nöqtədəki rəngin dolğunluğundan asılı olaraq arzulanan ümumi rəng təəssüratı alınır.