SƏRHƏDYANI TELEVİZİYA VƏ RADİO YAYIMLARI (broadcasting frontiers) – Xidmət zonasına digər dövlətin və ya dövlətlərin ərazisi daxil olan TV və radio yayımları.
SƏRT İŞIQ (hard light) – Kəskin cizgilənmiş kölgə verən yönəldici işıq. S.i. ona xas olan səmtlənmə və kəskin işıq-kölgə keyfiyyətləri tutum effektinin yaranmasına, yəni insan fiqurunun və əşyaların üçölçülü təbiətinin üzə çıxarılmasına imkan verir. Yönəldici işıq cihazları ilə yanaşı, seyrək (süzgün) işıq cihazları da var.
SƏRT YENİLİKLƏR (hard news) – Hər hansı hadisə ilə bağlı verilən rəylərin spesifik ədəbi forması. Bu forma üçün hadisədə güclü yenilik elementi və yüksək operativlik ("bu dəqiqə baş verdi"; "bax bu dəqiqə filan hadisə baş verir" və s.) əlamətləri xasdır.
SƏS (sound) – 1) Elastik mühit zərrəciklərinin mexaniki titrəyişinin doğurduğu psixo-fizioloji duyğu; səs titrəyişinə 20...20000 Hs intervalında tezlik sahəsi müvafiqdir; 2) 20 Hs-dən aşağı tezlikli titrəyişlər, infrasəs; 3) 20 Hs-dən yuxarı tezlikli titrəyişlər isə ultrasəs adlanır.