RADİODALĞALAR (radio waves) – Tezliyi 10-3 – 1012 Hs(dalğa uz. 3 x 10-4 m) intervalına düşən elektromaqnit dalğaları. Lazer texnikasının nailiyyətləri ilə əlaqədar olaraq rabitə texnikasında tətbiq olunan elektromaqnit dalğalarının tezliyi 1015 Hs-ə çatdırılmışdır.
RADİODALĞALARIN QAYITMASI (recurrence of radiowaves) – İki müxtəlif mühit sərhəddinə düşən dalğanın ayrılma sərhəddindən əks olunaraq əvvəlki mühitdə yayılması prosesi.
RADİODALĞALARIN İNTERFERENSİYASI (radio wave interference) – Fəzada iki və ya çox sayda radiodalğanın toplanması. R.i. radiodalğaların şüalanmasında və yayılmasında mühüm rol oynayır. Bir neçə şüalandırıcıya (vibratorlara və ya yarıqlara) məxsus mürəkkəb antena qurğuları radiodalğaları şüalandırdıqda, ayrı-ayrı şüalandırıcılardan verilən radiodalğalar interferensiyaya uğrayır, yəni öz aralarında bir-birilərinə qarşılıqlı təsir göstərirlər. Yekun dalğanın amplitudu müxtəlif istiqamətlərdə cürbəcür olur və antenanın istiqamətləndirmə diaqramını müəyyən edir.