BİT (bit – binary digit) – İşarə, rəqəm; kompüter texnikasında (informatikada) minimal informasiya vahidi. B. çox kiçik ölçü göstəricisi olduğundan bu sahədə əsas informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə olunur. B.-lərdən baytlar, meqabaytlar və EHM-də istifadə olunan digər iri vahidlər əmələ gəlir.
BİT KARTI (bitmap) – Ayrı-ayrı piksellərdən ibarət təsvir. B.k. çap orijinallarının skan edilməsi yolu qrafik ünsürlərin, eləcə də kadrların tutulması (Frame Grabber) qurğusunun köməyi ilə videotəsvirlərin rəqəmlənməsi nəticəsində yaradıla bilər.