Азярбайъан Енсиклопедийасы


SSENARİ MÜƏLLİFİ (script writer) – Kinofilmin, teleradio verilişlərinin ədəbi ssenarisini yazan müəllif



Yüklə 2,68 Mb.
səhifə649/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   645   646   647   648   649   650   651   652   ...   809

SSENARİ MÜƏLLİFİ (script writer) – Kinofilmin, teleradio verilişlərinin ədəbi ssenarisini yazan müəllif.


SSENARİST, KİNOSSENARİST (film script writer) – Bax: S s e n a r i m ü ə l l i f i.

STANDART (standard) – 1) Yaradıcılıq və davranış sahəsində müəyyənləşdirilmiş norma, ölçü, əndazə; 2) Qəti müəyyən edilmiş, başqalarını onunla müqayisə etmək üçün birtipli nümunə. S. sözü bəzən yaradıcılıqda mənfi çalarda da işlənir. Bir-birinə oxşayan, şablon, orijinallıqdan məhrum.

STANDARTLARI DƏYİŞMƏ BLOKU (standard converter) – PAL, SECAM, NTSC sistemlərini bir-birlərinə çevirmək üçün istifadə edilən qurğu.

STANİSLAVSKİ SİSTEMİ (Stanislavsky system) – TV və R tamaşalarında teatrdangəlmə yaradıcılıq üsulu; görkəmli rus rejissoru K.S.Stanislavskinin işləyib hazırladığı səhnə yaradıcılığı nəzəriyyəsi və metodologiyasının şərti adı. Bu sistemin ən mühüm estetik tələbi əsl bədii həqiqət axtarışıdır. Stanislavskiyə görə, teatr həyatın mexaniki surətini deyil, onun inikasını yaradır, həyat hadisələrinin sintezini nümayiş etdirməklə şüura və hissə təsir göstərir. Teatrın əsas məqsədi «insan ruhunun həyatını» yaratmaqdan ibarətdir. Bundan ötrü aktyor səhnədə həqiqi hisslər, fikirlərlə yaşamalıdır. Bu isə psixotexnika üsullarını («məqsəd», «diqqət», «iş», «ana xətt», «təsəvvür», «emosional yaddaş», «temp», «ritm» və s.) öyrənmək yolu ilə əldə edilir. Stanislavski səhnədə daxilən yaşama prosesinə böyük əhəmiyyət vermiş, lakin aktyorun zahiri texnikasını, duyğularını ifadə etmək bacarığını da yüksək qiymətləndirmişdir. S.s.-nə görə aktyor güclü və məlahətli səsə, aydın tələffüzə, yaxşı plastikaya, çevik bədən hərəkətlərinə malik olmalıdır. İlk radio və teletamaşalarda S.s.-nə üstünlük verilirdi.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   645   646   647   648   649   650   651   652   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin