Азярбайъан Мемарлыг вя Иншаат Университети



Yüklə 242,73 Kb.
səhifə1/4
tarix09.02.2018
ölçüsü242,73 Kb.
#42515
  1   2   3   4


Azərbaycan Memarlıq və İnşaat Universiteti

« Ictimai fənlər» kafedrası

«Azərbaycan tarixi» fənni üzrə imtahan testləri.
1. Azərbaycan ərazisində ibtidai insanların məskən salmasına şərait yaradan amillər hansılardır:

1- Şirin su qaynaqlarının, bitki və heyvanat aləminin zənginliyi;

2- Təbii qalaların və istehkamların mövcud olması;

3- Odun təbii şəkildə mövcud olması;

4- Təbii mağaraların olması;

5- Əkinçiliyin və maldarlığın inkişaf etməsi;

A) 2,4 B) 4,5 C) 1,2 D) 1,4 E) 1,5

2. İstehsalat təsərrüfatının yaranması və inkişafı, saxsı qablar istehsalı, Daş alətlərin deşilməsi vəçilalanması, toxuculuq kimi böyük dəyişikliklər nə adlanır?

A) Anaxaqanlıq; B) Paleolit inqilabı C) Mezolit inqilabı

D) Ataxaqanlıq; E) Neolit inqilabı

3. Arattalıların dini inamlarına aiddir:

1- Çoxallahlılığın mövcud olması;

2-Dini məbədlər olan zikkuratlar inşa edilməsi;

3-İlahə İnannaya və digər Allahlara sitayiş etməsi;

4-Dini məbədlərə Çatilərin rəhbərlik etməsi;

5-Günəş Allahı Amona sitayişin mövcud olması;

6-Dini idarələrə Maşmaş adlanan kahinin başçılıq etməsi;

A) 4,5,6; B) 1,3,6; C) 1,2,3; D) 1,4,6; E) 2,3,4



4. E.ə. 740 –e.ə. 719-cu illərdə Mannanı idarə etmişdir:

A) Aza B) Ahşeri; C) Ualli; D) İranzu; E) İllusu;



5. E.ə. I əsrdə Roma ilə mübarizədə Atropatena müdafiə edirdi:

A) Midiyanı; B) Assuriyanı; C) Parfiyanı D) Selevkiləri; E) Massagetləri;



6. Manna, Atropatena və Albaniya dövlətlərinin Paytaxtları olmuş şəhərlər:

1-Gəncə; 2-İzurtu; 3-Marağa; 4-Qazaka; 5-Qəbələ; 6-Dərbənd;

A) 2,4,6; B) 2,3,5; C) 1,2,4; D) 3,4,6; E) 2,4,5;



7. 371-ci ilə aiddir:

A) Dizrav döyüşü B) Albaniyanın 2 hissəyə bölünməsi; C) Amid döyüşü;

D) Xalxal döyüşü; E) Maku döyüşü;

8. VII əsrin 60-cı illərində Albaniyaya hücum etmişdir.

A) Hünlar; B) Xəzərlər; C) Alanlar; D) Qıpçaqlar; E) Bizans;



9. Natural təsərrüfat hansı təsərrüfata deyilir?

A) Bazarla əlaqəsi olmayan, zəruri tələbat mallarının malikanə daxilində istehsal olunduğu təsərrüfata;

B) Bazarla əlaqəsi olan, zəruri tələbat mallarının müəyyən hissəsinin malikanə daxilində istehsal olunduğu təsərrüfata;

C) Bazarla əlaqəsi olmayan, zəruri təsərrüfat mallarının malikanədən kənarda istehsal olunduğu təsərrüfata;

D) Bazarla əlaqəsi olan, zəruri tələbat mallarının malikanədən kənarda istehsal olunduğu təsərrüfata;

E) Bazarla əlaqəsi olmayan, ayrı-ayrı malikanələr arasında mübadilə nəticəsində meydana gələn təsərrüfata;



10. Avropanı «Avesta» ilə ilk dəfə Kim tanış etmişdir?

A) Antik tarixçi Strabon; B) ingilis alimi Liki; C) Fransız alimi Düperron;

D) Roma sərkərdəsi Pompey; E) Alman alimi Qomel;

11. Ərəb ağalığı dövründə yerli feodalların irsi mülkiyyətində olan torpaqlar adlanırdı:

A) İqta; B) Vəqf; C) Divan; D) İcma; E) Mülk;


12. Abbasilər tərəfindən Azərbaycan mülk olaraq verilmişdir:

A) Salarilərə; B) Şirvanşahlara; C) Rəvvadilərə; D) Sacilərə; E) Şəddadilərə;



13. Xronoloji ardıcıllığı göstərin:

1-Xürrəmilər hərəkatı; 2-Məzdəkilər hərəkatı; 3-Ərəblərin Albaniya dövlətini ləğv etməsi; 4-Müsafirin başçılığı ilə Ərəblərə qarşı üsyan;

A) 2,3,4,1;

B) 2,3,1,4;

C) 1,3,2,4;

D) 4,3,1,2;

E) 1,3,4,2;



14. 909-cu ildə Xəzərsahili vilayətlərə hücum edən slavyanlar:

1-Səddadi ordusunu məğlub etdilər; 2-Abaskum adasını ələ keçirərək, sahilboyu məntəqələri qarət etdilər; 3-Lənkəranı ələ keçirdilər; 4-Şirvanşahlar tərəfindən məğlub edildilər; 5-Bərdəni ələ keçirdilər;

A) 1,2; B) 1,3; C) 4,5; D) 2,4; E) 2,3;

15. IX-XI əsrlərdə Azərbaycanda mövcud olan kəndli təbəqələri:

A) Azadlar, məliklər; B) Ulaclar, azad kəndlilər; C) Ulaclar, patriklər;

D) Təhkimlilər,azad kəndlilər; E) Azad kəndlilər, patriklər;

16. Sacilər dövlətinin paytaxtı olan şəhərlər:

1-Təbriz; 2-Marağa; 3-Ərdəbil; 4-Bərdə; 5-Qəbələ;

A) 1,3; B) 1,5; C) 3,5; D) 3,4; E) 2,3;



17. Səlcuq sultanı Mahmudun Şirvana yürüşünün əsas səbəbi:

A) III Mənçöhrün Səlcuq imperiyasına tabeçilikdən üz döndərməsi;

B) Xəzərlərin Dərband keçidini dağıdaraq Şirvana soxulmaları;

C) Gürcülərin Şirvana təcavüz etməsi;

D) Alan-qıpçaq birləşmələrinin Şəki və xəzəryani bölgələri talan etmələri;

E) III Mənçöhrün arvadı Tamarın Şirvanı Gürcüstana birləşdirmək istəməsi;



18. IX-XII əsrlərə aid olan abidələri göstərin:

A) Təbrizdə «Həsən padşah camesi», Şirvan səddi;

B) Ərək qalası, Təbrizdə Göy məscid;

C) Əlincəqala, Lerikdə Oğlanqala;

D) Xudafərin körpüsü, Təbrizdə Şamqazan rəsədxanası;

E) Girdman qalası, Bakıda Qız qalası;



19. Mənşəcə türk olmayan sülalələr:

1-Sasanilər; 2-Sacilər; 3-Teymurilər; 4-Qaraqoyunlular; 5-Əhəmənilər;

A) 3,4; B) 1,3; C) 2,3; D) 1,5; E) 4,5;



20. XIII-XIV əsrlər Azərbaycan tarixçiləri:

A) Dəvdək, Musa Kalankatlı; B) Məhəmməd Naxçıvani, İsgəndər Münşi;

C) Nəsirəddin Tusi, Fəzlullah Rəşidəddin; D) Xətib Təbrizi, İzzəddin Həsənoğlu;

E) Məhəmməd Naxçıvani, Fəzlullah Rəşidəddin;



21. Hülakü hökmdarı Əbu Səidin dövründə ayrı-ayrı feodal qruplarının qiyamının əsas səbəbi nə idi?

A) Əmir Çobanın idarə işlərini öz əlinə alması və faktiki hökmdara çevrilməsi;

B) Yeni vergilərin qoyulması;

C) Əbu Səidin Əmir Çobanı edam etdirməsi;

D) Qızıl Ordaya lazimi müqavimətin göstərilməsi;

E) Köçəri hərbi əyanların rolunun artması;



22. Hülakülər dövlətinin idarə olunmasında mühüm yer tuturdu:

A) Cığataylar; B) Cobanilər; C) Abbasilər; D) Cəlairilər; E) Şirvanşahlar;



23. Təbriz orta əsr dövlətlərindən hansılarının paytaxtı olmuşdur?

1-Salarilər; 2-Sacilər; 3-Şəddadilər; 4-Rəvvadilər; 5-Eldənizlər;

A) 1,2; B) 4,5; C) 1,5; D) 2,4; E) 3,4;


24. Qaraqoyunluların qələbə qazandığı döyüşlər:

1-Muş; 2-I Şənbi-Qazan; 3-Sərdrud; 4-Terek; 5-Qoyluhicar; 6-II Şənbi-Qazan;

A) 1,2,3; B) 2,3,6; C) 4,5,6; D) 2,5.6; E) 2,3.5;



25. Azərbaycan Qaraqoyunlu dövlətində köçəri və hərbi əyanlara bağışlanmış torpaq mülkiyyəti:

A) İncu; B) Soyurqal; C) Vəqf; D) Tiyul; E) İqta;



26. Azərbaycan Atabəylərindən ilk dəfə sultan titulu qazanmışdır:

A) Əbu Bəkr; B) Məhəmməd Cəhən Pəhləvan; C) Şəmsəddin Eldəniz;

D) Qızıl Arslan; E) Özbək ;

27. Qoyluhizar döyüşü hansı dövlətlər arasında baş vermişdir?

A) Osmanlı-Qaraqoyunlu; B) Ağqoyunlu-Qaraqoyunlu; C) Şirvanşahlar-Osmanlı; D) Ağqoyunlu- Osmanlı; E) Ağqoyunlu- Şirvanşahlar;



28. 1500-cü ildə:

A) Malatya döyüşü baş verdi; B) İsfahan döyüşü baş verdi;

C) Ağqoyunlu ordusu Tiflisi ələ keçirdi; D) Ağqoyunlu dövləti iki hissəyə parçalandı;

E) Gödək Əhməd hakimiyyəti ələ keçirdi;



29. 1578-ci ildə Çıldır döyüşündə qızılbaş qoşunlarının məğlubiyyətinin səbəbləri

1-Qızılbaş əmirlərinin döyüşdə xəyanəti;

2-Səfəvi ordusunun rəhbərliyində birliyin olmaması;

3-Səfəvi əmirlərinin özlərinə həddindən artıq arxayın olması;

4-Şirvan və Dərbənd əhalisinin səfəvilərə qarşı üsyanı;

5-Osmanlıların qızılbaşlara nisbətən qüvvə üstünlüyü;

A) 2,3,4; B) 2,3,5; C) 1.3,5; D) 3,4,5; E) 1,3,4;

30. Bütün Azərbaycan torpaqlarının Səfəvilər dövlətinin tərkibində birləşdirilməsi prosesi başa çatmışdır

A) 1539; B) 1555; C) 1528; D) 1551; E) 1524;



31. Osmanlılar Azərbaycanda istehsal olunan hansı malları avropalılara satmaqla böyük gəlir əldə edirdilər:

1-İpək; 2-Pəncərə şüşələri; 3-Zəy və mum; 4-Boyaq maddələri; 5-Toxuculuq məmulatı;

A) 2,3,4; B) 1,4,5; C) 1,3,5; D) 2,3,5; E) 1,2,3;



32. Rus qoşunlarının Xəzərsahili vilayətlərindən çıxarılmasından neçə il sonra general Zubovun qoşunu azərbaycana daxil oldu?

A) 51; B) 13; C) 71; D) 61; E) 74;



33. Fətəli xan Əfşarın Qarabağa 1759-cu il yürüşünün nəticəsi

A) Qarabağ xanı siyasi asılılığı qəbul etdi;

B) Fətəli xan məğlub edildi və Qarabağ xanlığının asılılığını qəbul etdt;

C) Fətəli xan məğlub olaraq geri çəkilməli oldu;

D) Hər iki tərəf üçün nəticəsiz oldu;

E) Pənahəli xan Fətəli xanı məğlub etdi və onu əsir tutaraq öldürdü;



34. Quba xanlığına birləşdirilmiş və ya asılı hala salınmış Azərbaycan torpaqlarının xronoloji ardıcıllığını göstərin:

1-Şirvan; 2-Dərbənd; 3-Bakı; 4-Şəki; 5-Salyan;

A) 1,5,4,3,2; B) 5,2,3,1,4; C) 5,2,1,3.4; D) 5,1,2,4.3; E) 3,2,1,4,5;

35. 1840-cı il aprelin 10-da Çar Rusiyası tərəfindən verilmiş qanuna əsasən Cənubi Qafqaz bölündü:

A) Gürcüstan –İmeratiya quberniyasına və Xəzər vilayətinə;

B) Kutaisi və Dərbənd quberniyasına;

C) Tiflis və Şamaxı quberniyalarına;

D) Çar-Balakən dairəsi və İrəvan quberniyasına;

E) Gürcüstan quberniyası və Azərbaycan vilayətinə;



36. XIX əsrin II yarısında Azərbaycan neft sənayesinə kapital qoymuş xarici şirkətləri müəyyən edin

1-İsveçdən «Nobel qardaşları». 2-Almaniyadan «Simens qardaşları». 3-Fransadan «Rotsild». 4-İngiltərədən «Visau». 5-ABŞ-dan «Standart oyl».

A) 1,2,3; B) 2,3,4; C) 1.3.4; D) 1,3.5; E) 2,4.5;

37. Şimali Azərbaycanda şeyxülislam vəzifəsi təsis edildikdən neçə il sonra Alban katalikosluğu ləğv edildi?

A) 24; B) 13; C) 23; D) 7; E) 21;



38. Cənubi Azərbaycanda XIX əsrdə komprador burjuaziya adlanırdı:

A) Daxili bazarla əcnəbi firmalar arasında vasitəçilik edən yerli burjuaziya;

B) Muzdlu əməkdən istifadə edən kapitalistlər;

C) Sələmçilik yolu ilə çoxlu sərvət ələ keçirmiş ticarət burjuaziyası;

D) Öz təsərrüfatlarında köhnə feodal qaydalarını qoruyub saxlayan zadəganlar;

E) Öz təsərrüfatlarında kapitalist elementlərini tətbiq edən varlılar;



39. Babilik hərəkatı kimlərə qarşı çevrilmişdir?

1-İri tacirlərə; 2-Feodallara; 3-Ali ruhanilərə; 4-Sənətkarlara; 5-Xarici kapitala;

A) 1,2.4; B) 2,3,5; C) 1,2,3; D) 2,3,4; E) 3,4,5;



40. 1905-ci ilin fevral və avqustunda çar hökuməti Azərbaycanın hansı ərazilərində qırğın təşkil etdi ?

A) Bakıda və Qubada; B) Şamaxıda və Qubada; C) Şuşada və Bakıda;

D) Naxçıvanda və İrəvanda; E) Bakıda və Gəncədə;

41. Xalisə adlanan dövlət torpaqlarının satılması haqqında fərman verilməsinin səbəbi :

A) Bu torpaqların idarə edilməsinin yarıtmaz halda olması;

B) Xalq kütlələrinin aramsız üsyanları;

C) Hökumətin kəndliləri torpaqla təmin etmək istəyi;

D) İngiltərə hökumətinin müvafiq tələbi;

E) Rusiya ilə münasibətlərin yaxşılaşdırılması;



42. «Hümmət» təşkilatı yarandıqdan neçə il sonra «Müsavat» partiyası yaranmışdır?

A) 9; B) 5; C) 3; D) 7; E) 10;



43. Ümumrusiya müsəlmanları qurultayında Federalistlərin böyük əksəriyyəti tərəfinən bəyənilmiş təkliflər:

1-Rusiyanın təcili olaraq birinci dünya müharibəsindən çıxması;

2-Rusiyanın demokratik federativ respublika kimi saxlanılması;

3-Türk xalqlarının Rusiyanın tərkibindən çıxması;

4-Türk xalqlarının milli ərazi muxtariyyəti;

5-Şimali Azərbaycanı və Rusiya ərazisində yaşayan türk xalqlarına müstəqilliyin verilməsi ;

A) 2,3; B) 1,5; C) 4,5; D) 3.5; E) 2,4;

44. 1918-ci il may ayının 26-da Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdikdən sonra:

A) Azərbaycan müətəqilliyini elan etdi;

B) Azərbaycan İranın hücumlarına məruz qaldı;

C) Zaqafqaziya xalqları müdaxiləçilərə qarşı birləşdilər;

D) Rusiyanın müdaxiləsinə şərait yarandı;

E) Azərbaycan Ermənistanın hücumlarına məruz qaldı;



45. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının yaradılmasından neçə il sonra Azərbaycan Elmlər Akademiyası təsis olunmuşdur?

A) 15 il; B) 25 il; C) 10 il; D) 22 il; E) 30 il;



46. Azərbaycanda tətbiq olunan ərzaq sapalağının mahiyyəti

A) Bütün artıq taxıl, yem və mal-qaranın möhkəm qiymətlərlə kəndlilərdən alınması;

B) Kəndlilərin varlanıb qolçomaqlara çevrilməsi üçün torpaqların bir hissəsinin onlara verilməsi;

C) torpaqların milliləşdirilərək Azərbaycan əhalisi arasında bərabər bölgüsünü həyata keçirmək;

D) Şəhərdə istehsal olunan sənaye mallarının kənddə yetişdirilən ərzaq malları ilə mübadilə edilməsi;

E) Ərzaq vergisinin tətbiqi, ticarət azadlığı, icarə sistemi, kənddə müştərək müəssisələrin, kolxoz və sovxozların yaradılması nəzərdə tutulurdu;



47. 1983-cü ildə Qroznı – Bakı neft kəmərinin istifadəsi nəticəsində:

A) Dünyada ilk dəfə açıq dənizdə neft estekadaları quruldu;

B) Moskvanın Azərbaycan neftinə marağı azaldı;

C) Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu;

D) Azərbaycan SSRİ-nin yeganə neft bazasına çevrildi;

E) Azərbaycan özünün iqtisadi müstəqilliyini bərpa etdi;



48. Azərbaycanda dövlət çevrilişləri cəhdi nə vaxt olmuşdur?

A) 1994-cü il mart, 1995-ci il oktyabr;

B) 1994-cü il oktyabr, 1995-ci il aprel;

C) 1993-cü il dekabr, 1994-cü il noyabr;

D) 1994-cü il oktyabr, 1995-ci il mart;

E) 1994-cü il iyul, 1995-ci il fevral;



49. Azərbaycan SSR-in tərkibində DQMV-nın təşkilindən neçə il sonra Azərbaycan Respublikası tərəfindən onun statusu ləğv edilmişdir?

A) 82; B) 68; C) 90; D) 65; E) 71;



50. Xranoloji ardıcıllığı müəyyən edin:

1-Azərbaycanın BMT-yə daxil olması; 2-Azərbaycan Xalq Cəbhəsinin yaradılması;

3-AXC-nin hakimiyyətə gəlməsi; 4-20 yanvar hadisələri («Qanlı yanvar»);

5-Xocalı faciəsi;

A) 5,3,2,4,1; B) 2,3,4,1,5; C) 2,4,5,1,3 D) 3,5,2,1,4; E) 1,3,2,5,4;

51. Aşağıdakılar Azərbaycanda ibtidai icma cəmiyyətinin hansı mərhələsinə uyğundur?

1-Toxa əkinçiliyinin xış əkinçiliyi ilə əvəz olunması

2-Köçmə maldarlığın meydana gəlməsi

3-Əhalinin dağətəyi və dağlıq zonalarda yayılması

4-Kurqan qəbirlər

A) Erkən dəmir; B) Erkən tunc; C) Mezolit; D) Paleolit; E) Neolit;



52. Qobustana aid deyil:

A) Çaxmaqdaşından hazırlanmış əmək alətləri B) Sümükdən hazırlanmış əmək alətləri

C) Qaya təsvirləri D) Siklopik tikililər E) İdtidai incəsənət

53. Xocalıda tapılmış muncuq üzərində hansı Assuriya hökmdarının adı yazılmışdır?

A) II Sarqonun; B) Aşşurbanipalın; C) Adadnirarinin

D) Ahşerinin; E) Uallinin;

54. Hansı Manna vilayəti deyil?

A) Alateye; B) Nippur; C) Uişdiş; D) Gizilbunda; E) Zamua;



55. E.ə.VII əsrdə Azərbaycan ərazisinə hücum etdilər:

A) Alanlar; B) Hetlər; C) Qıpçaqlar; D) Kimmer, skif və saklar;

E) Bulqarlar,Əhəmənilər;

56. Kutilər özlərinin Mesopatomiyadakı 100 illik hakimiyyəti illərində:

1-Şəhər dövlətlərinə son qoydular

2-Dövlət quruluşunda əsaslı dəyişiklik etdilər

3-Dövlət quruluşunda əsaslı dəyişiklik etmədilər

4-Şumer və akkadlara mənsub yerli canişinlərdən idarəçilikdə istifadə edirdilər

5-Vergiləri artırmaqla ticarət və sənətkarlığa son qoydular

A) 4,5; B) 1,2; C) 3,4; D) 1,5; E) 3,5;

57. Albaniya dövləti nə vaxt yaranmışdır?

A) Eramızdan əvvəl IX əsrdə B) Eramızdan əvvəl IV əsrin əvvəlində

C) Eramızdan əvvəl III əsrdə D) Eramızdan əvvəl IV əsrin axırı, III əsrin əvvəlində

E) Eramızdan əvvəl V əsrin axırı, IV əsrin əvvəllərində



58. Xronoloji ardıcıllığı tapın:

1-Dizrav döyüşü 2-Sanatürkün Ermənistana hücumu 3-Amid döyüşü

4-Albaniyanın Sasanilərdən asılı vəziyyətə düşməsi

5-Atropatenanın Sasanilər tərəfindən tutlması

A) 5,4.2,3.1;

B) 5,4.3,2.1;

C) 1,2,4,5.3;

D) 4.3,2,1,5;

E) 2,5,4,3,1;

59. Mərkəzi Bərdə olan yarımmüstəqil əmirlik yaratmışdılar:

A) Kəsranilər; B) Şəddadilər; C) Məzyədilər; D) Rəvvadilər; E) Sacilər;



60. 917-ci ildə Şirvanşahlar dövlətinə birləşdirildi:

A) Dərbənd; B) Bərdə; C) Gəncə; D) Qəbələ; E) Lahıcanşahlıq;



61. Cavanşirin 60-cı illərin sonlarına yaxın 2 dəfə Şam şəhərinə Xəlifə Müaviyyətinin görüşünə getməsində məqsəd nə idi:

A) Xilafətlə münasibətləri diplomatik yolla nizama salmaq, Azərbaycanın daxili müstəqilliyini saxlamaq

B) Xəzərlərlə mübarizədə Ərəb xilafəti ilə ittifaqa girmək

C) İran feodallarına qarşı birgə mübarizə aparmaq

D) Bizans imperiyasının Azərbaycana təcavüzkarlıq niyyətlərinin qarşısını almaq

E) Ərəblərin Azərbaycanda vergi siyasətinin qarşısını almaq



62. Mərzban Məhəmməd:

1-Azərbaycanın Şimal-Qərb torpaqlarını ələ keçirdi

2-Şəddadilər dövlətinə son qoydu

3-Şirvanşahları özündən asılı hala saldı

4-Tiflis müsəlman əmirliyinə son qoydu

5-Ermənistan və Şərqi Gürcüstanı ələ keçirdi

6-Dərbənd səddini təmir etdi

A) 4,5,6; B) 1,3,5; C) 1,4,6; D) 2,3,5; E) 1,2,3;



63. Xudafərin körpüsü nə vaxt və hansı sülalənin dövründə salınmışdır?

A) 957-ci ildə Salarilər dövründə B) 1027-ci ildə Şəddadilər dövründə

C) 912-ci ildə Sacilər dövründə D) 1028-ci ildə Rəvvadilər dövründə

E) 1017-ci ildə Şirvanşahlar dövründə



64. 914-cü ildə Slavyanlar:

1-Xəzər dənizindəki adalarda möhkəmləndilər 2-Gəncəni ələ keçirdilər

3-Bərdəni ələ keçidilər 4-Dinc əhaliyə divan tutdular

5-Köməyə gələn alanları məğlub etdilər

A) 1,2; B) 5,4; C) 1,4; D) 1,5; E) 1,3

65. IX- XI əsrlərdə camaat torpaqları:

1-Dövlətin mülkiyyətində idi 2-Dini müəssisələrə aid idi

3-Əhalinin ümumi istifadəsində idi 4-Hökmdar sülaləsinin şəxsi istifadəsində idi

5-Mülkədarların şəxsi torpağı idi

A) 4,5; B) 1,3; C) 2,4; D) 1,4; E) 3,5

66. Bəzz qalası Əlincə qalasından neçə il əvvəl süqut etmişdir?

A) 560; B) 568; C) 569; D) 561; E) 563;



67. Səlcuq dövlətinin yaranmasından neçə il sonra Eldənizlər dövləti meydana gəldi?

A) 200; B) 86; C) 98; D) 65; E) 74;



68. XIII əsrin ortalarından XIV əsrin ortalarına qədər Azərbaycan hansı dövlətin tərkibində olmuşdur?

A) Qızıl Ordanın; B) Sasanilərin; C) Elxanilərin; D) Teymurilərin; E) Səlcuqların;



69. İntibah mədəniyyətinin ən mühüm nailiyyəti idi:

A) Azərbaycanda türk dilinin bütün ölkə ərazisində vahid ünsiyyət vasitəsinə çevrilməsi

B) Azərbaycan dilində ilk poeziya nümunələrinin meydana gəlməsi

C) Şəhərsalma mədəniyyətinin yüksəlməsi

D) Yüksək astronomik biliklərin meydana gəlməsi

E) Təbriz miniatür məktəbinin yaradılması



70. Göstərilən abidələr aiddir:

1-Naxçıvandakı Gülüstan türbəsi 2-Ərk qalası

3-Abşerondakı Mərdəkan, Ramana, Nardaran qalaları

A) XII-XIII əsrlərə; B) XIII-XIVəsrlərə C) XV əsrə; D) XI əsrə; E) XV- XVI əsrlərə



71. Qazan xanın islahatları nəticəsində daha inkişaf etmiş Azərbaycan şəhərləri:

A) Mahmudabad,Təbriz, Dərbənd B) Gəncə, Ərdəbil, Təbriz C) Təbriz, Marağa, Gəncə D) Təbriz, Marağa,Sultaniyyə E) Sultaniyyə, Bərdə, Beyləqan



72. «Came ət – təvarix» əsərinin müəllifi:

A) Tacəddin Urməvi B) Fəzlillah Rəşidəddin C) Məhəmməd Naxçıvani

D) Zəkəriyyə Qəzvini E) Əli Şərəfxan

73. Xronoloji ardıcıllığı müəyyən edin:

1-Qazan xanın islahatları

2-Gəncədə sənətkar Bəndərin başçılığı ilə üsyan

3-Cəlaləddinin Azərbaycana yürüşü

4-Marağa rəsədxanasının əsasının qoyulması

A) 3,4,2,1; B) 2,3,4.1; C) 3,2,4.1; D) 1,2,3,4; E) 2,1.4,3;



74. 1357-ci ildə:

A) Məlik Əşrəf hakimiyyətə gəldi B) Əmir Çoban edam edildi

C) Çobanilər dövləti yarandı D) Cəlarilər Azərbaycan torpaqlarından qovuldular

E) Hülakülər dövlətinə son qoyuldu



75. Qaraqoyunlu dövlətinə aid deyil:

A) Çapaqçur döyüşü B) Həst - behişt sarayı C) Teymurilərlə mübarizə

D) Göy məscid E) Ağqoyunlu dövləti ilə mübarizə

76. Uzun Həsənə aid deyil?

A) «Qanunnamə»; B) Əbhər sazişi; C) Osmanlı ilə mübarizə;

D) Mərkəzi hakimiyyəti möhkəmləndirmək cəhdləri; E) Vergi islahatlarının keçirilməsi;

77. Şeyx Cüneydə qarşı ittifaqa girmiş dövlətləri:

1-irvanşahlar; 2-Ağqoyunlu; 3-Osmanlı; 4-Qaraqoyunlu; 5-Cəlairlər;

A) 1,2; B) 4,5; C) 2.3; D) 1,4; E) 3,5;



78. XVI əsrdə bütün Azərbaycan torpaqlarını vahid dövlət halında birləşdirdə:

A) Salarilər; B) Sacilər; C) Ağqoyunlular; D) Səfəvilər; E) Atabəylər;



79. XVI əsr – XVII əsrin əvvəllərində memarlıq abidələri:

1-Şirvanşahlar saray kompleksi; 2-Təbrizdə Ərk qalası;

3-Qusar rayonunun Həzrə kəndində Şeyx Cüneyd məqbərəsi;

4-Təbrizdə «Qeysəriyyə» bazarı; 5-İrəvanda «Göy» məscid;



6-Naxçıvanda Əlincəçay körpüsü; 7-Bakının Şərq darvazaları;

A) 3,4,6; B) 4,5,6; C) 1,2,3; D) 2,3,5; E) 3,6,7;



80. Rusiya ilə İran arasında Gəncə müqaviləsi Amasiya müqaviləsindən neçə il sonra bağlanmışdır?

A) 183; B) 180; C) 185; D) 189; E) 188;



81. I Şam Mirzənin əhali arasında şöhrətlənməsinin səbəbi:

A) İran məmurlarını həbs etməsi; B) Əhalinin Ağsudan Şamaxıya qaytarılması;

C) Şəki üsyançılarına kömək göstərməsi; D) Xalqın vergilərdən azad edilməsi;

E) Muğana 32 kq çıxarılmış insan gözü göndərmiş Dərbənd hakimi Məhəmməd xanı cəzalandırması;



82. Azərbaycan tarixini ilk dəfə bir tam halında nəzərdən keçirildiyi və bu tarixin dövrləşdirildiyi əsər;

A) A.Bakıxanovun «Gülüstani – İrəm» əsəri;

B) İ.B.Hacınskinin «Qubalı Fətəli xanın həyatı» məqaləsi;

C) Mirzə Kazımbəyin « Dərbəndnamə» əsəri;

D) M.C Topçubaşovun « İran xrestomatiyası» əsəri;

E) M.Y.Qarabağlının «Tarixi səfa» əsəri



83. XVIII əsrə aid olan hadisəni seçin;

A) Soyurqal torpaq sahibliyinin tətbiqi; B) Çaldıran vuruşması

C) Gülüstan müqaviləsi D) Gavduşan döyüşü

E) Tiyul torpaq sahibliyinin tətbiq edilməyə başlanması;



84. Səfəvilərlə Rusiya arasında bağlanmış Rəşt müqaviləsinin şərtlərindən biri:

A) Kürdən cənubda yerləşən Xəzəryani bölgələr Səfəvilər dövlətinə qatıldı;

B) Rus qoşunları Xəzəryani bölgələrdən tamamilə çıxarıldı;

C) İran Rusiyanın Terek qalasinın tikilməsinə mane olmayacaq;

D) Rusiya Nadiri III Şah Abbasın rəsmi qəyyumu kimi tanıyacaq;

E) İran donanmasına Xəzər dənizində üzmək hüququ verildi;



85. Ağa Məhəmməd Şah Qacarın Qarabağa ikinci yürüşündən neçə il sonra I Rus-İran müharibəsi başladı?

A) 13; B) 7; C) 5; D) 21; E) 16;



86. Çarizm tərəfindən Azərbaycanda yaradılan ilk quberniyalar:

1-Bakı; 2-Şamaxı; 3-Dərbənd; 4-Yelizavetpol; 5-Qarabağ;

A) 2,5; B) 1,3; C) 1,4; D) 2,3; E) 3,4;



Yüklə 242,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin