MONODRAM (monoplay/monodrama) – 1) Bir aktyorun ifasında oynanılan dram əsəri; 2) Bir qəhrəmanın monoloqu şəklində yazılmış dram.
MONOFONİK SƏSYAZMA (monophonic recording) – Bir neçə mənbədən gələn səs dalğalarını birlikdə bir daşıyıcı üzərində cəmləyən səsyazma üsulu; yazı ümumi qurğudan (məs., reproduktordan) səsləndirilir. Bu zaman müxtəlif mənbələrdən alınmış səslər sanki bir nöqtədən eşidildiyi üçün səslənmənin perspektivliyi təhrif olunur, səsin tembri dəyişir, ayrı-ayrı mənbələrə uyğun səslərin eşidilmə dəqiqliyi azalır və s. M.s. tədricən daha təkmil stereofonik səsyazma ilə əvəz olunur.