YAS MƏRASİMİ
Colan Türkmanların yas mərasimi İslamı dəyərlərə dayansa da, İslamdan öncəki əski Türk inanclarının bəzilərini də özündə qoruyub saxlayır. Ölənin cəsədini çox saxlamazlar. Cəsədi ya həməm gün, ya da səhəri gün dəfn etməyə çalışırlar.
Ölü olan evdə sakitliyə riayət etməyə çalışırlar. Uca səslə ağlamaq, hay-küy salmaq yaxşı qarşılanmaz. Öləni həzin, ürəkdağlayıcı bir səslə ağlayarlar. Mərhumu ağ kəfənə büküb, təzə və təmiz xalca, palaz içərisində çənazəyə qoyurlar və məscidə qədər çiyinlərdə aparırlar. Məsciddə ölən üçün Quran oxunar. Çənazəni son mənzilə kişilər yola salar. Uşaqları və qadınları həmin gün qəbiristanlığa getməyə qoymazlar. Cəsədi qəbirə sağ çiyni ustə, yönü qibləyə tərəf qoyarlar.
Ölünü dəfn etdikdən sonra qəbirstanlıqdan çıxmağa tələsməzlər. Adətən ləng tərpənərlər ki, hamıdan sonra qəbristanı tərk etsinlər. Dəfn mərasimində adətən dualar oxunar və oxunan dualar diqqətlə dinlənilər. Dəfnə gələnlərə çay, kofe və suxurat verilər. Adamlar ölənin ailəsinə başsağlığı verməyə əsasən ilk üç gündə saat 6-dan 8-ə qədər gələrlər. Həmin vaxt gələ bilməyənlər mərhumun yeddisi günü də başsağlığı verməyə gəlirlər. Adamların əksəriyyəti çalışır ki, dəfn mərasimində iştirak etsinlər. Uzaqda olanlar isə üzüntülərini teleqramla, telefonla da bildirirlər.
Yas mərasimi yazısı aşağıdakı sayt əsasında hazırlanmışdır: http://halapturkmen.blogcu.com/-/11247082
COLAN TÜRKMANLARINDA YEMƏKLƏR
Colan Türkmanları xörək hazırlayarkən dənli bitkilərdən, ət-süd məhsullarından, tərəvəzlərdən, zeytun yağından, ədviyyatlardan, limon suyundan geniş istifadə edərlər. Ənənəvi yeməklərə ələnmiş buğdadan (bulqurdan) hazırlanan sıyıqlar, arpa və buğda unundan kökələr (“xobz”), süd məhsullarından (“lyabne”), içi doldurulmuş badımcan (“makdus”), göyərti, zeytun və qoyun ətindən bişirilən yeməklər aiddir. Masaya hər zaman “falafel”, “şavarma”, qəlyanaltılardan “xummus”, “mutabbal”, “baba-qanuş”, “ful”, tərəvəz və göyərtilər “tabbule”, müxtəlif pendirlər, mərci şorbası, qızardılmış çörəkdən və tərəvəzlərdən hazırlanmış “fatuş” təqdim olunur. Ət yeməklərinə aşağdakılar aiddir: düyü və qozdan hazırlanmış bütöv quzu “mensaf”, yerkökülü ətli plov, kişmiş və ədavalı “kabsa”, düyü və qoz içlikli toyuq “djadj maxşi”, köz üzərində hazırlanan balıq “samak meşui”, döyülmüş qoyun əti “kastaleta”, kabab, qoyun əti ilə üyüdmüş bugdadan “kibbe”, köz üzərində çevrilmiş qoyun “meşvi”, qara gavalılı və badamlı qoyun əti, kəllə-paça “makkadem”, köz üzərində qızardılmış quzu əti ilə göyərti “kafta”, “dolma” və ya “tolma”. Şirni süfrəsi üçün isə qat-qat xəmirdən ətli börək, göyərti və pendirli “burak”, paxlava, “şərbət”, “kuafə”, yarmadan pudinq “mxalabie”, börəklər və meyvə hazırlanır. Populyar içkilərdən – tünd Ərəb qəhvəsi, çay, müxtəlif şirələr, kişmiş kompotu “djelab” və süd məhsullarından “ayran”.
Colan Türkmanlarının mətbəxi yazısı aşağıdakı sayt əsasında hazırlandı: http://halapturkmen.blogcu.com/-/11247082
COLAN TÜRKMANCASINDA İŞLƏNMİŞ ƏSKİ SÖZLƏRDƏN SEÇMƏLƏR
Colan Türkmancası ilə
|
Azərbaycan Türkçəsi ilə
|
|
|
İNSAN GÖGDƏSİ ÖGƏLƏRİ
|
İNSANIN BƏDƏN
ÜZVLƏRİ
|
ağız
|
ağız
|
axrıq
|
bəlğəm
|
alın, annı
|
alın
|
am
|
am, amcıq
|
arqa
|
arxa
|
avuç
|
ovuc
|
ayak, eylek
|
ayaq
|
ayrık
|
iki bığın arası
|
azı
|
azı
|
bacak
|
bacaq
|
bağ
|
çatma (qasları bir-birinə bağlanmış. Çatma qaş)
|
bağır
|
bağır (qara çiyər)
|
bağırsak, bağırsalıq
|
bağırsaq
|
bahla
|
gözü böyük
|
baldır
|
baldır
|
barmak
|
barmaq
|
barmakizi
|
barmaq izi
|
baş
|
baş
|
bél
|
bel
|
beng
|
xal, bənəg
|
béyrək
|
böyrək
|
bıyık
|
bığ
|
bilək
|
bilək
|
boğaz
|
boğaz
|
bommaq
|
Qırmızı yanaq
|
boyun
|
boyun
|
bögri, bögür
|
böyür, yan
|
burru
|
burun
|
büzzük
|
büzdüm
|
qasıq
|
qasıq
|
can
|
can
|
ciger
|
ciyər
|
çaplak
|
şapalaq
|
çatal
|
iki qıçın arası
|
çatal
|
iki barmağın arası
|
çəñə, çenge
|
çənə
|
çiñ, çing
|
çiyin
|
çizgilər
|
çizgilər (üz və bədəndəki xətlər)
|
çopur
|
çopur
|
damar
|
damar
|
dəpə
|
təpə (başın ən yüksək hissəsi)
|
dəri
|
dəri
|
dırnak
|
dırnaq
|
dil
|
dil
|
dirsək
|
dirsək
|
diş
|
diş
|
diz
|
diz
|
dölyatağı
|
uşaqlıq
|
döş
|
döş
|
dudak
|
dodaq
|
düşükdiş
|
mırıq (düşən diş)
|
əmzik
|
əmzik
|
ən
|
əl
|
gəbəlik
|
hamiləlik
|
göbək
|
köbək
|
gögdə
|
gövdə, bədən
|
gögis
|
köks
|
göt
|
göt
|
göz
|
göz
|
gözbébegi
|
göz bəbəyi
|
gözğabağı
|
göz qapağı
|
ğafa
|
baş
|
kalça
|
qılça
|
ğan
|
qan
|
ğanat
|
qanat
|
ğarrın
|
qarın
|
ğaş
|
qaş
|
ğıç
|
qıç, ayaq
|
ğıl
|
qıl
|
ğocak
|
qoçaq
|
ğol
|
qol
|
ğoltuk
|
qoltuq
|
ğoltukaltı
|
qoltuqaltı
|
ğovık
|
qovuq, sidik kisəsi
|
ğoyın
|
qoyun (qucaq)
|
ğulak
|
qulaq
|
ğursak
|
qursaq, mədə, kəklik
|
kəkil
|
kəkil
|
kelle
|
kəllə
|
kiprik
|
kirpik
|
kök
|
kök
|
memek
|
məmə
|
omırğa
|
onurğa
|
osrık
|
osduraq
|
ökçe
|
daban
|
saç
|
saç
|
saya
|
aya, əlin içi, ovuc
|
semizlik
|
kök
|
sırt
|
sırt, arxa
|
sik
|
sik
|
sigil
|
ziyil
|
siñir
|
sinir
|
solık
|
soluq, nəfəs
|
sumsuk
|
təpik, dümsük
|
südük
|
sidik
|
sümük
|
sümük
|
süt
|
süd
|
ter
|
tər
|
tommak
|
toppuş
|
tommuk
|
toppuş
|
topık
|
topuq
|
tormık
|
buxov
|
tüfrik
|
tüpürcək
|
tükrik
|
bəlğəm, tüpürcək
|
uc
|
uç (barmaqların uçu)
|
us
|
ağıl, huş
|
xappaz
|
qapaz
|
yağ
|
yağ
|
yaka
|
yaxa
|
yaş
|
yaş (göz yaşı)
|
yég
|
|
yumrık
|
yumruq
|
yüklilik
|
hamiləliyin başlangıcı
|
yürək
|
ürək
|
zülüf
|
saç, tük
|
TABİƏT
|
TƏBİƏT
|
akanyıldız
|
axan ulduz, meteor
|
arık
|
arx
|
ay
|
ay
|
aytutulumu
|
ay tutulması
|
bulut
|
bulud
|
çağlayan
|
çağlayan, şəlalə
|
çamır
|
palçıq, çamır
|
çay
|
çay
|
dağ
|
dağ
|
daş
|
daş
|
dəñiz
|
dəniz
|
dəpə
|
təpə
|
dərə
|
dərə
|
gög
|
göy
|
gögerti
|
göyərti, yaşıllıq
|
göl
|
göl
|
gölək
|
gölməçə
|
gün
|
gün
|
Gün, Günəş
|
Gün, Günəş
|
güntutulumu
|
gün tutulması
|
kaya
|
qaya
|
kayır
|
çınqıl (kiçik daşlar)
|
ğum
|
qum
|
ırmak
|
irmaq, nəhr, böyük çay
|
şimşək
|
şimşək
|
yağmır
|
yağış, yağmur
|
yér
|
yer
|
yıldırım
|
ildırım
|
yıldız
|
ulduz
|
yol
|
yol
|
HACATLAR
|
GEYİMLƏR
|
Erkekler için
|
Kişi geyimləri
|
ayakğabı
|
ayaqqabı
|
babuç
|
papış
|
béz
|
bez
|
demir
|
dəmir
|
çıb
|
cib
|
çorab
|
corab
|
edik
|
çəkmə
|
əllik
|
əlçək
|
ém, şalcar
|
şalvar
|
göncüklük
|
cibli geyim
|
göynek
|
köynək
|
ğayış
|
qayış , kəmər
|
ğurşak
|
qurşaq
|
işlik
|
içlik, alt geyim
|
kəmər
|
kəmər
|
köncük
|
cib
|
kuşak
|
qurşaq
|
lekəlik
|
corab
|
ros - tağlık
|
|
sekö
|
palto
|
talık
|
|
terrik
|
tərrik, şap-şap, çəkələk
|
AVRAT İÇİN
|
QADIN GEYİMLƏRİ
|
ansalıp
|
üz boyası, makyaj (ansalıp = kökü yandırılıb bibər və paxla ilə qarışdırılaraq üz boyası hazırlanan bir bitki)
|
ayakğabı
|
ayaqqabı
|
dəmir
|
dəmir
|
don
|
don
|
dögin
|
döymə
|
gezi
|
boyunbağı
|
gümüşbiləzzik
|
gümüş bilərzik
|
ğına
|
xına
|
kapkap
|
taxtadan düzəldilən tərlik,
şap-şap
|
midəs
|
tərlik
|
poşu/puşu
|
bəzək üçün geyimə taxılan qumaş
|
sürmə
|
sürmə
|
təntən
|
bəzək üçün geyimə taxılan qumaş
|
ünek
|
önlük
|
yağlık
|
yaylıq
|
yüzzik
|
üzük
|
GENÇTEN ÖTRÜ
|
GƏNÇ ÜÇÜN
|
bılağı
|
qolçaq, bilərzik
|
déynək
|
|
fasğır
|
|
ğemmez
|
alt paltarı
|
işligi
|
köynək, qısa çəpkən
|
pafta göynek
|
bafta göynək
|
şerval, şalvar
|
şalvar
|
xancar
|
xənçər
|
yəmənî
|
yəməni, xəncərin, qəmənin qını
|
DİNÎ SÖZLER
|
DİNÎ SÖZLƏR
|
aptaz almak
|
abdəst almak
|
camı
|
məscid
|
gög
|
göy, səma
|
kenise
|
kilisə
|
musurman
|
Müsəlman
|
namaz ğılmak
|
namaz qılmaq
|
oruc tutmak
|
oruç tutmaq
|
péyxəmbər
|
peyğəmbər
|
tañrı
|
Tanrı - Allah
|
Dostları ilə paylaş: |