SUBTİTR (subtitre) – Alt yazı. Adətən, iki təyinatı var: 1) əcnəbi dildə olan, yaxud qavranılması çətin dialoq, danışıq tərcümə edilərək tele və ya kino təsvirin aşağı hissəsində yazılır; 2) kadrda danışan adamın kimliyi, yaxud hər hansı təsvirin özəllikləri ekranda alt yazı ilə əks etdirilir.
SUBTRAKTİV RƏNG NƏZƏRİYYƏSİ (subtractive color theory) – Rənglərin, piqmentlərin, boyaq maddələrinin, boyaqların və s. əvəzlənməsi haqqında nəzəriyyə. Al qırmızı, göyümtül-yaşıl və sarı rənglər əsas subtraktiv rənglər sayılır. Telequruluşçunun S.r.n.-ni bilməsi vacibdir.