Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə660/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   656   657   658   659   660   661   662   663   ...   809
STUDİYA (studio house) – 1) Müxtəlif verilişlərin çəkilməsi üçün nəzərdə tutulan və akustik cəhətdən hazırlanmış yer; foto, tamaşa və kino çəkilişləri aparmaq, radio və TV stansiyasında verilişləri efirə vermək üçün xüsusi avadanlıqla təchiz olunmuş qapalı məkan. Səsli yayımda böyük, orta və kiçik konsert (musiqi) S.-ları, mətn oxumaq üçün ayrıca diktor S.-sı, həmçinin ədəbi-dram S.-ları olur. Ədəbi-dram S.-ları, adətən, əsas S. bloklarından ibarət olur. TV yayımı S.-ları böyük, orta və kiçik S.-lara bölünür.

STUDİYA-APARAT OTAĞI (studio apparatus room) – Səs (nitq) studiyasının akustika xarakteristikalı otağı. SAO-da səs rejissorunun pultu, studiya maqnitofonları və yoxlama səsucaldanları qurulur. Səs rejissorunun pultuna müxtəlif siqnal mənbələri – studiyadakı mikrofonlar, maqnitofonlar, birləşdirici xətlər, reverberatorlar və s. qoşulur.

STUDİYADANKƏNAR ÇƏKİLİŞLƏR (field pick up) – Teleistehsal zamanı studiyadan kənarda açıq məkan (natura) və qapalı məkanda (pavilyon) aparılan çəkilişlər. S.ç.-ini iki tipə ayırmaq mümkündür: xəbər proqramları üçün material istehsalı (xəbərlərin elektron üsulla toplanması və ya videojurnalistika – VJ) və bitkin proqram, yaxud onların seqmentlərinin (bölmələrinin) yaradılması (studiyadankənar videoistehsal – SVİ). Ayrılıqda hər tip naturada çəkilmiş materialla, başqa yerdə çəkilib toplanmış materialın birləşdirilməsini nəzərdə tutur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   656   657   658   659   660   661   662   663   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin