Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●


Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq təlimində milli-mənəvi və islami dəyərlərin öz yeri vardır



Yüklə 1,4 Mb.
səhifə2/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   2   3   4   5   6   7   8   9   ...   91
Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq təlimində milli-mənəvi və islami dəyərlərin öz yeri vardır. Müasir dünyəvilik konsep­siyası insanla Tanrı arasındakı ünsiyyəti, Allahın varlığını və vahidliyini təsdiq edir. Dində bəşəriyyətin inkar etdiyi fanatizim və xura­fatdır. Deməli, Tanrı dərgahının mövcudluğu və dərki dini tiryəklə eyni­ləş­dirən marksistlərdən başqa tarixin bütün çağlarında hamını düşün­dürüb. Tanrı ilə insanlar arasındakı ən böyük uçurumu və səddi də bolşe­vizm yaradıb. V.İ.Lenin M.Qorkiyə ünvanladığı məktubda yazırdı: «Allah ideyasını indi Avropada da, Rusiyada da hər cür, hətta ən incə, ən xoşniyyət şəklində müdafiə etmək və ya ona bəraət qazandırmaq irticaya bəraət qazandırmaq deməkdir» (5, 136).

Heydər Əliyev göstərirdi ki, «Biz XX əsrdə cürbcür mərhələlərdən keçdik, ayrı-ayrı ideologiyaların təsiri altında qaldıq. Ona görə də lazımdır ki, ümumiyyətlə düşünən beyinlərimiz, alimlərimiz və o cümlədən təhsil sahəsində çalışan müəllim ordusu milli ideologiya­mızın formalaşması üçün öz fəaliyyətini göstərsin».

Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Azərbaycanın milli-mənəvi dəyərləri heç də həmişə və hər yerdə dayanacqsız və fasiləsiz inkişaf etməyib. O tarixin müxtəlif çağlarında müxtəlif maneələrlə üz-üzə dayanıb. Məsələn, XX əsrdə sovet ideologiyası bütün güc və vasitələrdən istifadə edərək dini dəyərlərin ləğvinə çalışıb, lakin buna nail ola bilməyib.

Qeyd etmək lazımdır ki, sovetləşmənin ilk ilindən etibarən milliliyin ittihamı prosesi gedirdi. İttiham hədəfinə çevrilənlər arasında, klassik sənət nümunələri, o cümlədən musiqi alətləri də var idi. «Oxuma, tar, oxuma, tar, Səni sevmir proletar» misraları həmin dövrün ədəbi məhkə­mə­lərinin ittiham şüarına çevrilmişdi. Süleyman Rüstəm xatirələrində yazırdı ki, xanəndələr Füzulinin «Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni» qəzəlini oxuyanda, buna etiraz edir və bildirirdilər ki, bu misraları müasirləşdirmək və belə oxumaq lazımdır: «Yoldaş, bəlayi-eşq ilə qıl aşina məni». Göründüyü kimi, «Ya rəb» sözünü «Yoldaş» ifadəsi ilə əvəzləmək və hər şeyə materialist don geyindirmək istəyirdilər.

O illərdə bir çox adət-ənənələrimiz, mərasim nəğmələrimiz, mər­siyyə ədəbiyyatımız, hətta bəşəriliyi, sülh və barışığı təbliğ edən «Nov­ruz» bayramımız da din pərdəsi adı altında total mühitin qəzəbinə düçar olmuşdu. 1920-1930-cu illərdə yüzlərlə adam bu bayramı keçirdiyinə görə islam dinini təbliğ etməkdə suçlandırılaraq fiziki və mənəvi təqiblərə məruz qaldı.

Təbii ki, bütün bunlar sovet imperiyasının yeritdiyi ideologiya və marksizmin fəlsəfi əsası idi. Ona görə də, sonrakı illərdə dinin reablita­siyası prosesi getmədi. Dini dəyərlərimizin qiymətləndirilməsinə də ilk cığırı müstəqil­­liyimiz açdı. Məhz bu illərdə din müstəqil Azərbaycanın bayrağında simvollaşdırıldı. Yüzlərlə məscid və ibadətgahlar tikildi və ya bərpa olundu.

Ulu öndər Heydər Əliyev deyirdi: «Gənclərimizin islam dinini mənimsəməsi üçün tədbirlər görülməlidir. Çünki bu tədbirlərin olmaması nəticəsində bəzi mənfi hallar meydana çıxır, ayrı-ayrı qruplar gənclərə fanatizm əhvali-ruhiyyəsi aşılamaq istəyirlər» (2). Göründüyü kimi, milli öndərimiz dinin ehkam kimi qəbul edilməsinə qarşı çıxır, yad ünsürlərin həm dinə, həm də gənc nəslin əxlaqına vura biləcəyi mənfi təsirlərin əsas mahiyyətinə diqqəti yönəldirdi. Heç şübhəsiz ki, o yad ünsür deyəndə islamın bətnindən çıxan, ona qarşı yönələn təriqətləri və təriqətçiləri nəzərdə tuturdu.

Qurana yazılmış şərhlərin birində məşhur bir deyim var: «Çox Quran oxuyanlar görmüşəm ki, Quran ona lənət oxuyur». Quranın lənətinə düçar olmamaq üçün onun qoyduğu tələbləri millətə düzgün çatdırmalı, dini dəyərlərimizi yad təsirlərdən qorumalıyıq. Bu, həm də azərbaycançılığın tələbidir.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin