MONTAJ FİLMİ (edit film/frame film) – Filmotekaların: kinoxronikanın və sənədli kinoçəkiliş materialının sistemli mühafizəsi ilə məşğul olan təşkilatın materialları əsasında hazırlanan film. Məsələn, M.Rommun «Adi faşizm» filmi tipik M.f.-nə nümunə ola bilər. M.f.-lərində təsvir materiallarının ustalıqla seçilməsi və ona münasib diktor mətni yazılması xüsusi əhəmiyyət kəsb edir.
MONTAJI ASANLAŞDIRMAQ QAYDALARI (simple editing rules) – Çəkiliş prosesindən sonra montajı müxtəlif üsullarla asanlaşdırmaq qaydaları. Montajı nəzərə almaqla aparılan çəkiliş zamanı əməl olunan bu qaydalara: a) planların son həddinədək qısaldılması (yəni lentin üzərində montaj üçün «ara» qalmasından ötrü hərəkətin başlanğıc və sonunun həmişə artıqlaması ilə çəkilməsi); b) ehtiyat montaj materialının çəkilməsi (montaj üçün həmişə ara planlar, yəni ətraf şəraiti, hadisə yerinin ümumi görüntüsünü, olay şahidlərinin reaksiyasını və s. əks etdirən planlar); v) neytral ümumi planların (olay yerinin ümumi ekspozisiyası, «ünvan plan» və s.) çəkilməsi daxildir.