İŞ REJİMİ (On-line) – Kompüterin real vaxtda şəbəkəyə qoşulmuş vəziyyəti.
İŞTİRAK EFFEKTİ (visional/display effect) – Qatılma effekti də deyilir. Təsvirin tutduğu görüntü dairəsini əsasən üfüqi istiqamətdə böyüdərkən yaranır. Filmin bütün göstərilmə hallarında onun tamaşaçıya təsirinin effektivliyi, görüntü və səs obrazları çəkilişin süjeti haqqında vərdiş olunmuş təsəvvürlərə yaxınlaşdıqca artır.
İTİ GÖRÜNTÜ BUCAĞI (sharp vision angle) – Ekranda mənzərənin teleskopik görüntülərini verən görmə bucağı. Bu bucaq böyüdükcə sanki yaxınlaşan mümkün görüntünün nisbətən seyrək seqmentini əks etdirir. Kameranı obyektə yaxınlaşdırarkən iti görüntü bucağının üstünlükləri çoxalır.
İTİYÖNÜMLÜ MİKROFON (sensitive microphone) – Çox iti bucaq altındakı səslərə həssas olan mikrofonlar. Bax: M i k r o f o n u n y ö n ə l m ə d i a q r a m ı.