MONTAJ İMPULSU (edit pulse) – Elektron montaj impulsu. Mexaniki montaj prosesinin asanlaşdırılması üçün yoxlama cığırına yazılan TV siqnallarının cüt sahələrinin sönən kadr impulsu (SKİ).
MONTAJ KADRI (edit film/frame grabbing) – Filmin tərkib hissəsi, ayrıca montaj parçası. M.k. çəkiliş zamanı hərəkətsiz, yaxud yerini dəyişən kinoçəkiliş aparatının köməyi ilə lentə alınan hərəkətin bu və ya digər məqamından ibarətdir. Hər bir M.k. özünün məzmununa, süjet ardıcıllığına, kompozisiyasına və ritmik quruluşuna görə onunla əlaqədar olan və müxtəlif vaxtlarda, müxtəlif nöqtələrdən çəkilən digər montaj kadrları ilə üzvi surətdə bağlanır.