BƏDİİ TƏXƏYYÜL (artistic imagination) – Keçmiş duyğuların, qavrayışların, təsəvvürlərin, hisslərin, təəssüratların xəyalda, xatirədə bərpa edilməsi və şüurlu surətdə yenidən işlənib hazırlanması əsasında bədii obrazlar yaratmaq bacarığı, həmin obrazları yaratmaq prosesi.
BƏRABƏR PAYLANMIŞ İŞIQ (equal light distribution) – Kadrdakı əşyaların nisbi vəziyyətini, ölçüsünü, forma və səth fakturasını xüsusi olaraq sezdirməmək üçün istifadə edilən işıqqurma üsulu.
BİFİLYAR KASET (bifilar cassette) – Kinolentin sarınmasının bu qaydasının istifadəsi ilə sonsuz lent üçün həlqəyə yapışdırılmış kaset. Bu zaman lentin sarınması və açılması eyni zamanda kinolentin iki şaxəsi ilə aparılır.
BİLBORD (billboard) – 1) Küçələrdə qoyulan iri reklam lövhələri; 2) TV proqramlarının əvvəlində, yaxud sonunda sponsorluğa aid olan qısa məlumat; TV xəbər verilişinin əvvəlində anonsvari xəbərlər toplusu.