MULTİFİD (multifeed) – Eyni zamanda Yerin Süni Peykinin (YSP) bir neçə TV-nin verilişlərini qəbul edib ötürməsinə imkan verən sistem.
MULTİMEDİA (multimedia) – 1) Rəqəmli səs, təsvir, mətn və qrafika kimi ünsürlərin eyni anda istifadə edilməsi sistemi. Kinoda, tamaşalarda, mühazirələrdə və kommunikasiyanın başqa sahələrində, yaxud təzahürlərində informasiyanın ötürülmə vasitələrini bildirir. Kommunikasiyanın elektron-informasiya vasitələrində müasir inteqrasiya proseslərinin nəticələrini müəyyənləşdirir; 2) Geniş interaktiv qavranış imkanları olan və müxtəlif məqsədlərlə istifadə edilən informasiyaların toplanması, işlənməsi, bir formadan başqa formaya keçirilməsi üçün mürəkkəb çoxfunksiyalı sistemlərin əmələ gətirilməsi. Avropa Şurası ekspertlərinin hazırladığı sənədlərdə M. termini daimi və dəyişkən obrazların, səsin və məlumatın saxlanmasına, tirajlanmasına, eləcə də keyfiyyətini itirmədən ötürülməsinə kömək edən rəqəmli formada birləşdiyini bildirən anlayış kimi izah olunur. M. sözü, həmçinin kompüterlərə, proqramlara və s. aid edilir.