QÜTBLƏŞMƏ (polarizing) – Oxşar tezliklərin siqnallarını fərqləndirməyə və mövcud zolaq çərçivəsində daha çox siqnal ötürməyə imkan verən radiosiqnalın xüsusiyyəti. Xətti (şaquli/üfüqi) və dairəvi (sol/sağ) Q.-lər mövcuddur.
L
LABORATORİYA (lab/studio) – 1) Elmi-tədqiqat, istehsalat, tədris müəssisələrində və s. müxtəlif eksperimentlər aparılan şöbə və ya bölmə; xüsusi avadanlıqla təchiz olunur; 2)Yaradıcı sənətkarın (yazıçı, ssenarist, rejissor, jurnalist və s.) fəaliyyət sahəsi. Rejissorun laboratoriyası (emalatxanası); 3) Kinolentin aşkarlandığı xüsusi istehsalat otağı.