Азярбайъан Мемарлыг вя Иншаат Университети


Azərbaycanda məhkəmə islahatının tətbiq olunmasına başlandı



Yüklə 242,73 Kb.
səhifə2/4
tarix09.02.2018
ölçüsü242,73 Kb.
#42515
1   2   3   4

87. Azərbaycanda məhkəmə islahatının tətbiq olunmasına başlandı:

A) 1870-ci il; B) 1847-ci il; C) 1846-cı il; D) 1866-cı il; E) 1914-cü il;



88. XX əsrin əvvəlində məhsulun ümumi dəyəri və fəhlələrin sayına görə neft sənayesindən sonra ikinci yerdə gedirdi:

A) Gön-dəri istehsalı; B) Balıq sənayesi; C) Tütün sənayesi; D) Şərab sənayesi;

E) Dağ-mədən sənayesi;

89. 1830,1831,1837 və 1838 –ci illərə müvafiq üsyanları göstərin:

A) Talış, Şəki, Quba, Car-Balakən; B) Şəki, Quba, Talış, Car-Balakən;

C) Quba, Car-Balakən, Talış, Şəki; D) Car-Balakən, Talış, Quba, Şəki;

E) Car-Balakən, Quba, Şəki, Talış;



90. 1870-ci il 14 may kəndli islahatı Azərbaycanın hansı bölgələrinə şamil edilmədi:

A) Yelizavetpol və Zəngəzur qəzalarına; B) Quba qəzasına və Zaqatala dairəsinə;

C) Car-Balakən dairəsi və Şuşa qəzasına; D) Cavanşir və Cəbrayıl qəzalarına;

E) Şamaxı və Dərbənd quberniyalarına;



91. «Xırdamalik» adlanırdı:

A) Cənubi Azərbaycan kəndlilərinin az hissəsinin xüsusi torpaqları;

B) Cənubi Azərbaycanda bütün tayfaların sərancamına verilən torpaqlar;

C) Şimali Azərbaycanda azsaylı xalqlara verilən torpaqlar;

D) Feodalların xüsusi mülkiyyətində olan torpaq sahələri;

E) Dövlətə qulluq müqabilində ayrı-ayrı şəxslərə bağışlanılmış topaqlar;



92. Bakı fəhlələrinin ilk ümumi siyasi tətili keçirildi:

A) 1904-cü ilin dekabrında; B) 1902-ci ilin aprelində;

C) 1901-ci ilin yanvarında; D) 1903-cü ilin iyulunda; E) 1905-ci ilin avqustunda

93. Zaqafqaziyada Sovet Federativ Sosialist Respublikası hansı illərdə mövcud olmuşdur?

A) 1921-1931-ci illərdə B) 1922-1936-cı illərdə C) 1922-1939-cu illərdə

D) 1920-1930-cu illərdə E) 1930-1940-cı illərdə

94. Azərbaycanda 1946-1958-ci illərdə yaradılmış musiqi əsərləri:

1-«Leyli və Məcnun» operası; 2-«İldırımlı yollarla» baleti;

3-«Arşın mal alan»musiqili komediyası; 4-«Qız qalası» baleti;

5-«Məhəbbət əfsanəsi» baleti; 6-«Sevil» operası;

A) 1,3,5; B) 2,3,4; C) 2,5,6; D) 2,4,6; E) 4,5,6;

95. Azərbaycanda milli teatrın yaradılmasından neçə il sonra H.Z.Tağıyev teatr binası tikdirdi?

A) 17; B) 15; C) 16; D) 10; E) 20;



96. 1991-ci il dekabrın 29-da Azərbaycanda:

A) «Azərbaycanın müstəqilliyi haqqında» ümumxalq referendumu keçirildi;

B) Azərbaycan Ali Soveti «İstinlal bəyannaməsi»ni qəbul etdi;

C) Azərbaycan Respublikası BMT-yə qəbul edildi;

D) MDB ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi haqqında konfrans keçirildi;

E) Dünyada ən iri neft şirkətinin konsorsiumu ilə müqavilə imzalandı;



97. Azərbaycan Respublikası Konstitusiyasına görə dövlətin siyasi quruluşu:

A) Demokratik, dünyəvi, federativ respublikadır:

B) Aristokratik, dünyəvi, federativ respublikadır:

C) Demokratik, hüquqi, dünyəvi, konfedrativ respublikadır:

D) Teokratik, aristokratik, hüquqi, konfedrativ respublikadır:

E) Demokratik, hüquqi, dünyəvi, unitar respublikadır:



98. H.Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən neçə il sonra ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir?

A) 18; B) 27; C) 25; D) 24; E) 29;



99. Xronoloji ardıcıllığı müəyyən edin:

1-«Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı»nın qəbul edilməsi;

2-H.Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilməsi;

3-H.Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi;

4-Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq təşkilatına üzv qəbul edilməsi;

A) 1,3,2,4; B) 3,1,2,4; C) 1,4.2,3; D) 2,3,4,1; E) 4,1,3.2;



100. İlham Əliyev ilk dəfə nə vaxt Azərbaycan Respublikasının Prezidenti seçilmişdir?

A) 15 oktyabr 2004-cü ildə B) 14 noyabr 2003-cü ildə

C) 15 noyabr 2003-cü ildə D) 15 oktyabr 2003-cü ildə

E) 15 noyabr 2004-cü ildə



101. Hansı Azıx mağarasında tapılmamışdır?

A) İbtidai insana aid alt çənə sümüyü; B) Tikili qalıqları; C) Divar rəsmləri;

D) Nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri;

E) Adi çay daşlarından hazırlanmış əmək alətləri;



102. Ulu icma nə vaxtadək davam etmişdir?

A) Qəbilə icması formalaşanadək;

B) Qonşuluq icması yarananadək;

C) Qonşuluq icması yarananadək;

D) Əmlak bərabərsizliyi meydana gələnədək;

E) Sənətin başlıca məşğuliyyət sahəsinə çevrilməsinədək;



103. Aratta dövlət qurumu:

1-Urmiya gölünün cənub-şərqində yerləşirdi;

2-Çati tərəfindən idarə olunurdu;

3-Bütün Azərbaycan torpaqlarını əhatə edirdi;

4-En, yaxud Ensi rütbəli hökmdar tərəfindən idarə olunurdu;

5-Mesopotomiyada yerləşirldi;

6-Şumer şəhər dövlətlərilə siyasi və mədəni əlaqə saxlayırdı;

A) 3.4.6; B) 1,4,6; C) 1,2,6; D) 3,2,6; E) 4,5,6;



104. E.ə.VIII əsrdə Mannada mərkəzləşmə siyasəti aparırdı:

A) Aza; B) Kiaksar; C) Ahşeri; D) İranzu; E) Ulusu;



105. Atropatena ərazisində tapılmış ən qədim pullar hansı hökmdarın adına kəsilmişdir?

A) Astiaqın; B) Atropatın; C) Makedoniyalı İsgəndərin;

D) Selevkin; E) Kiaksarın;

106. 72-74-cü illərdə Albaniyaya hücum etmişdir:

A) Xəzərlər; B) Alanlar; C) Romalılar; D) Sərirlər; E) Hunlar;



107. Dizrav döyüşündə Albaniya hansı ərazilərini itirdi?

1-Uti; 2-Kaspiana; 3-Şakaşena; 4-Girdman vadisi; 5-Kolt; 6-Arsax;

A) 1,3.5.6; B) 1,2,3,4; C) 2,4,5,6; D) 1,3,4,5; E) 3,4,5,6;



108. VIII əsrdə Albaniyada;

A) Mehranilərin hakimiyyətinə son qoyuldu;

B) Vahid mərkəzləşmiş dövlət quruldu;

C) Ərəb ağalığına son qoyuldu;

D) Sasani ağalığına son qoyuldu;

E) Xəzərlərin hakimiyyəti quruldu;



109. İslam dini Azərbaycanın hansı ərazisində nisbətən sürətlə yayıldı?

A) Azərbaycanın cənubunda, Muğanda, Mildə, Xəzər sahilində, Araz və Kür boyunda;

B) Zəngəzur, Naxçıvan, Muğan, Mildə;

C) Azərbaycanın cənubunda, Xəzər sahilində, Dağlıq Qarabağda;

D) Azərbaycanın cənubunda, Xəzər sahilində, Zəngəzurda,Kür çayı boyunda;

E) Kür və Araz boyunda, Xəzər sahilində, Dağlıq Qarabağda, Naxçıvanda;



110. Xalxal və Avrayr döyüşlərinin nəticələrini fərqləndirin:

A) Birincidə qiyamçı dəstələri Sasanioərə qələbə çalsalarda, ikincidə məğlub oldular;

B) Hər iki döyüşdə qiyamçılar qalib gəldi;

C) Birincidə Sasanilər məğlub oldu, ikincidə isə şimal tayfaları qalib gəldi;

D) Birincidə Albanlar, ikincidə şimal tayfaları qalib gəldi;

E) Hər iki döyüşdə Sasanilər qalib gəldi;



111. Sanatürkün Ermənistana yürüşündən Amid vuruşmasına qədər neçə il keçmişdir?

A) 32; B) 18; C) 22; D) 28; E) 30;



112. Yusif əbu Sacın dövründə:

1-Sacilər Ərəb xilafətindən asılı hala düşdülər;

2-Xilafət xəzinəsinə göndərilən xərac tamamilə dayandırıldı;

3-Ermənistan ərazisi, Tiflis, Kaxetiya ələ keçirildi;

4-Şirvanşahlar dövlətinə son qoyuldu;

5-Şəddadilər Gəncədən qovuldu;

6-Şirvanşahlar Sacilərdən asılı hala düşdülər;

A) 1,4,6; B) 1,2,3; C) 4,5,6; D) 2,3,4; E) 2,3,6;



113. Xronoloji ardıcıllığı müəyyən edin:

1-Dəndənəkan vuruşması; 2-Didiqori vuruşması;

3-Bəzz döyüşü; 4-Həşdadsər döyüşü;

A) 1,2,3,4; B) 4,2,3,1; C) 4,3,1,2; D) 2,3,1,4; E) 4,2,1,3



114. 944-cü ildə Bərdəniələ keçirən slavyanlar:

1-Əhalini qılıncdan keçirdilər; 2-Yerli əhalini öz silahlı dəstələrinə daxil etdilər;

3-Şəhəri qarət etidlər və varlılardan xərac aldılar; 4-Salarilərilə ittifaq bagladılar;

5-Saciləri məğlub edərək şəhərdən qovdular;

A) 1,5; B) 1,3; C) 3,5; D) 3,4; E) 1,4;

115. IX-XI əsrlərdə Azərbaycanda ayrı-ayrı adamlara xərac toplamaq üçün verilən icarə kağızı adlanırdı:

A) tamğa; B) qəbalə; C) yarlıq; D) şəcərə; E) fərman;



116. Şəddadilərə aid deyil:

1-Araz çayı üzərində Xudafərin körpüsü salındı;

2-Gəncənin məşhur qala qapıları düzəltdirildi;

3-Dərbənd səddi tikildi;

4-Paytaxtı Gəncə şəhəri idi;

5-Mənşəcə türk tayfaları idilər;

A) 2,5; B) 1,4; C) 3,5; D) 4,5; E) 3,4;

117. XII əsrin görkəmli memarlıq abidəsi:

A) Atəşgah; B) Dərbənd səddi; C) Şirvanşahlar sarayı;

D) Əlincə qalası; E) Mömünə xatun türbəsi;

118. Aşağıdakılardan hansılar Şiravnşahlara aid edilmir:

1-Xudafərin körpüsünün tikilməsi;

2-918-ci ildə Şamaxının paytaxtları olması;

3-Gəncə qapılarının düzldilməsi;

4-Dərbənd əmirliyinin 988-ci ildə özlərinə birləşdirilməsi;

5-Onların varlıqına I Təhmasibin son qoyması;

A) 2,5; B) 1,5; C) 1,3; D) 1,2; E) 2,4;



119. 1175-ci ildə:

A) Şirvanşahların ərazisinə slavyan hücumu baş verdi;

B) Şamaxı zəlzələdən dağıldı;

C) Alanlar Gəncəni ələ keçirdi;

D) Şirvanda qiyam baş verdi;

E) Şirvanşahlar dövləti Səlcuq hücumuna məruz qaldı;



120. Azərbaycan 1239-1256-cı illərdə idarə olunurdu:

A) Cəlairi hakimləri tərəfindən;

B) Ali monqol xaqanlığının canişinləri tərəfindən;

C) Qızıl Orda canişinləri tərəfindən;

D) Hülaki xan və onun varisləri tərəfindən;

E) Monqal Ali xəqanı Çingiz xan tərəfindən;



121. Toxtamışın hücumu nəticəsində talan edilmiş Azərbaycan şəhərləri:

A) Qəbələ, Beyləqan,Şirvan, Naxçıvan, Mərənd;

B) Bərdə, Gəncə, Beyləqan, Mərənd, Naxçıvan;

C) Təbriz, Şirvan, Naxçıvan, Marağa, Mərənd;

D) Şirvan, Təbriz, Dərbənd, Naxçıvan, Bakı;

E) Dərbənd, Gəncə, Bərdə, Təbriz, Marağa;



122. 1303-cü ilə aiddir:

A) Hülakü dövlətində kəndlilərin öz yaşayış yerlərinə təşkim edilməsi;

B) Qazan xanın hakimiyyətə gəlməsi;

C) Elxanilər dövlətinin meydana gəlməsi;

D) Hülakü dövlətinin süqutu;

E) Çao adlanın kağız pulun tədavülə buraxılması;



123. Teymurilərin məğlub oldüğü döyüşlər:

1-Ankara; 2-I Şənbi Qazan; 3-Terek; 4-Sərdrud; 5-Uqra; 6-II Şənbi Qazan;

A) 1,2; B) 2,4 C) 4,5; D) 2.3; E) 4,6;



124. 1412-ci ilə aiddir:

A) Şahdağ döyüşü; B) Bağdad döyüşü; C) Terek döyüşü;

D) I İbrahimin məğlub olması; E) Muş döyüşü;

125. XV əsrə aid deyil:

A) Malatiya döyüşü; B) Muş döyüşü; C) Ağqoyunlu bəyliyinin qurulması;

D) Qoyluhisar döyüşü; E) Otluqbeli döyüşü;

126. 1472-ci ildə Ağqoyunlu dövləti ilə Osmanlıya qarşı ittifaq bağlandı:

A) Bizans dövləti ilə; B) Venesiya ilə; C) Rusiya ilə; D) Teymurilərlə; E) Şeybanilərlə;



127. Təbriz Miniatür məktəbinin ən görkəmli nümayəndəsi:

A) Sultan Məhəmməd,Əli Feyzi; B) Ramazan Lənkərani, Sadıq bəy Əfşar;

C) Sultan Məhəmməd, Ramazan Lənkərani; D) Kəmaləddin Behzad, Sultan Məhəmməd;

E) Əli Feyzi, Kəmaləddin Behzad;



128. 1503-cü ildə Almaqulağı döyüşü nəticəsində:

A) Səfəvilər qalib gəldilər, Ağqoyunlu dövlətinin varlığına son qoyuldu;

B) Qızılbaşlar qəlib gəldi, Xorasan onların hakimiyyəti altına keçdi;

C) Şirvanşah qoşunları məğlub oldu, Səfəvilər qalib gəldilər;

D) Səfəvilər Cəlairilər üzərində qələbə çaldılar;

E) Qızılbaşlar Qaraqoyunlular üzərində qələbə çaldılar;



129. Göstərilən tədbirlər hansı hökmdarın dövründə həyata keçirilmişdir?

1-Tamğa vergisi ləğv edildi;

2-Rəiyyətdən əvvəlki 10-15 il ərzində yığılan vergi borcu ləğv edildi;

A) I Şah İsmayıl; B) Uzun Həsən; C) I Təhmasib; D) I Şah Abbas; E) I İbrahim;



130. I Şah Abbas hansı prinsip əsasında qoşunun komplektləşdirilməsi qaydasını həyata keçirdi?

A) Qohumluq; B) Döyüş təcrübəsi; C) Tayfa müxtəlifliyi; D) Yaş prinsipi; E) Məşğuliyyət;



131. Çaldıran döyüşündən neçə il sonra Şəki Səfəvilər dövlətinə birləşdirildi?

A) 41; B) 37; C) 18; D) 22; E) 29;



132. Nadirin Osmanlılara qarşı 1732-ci ildə müharibəyə başlamasına səbəb oldu:

A) Kirnanşah müqaviləsinin ləğvi və Osmanlıların işğal torpaqlarını qaytarmaq tələblərini rədd etmələri;

B) Rusiya ilə Gəncə müqaviləsinin bağlanması;

C) Təngi qalasının Rusiyadan geri alınması;

D) Səfəvi – Rusiya ticarətində Səfəvilərə üstünlük verilməsi;

E) Şiə əhalisinə qarşı ayrı-seçkilik siyasətinin yeridilməsi;



133. Şimali azərbaycanın ən güclü xanlıqları:

1-Bakı; 2-Quba; 3-Qarabağ; 4-Gəncə; 5-Şəki; 6-Şirvan;

A) 2,3,4; B) 1,2,6; C) 2.3,5; D) 2,4,5; E) 3,4,5;



134. I Pyotrun Xəzər sahili bölgələrə yürüşü Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşündən neçə il əvvəl baş vermişdir?

A) 79; B) 75; C) 73; D) 69; E) 76;



135. Qəmşə döyüşü baş vermişdir:

A) Fətəli xan Əfşarla Kərim xan Zənd arasında;

B) Qubalı Fətəli xanla Hacı Çələbi arasında;

C) Fətəli xan Əfşarla Pənahəli xan arasında;

D) Qubalı Fətəli xanla Kərim xan Zənd arasında;

E) Kərim xan Zəndlə Pənahəli xan arasında;



136. Rusiya imperatorunun 1841-ci il 25 aprel fərmanına görə:

A) Qazağ, Borçalı, Şəmsəddil ağaları öz torpaqlarından məhrum edildilər;

B) Quba, Şəki, Talış ağaları öz torpaqlarından məhrum edildilər;

C) Şirvan, Gəncə,Qazax, Qarabağ bəylərinə xəzinədən torpaq verildi;

D) Çar-Balakən, Zaqatala, Şəki ağalarına pay torpaqları verildi;

E) Qafqazda köhnə yerli idarə sistemi ləğv edildi;



137. X I X əsrdə Cənubi Azərbaycana aiddir:

1-«Canaq»vergisi 2-«Xırdamalik» torpaqlar 3-«Soyurqal»torpaqları 4-«İlati»

A) 1,3; B) 2,4; C) 2,3; D) 1,4; E) 1,2;



138. «Mola Nəsrəddin» jurnalının nəşr olunduğu şəhərlər:

A) Təbriz, Ərdəbil, Bakı; B) Bakı, Gəncə, Şamaxı; C) Gəncə, Şuşa, Naxçıvan;

D) Tiflis, Naxçıvan, Gəncə; E) Tiflis, Təbriz, Bakı;

139. Xronoloji ardıcıllığı müəyyən edin:

1-Süni boya –alizarinin kəşfi;

2-Yelizavetpetrol quberniyasının yaradılması;

3-Qafqaz canişinliyinin ləğv edilməsi;

4-«Nobel qardaşları» şirkətinin əsasının qoyulması;

5-Komendant idarə üsulunun ləğv edilməsi;

A) 1,4.2,5,3; B) 5,2,1,4,3; C) 4,2,1,3,5; D) 5,1,2,3,4; E) 5,4,1,2,3;

140. 1917-ci il martın 9-da Bakıda Müvəqqəti hökumətin göstərişi ilə təsis edildi:

A) Zaqafqaziya Seymi; B) Fəhlə Deputatları Soveti; C) Bakı Şəhər Duması;

D) Xüsusi Cənubi Qafqaz Komitəsi; E) Xüsusi Hərbi Deputatlar Soveti;

141. Neft istehsalının inkişafına 1872-ci ilə qədər mane olurdu:

A) Kəndli üsyanları; B) Çar hökumətinin burjuaziyaya inanmaması;

C) Millətlərarası ədavət; D) İltizam sistemi;

E) Bakının Rusiyanın mərkəzindən uzaqlığı;



142. Zaqafqaziyada 1912-ci il aqarq qanunu:

A) Kəndliləri bəylərin xeyrinə mükəlləfiyyət daşımaqdan azad etdi;

B) Kəndlilərin özbaşına köçüb getməsini qadağan etdi:

C) Kəndlilərin bəylərdən asılılığını rəsmiləşdirdi:

D) Bəyləri kənddə inzibati məhkəmə işlərindən kənar etdi:

E) Kəndlilərin daşıdığı mükəlləfiyyətləri azaltdı;



143. 1917-1920-ci illərdə Cənubi Azərbaycanda baş vermiş hərəkatın milli – azadlıq xarakterini göstərin:

A) Demokratik İran dövləti tərkibində Azərbaycana muxtariyyət verilməsi;

B) «Azərbaycan» qazetinin ana dilində nəşri;

C) S.C.Pişəvərinin rəhbərlik etdiyi ADP Mərkəzi Komitəsinin leqal fəaliyyəti;

D) S.C.Pişəvərinin rəhbərliyi altında Milli hökumətin təşkili;

E) Azərbaycana tam müstəqillik verilməsi;



144. 1919-cu ilin dekabrında mədəniyyətimizin tarixində mühüm hadisə:

A) Maarif Nazirliyinin yaradılması; B) İlk qızlar məktəbinin yaradılması;

C) «Azərbaycan» qəzetinin nəşri; D) «İstiqlal» muzeyinin açılması;

E) Bakı teatr məktəbinin açılması;



145. İkinci Dünya müharibəsi illərində Qafqazdan Berlinədək döyüş yolu keçmiş Azərbaycan diviziyası:

A) 307; B) 223; C) 402; D) 416; E) 77;



146. Azərbaycan televiziyasının fəaliyyətə başlamasından neçə il sonra Bakı metropaliteninin ilk stansiyası fəaliyyətə başlamışdır?

A) 8; B) 11; C) 25; D) 35; E) 19;



147. Azərbaycan Respublikasının müstəqilliyini ilk dəfə tanıyan 3 ölkə:

A) Pakistan, Türkıyə, Polşa; B) Türkiyə, İran, ABŞ; C) Türkiyə, Əfqanıstan, Pakistan;

D) Türkiyə, Rumıniya, Pakistan; E) Türkiyyə, Pakistan, İran;

148. Azərbaycan Respublikasının Konstitusiyasına görə Konstitusiya məh-kəməsinin hakimləri təyin edilir:

A) Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən;

B) Ali məhkəmənin təqdimatı əsasında Milli Məclis tərəfindən;

C) Prezidentin təqdimatı əsasında Ali məhkəmə tərəfindən;

D) Milli Məclisin təqdimatı əsasında Prezident tərəfindən;

E) Ali məhkəmənin təqdimatı əsasında Prezident tərəfindən;



149. Xronoloji ardıcıllığı müəyyən edin:

1-Azərbaycanın Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsi qərarının verilməsi;

2-Azərbaycan Respublikasının NATO-nun Sülh naminə əməkdaşlıq proqramına qoşulması;

3-Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi;

4-İ.Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi;

5-Azərbaycan Respublikasının Müstəqil Dövlətlər birliyinə daxil olması;

A) 2.5.4,1.3; B) 1.2.4,5.3; C) 5,2,4,1.3; D) 5,4,2,1.3; E) 5.2,1,4.3;

150. «Əsrin müqaviləsi» imzalanmışdır:

A) 3 oktyabr 1993-cü ildə; B) 14 oktyabr 1994-cü ildə; C) 20 sentyabr 1994-cü ildə;

D) 16 iyul 1995-ci ildə; E) 2 noyabr 1993-cü ildə;

151. Azərbaycanda “Mustye” dövrünə aid deyil:

A) Neandertal adam. B) Atın əhilləşdirilməsi C) Axirət dünyasına inamın yaranması.

D) Ulu icmanın yavaş-yavaş sıradan çıxması

E) Əhalinin Naxçıvan,Qarabag və Qazax bölgələrində məskən salması.



152. Azərbaycanda ErkənTunc dövrünə aid dairəvi planda inşa edilmiş ibadət evləri tapılmışdır:

1-Sərkərtəpədə 2-Göytəpədə 3-Babadərvişdə

4-Kültəpədə 5-Üzərliktəpədə 6-Həsənlidə.

A) 2,3,4 B) 4,5,6 C) 1,3,4 D) 1,2,3 E) 3,5,6



153. Kuti dövlətində:

1-Şumer və Akkadda mövcud olmuş idarə sistemi saxlanılırdı.

2-Ölkəni Çati idarə edirdi.

3-Piramida və sərdabələr inşa edilirdi.

4-Ölkə canişinlər tərəfindən idarə olunurdu.

5-Ölkə “Agsaqqallar Şurası” tərəfindən idarə olunurdu.

A) 1,5 B) 2,3 C) 1,4 D) 1,2 E) 3,5



154. E.ə 590-cı ildə Manna hansı dövlətin tərkibinə daxil edildi:

A) Skif çarlıgının B) Assuriyanın C) Urartunun D) Midiyanın E) Atropatenin



155. Hansı Atropatena şəhəri deyil?

A) Aqnazana B) Qazaka C) Fraaspa D) Partav E) Fanaaspa



156. Uygunsuz bəndi tapın:

A) Skif çarlıgı Manna ilı toqquşaraq tədricən dagılmışdir.

B) Skif padşahlıgı e.ə VII əsrdə Azərbaycanda meydana gəlmişdir.

C) Skiflər Midiya dövlətini bir müddət öz təsirlərində saxlamışdılar.

D) Skif çarlıgının məşhur hökmdarı Tuqdame olmuşdur.

E) Skiflər Midiya hökmdarı Kaştariti ilə ittifaqda olmuşdur.



157. Sasanilər dövründə Atropatenada əsas vergilər adlanırdı:

A) Xərac,cizyə; B) Xəraq,gezit; C) Qopçur,tərh; D) Bac,tamğa; E) Cizyə,uşr



158. Sasani əsarətinə qarşı üsyanlar zamanı baş vermiş döyüşlər:

A) Bələcər,Xalxal; B) Amid,Dizrav; C) Xalxal,Avarayr

D) Maku,Ərdəbil; E) Kolt,Bələncər.

159. Ərəblərə qarşı mübarizə aparmaq üçün Cavançir hansı dövlətlə ittifaq bagladı?

A) Xəzərlərlə; B) Bizansla; C) Alanlarla;

D) Sasanilərlə; E) Parfiya ilə.

160. Alban əlifbasının sıradan çıxmasının səbəbləri:

1-Xristianlıgın yayılması; 2-Fasiləsiz erməni,Roma basqınları.

3-İslam dinin yayılması; 4-Sasanilərin tətbigi. 5-Ərəb əlifbasının təsiri.

A) 1,2 B) 3,5 C) 2,4 D) 2,5 E) 4,5



161. Abbasilər tərəfindən Azərbaycan mülk olaraq verilmişdir:

A) Rəvvadilərə; B) Salarilərə; C) Şəddadilərə; D) Sacirlərə; E) Şirvanşahlara.



162. Fəzl ibn Məhəmmədin hakimiyyəti illərində hansı dövlətlərlə dostluq münasibətləri qurulmuşdur?

1-Şirvanşahlarla 2-Sacilərlə 3-Salarilərlə 4-Rəvvadilərlə

5-Tiflis müsəlman əmirliyi ilə 6-Kaxetiya çarlıgı ilə.

A) 4,5,6 B) 1,4,5 C) 1,2,3 D) 2,3,5 E) 1,2,6



163. Xronoloji ardıcıllıgı tapın:

1-Şəddadilər dövlətinin yaranması; 2-Dəbil əmirliyinin yaranması;

3-Gəncənin qala qapılarının düzəldilməsi; 4-Xudafərin körpüsünün inşası.

A) 1,4,3,2 B) 1,2,3,4 C) 1,3,4,2 D) 2,4,3,1 E) 2,1,4,3



164. 1030-cu ildə Slavyanlar:

A) Şirvanşah ordasunu məglub etdilər; B) Bərdəni ələ keçirdilər;

C) Gəncəni ələ keçirdilər. D) Mərzban ibn Məhəmməd tərəfindən məglub edildilər.

E) Dərbəndi ələ keçirdilər.



165. IX-XI-əsrlərdə mülk torpaqları:

1-Ayrı-ayrı feodallara məxsus idi; 2-Hərbi xidmət müqabilində verilirdi;.

3-İrsi idi və nəsildən-nəsilə ötürülürdü; 4-Müvəqqəti olaraq verilirdi;

5-Bütün əhalinin istifadəsinə verilirdi; 6-Sahibi malik və ya mülkədar adlanırdı;

A) 2,3,5 B) 2,4,6 C) 1,2,3 D) 1,3,6 E) 3,4,6

166. Bəndərin başçılıgı altında Gəncə üsyanının məglubolma səbəbləri:

A) Üsyançıların şəhərdən çıxaraq çöldə sultan ordusuna qarşı vuruşmaları.

B) Üsyançılar arasında birliyin olmaması.

C) Üsyan başçıları arasında çəkişmələr.

D) Xarəzmşahların üsyançı qüvvələr arasında nifaq salması.

E) Qala qapılarının xəyanət yolu ilə açılması.



167. Azərbaycan Eldənizlər dövlətinin paytaxtı olmuş şəhərlər:

1-Gəncə 2-Bərdə 3-Şamaxı 4-Bakı 5-Təbriz 6-Naxçıvan

A) 3,4 B) 1,2 C) 5,6 D) 2,5 E) 2,6

168. Qopçur adlanırdı:

A) Elxanilərin təyin etdikləri yeni vergi növü. B) Sasanilər dövründə poşt rabitəsı.

C) Xilafət dövündə təyin edilmiş maliyyə vergisi. D) Eldənizlər dövründə can vergisi.

E) Səfəvilərin təyin etdikləri yeni torpaq vergisi.



169. Şəmsəddin Eldənizin “Böyük Atabəy” titulu almasından Qızıl Arslanın “Sultan”titulu almasınadək neçə il keçmişdir?

A) 34 B) 55 C) 21 D) 31 E) 42



170. Səlibçilər Konstantinopolu zəbt edən il Azərbaycanda müvcud olmuş dövlətlər:

A) Şirvanşahlar və Eldənizlər. B) Rəvvadilər və Sacilər;

C) Salarilər və Şirvanşahlar; D) Şəddadilər və Eldənizlər.

E) Sacilər və Salarilər.



171. Xronoloji ardıcillıgı müəyyən edin:

1-Elxanilər dövlətinin yaradılması; 2-Teymurun Azərbaycana hücumu;

3-Monqolların Azərbaycana kəşfiyyat yürüşü; 4-Bəndərin üsyanı.

A) 2,4,3,1 B) 1,3,4,2 C) 4,2,1,3 D) 3,1,2,4 E) 3,4,1,2



172. ”Hülakülər səltənətinin mühafizəsi”bayragı altında mübarizə aparan qüvvələr:

1-Qızıl Orda 2-Şirvanşahlar 3-Cəlarilər 4-Xərəzmşahlar 5-Səlcuqlar 6-Çobanilər.

A) 1,3,6 B) 4,5,6 C) 2,3,6 D) 3,4,5 E) 1,3,5



Yüklə 242,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin