Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 1,4 Mb.
səhifə13/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   ...   9   10   11   12   13   14   15   16   ...   91
İbrahim BAYRAMOV

filologiya üzrə elmlər doktoru, professor
KİTABİ-DƏDƏ QORQUD”

DASTANININ MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNƏ UYĞUNLAŞDIRILMASI HAQQINDA
Məsələnin qoyuluşu. Məqalədə “Kitabi-Dədə Qorqud” das­tanının Azər­baycan ədəbi dilinə uyğynlaşdırılmasının elmi prinsipləri araşdırıl­mışdır.

İşin məqsədi. “Kitabi-Dədə Qorqud” das­tanı Azərbaycan epik tə­fək­kürünün fundamental nümunəsi olmaqla yanaşı, həm də Azərbaycan ta­rixinin, mədəniyəti və mənəviyyatının daşıyıcısı olan bir bədii nümunədir. Buna görə də onun Azərbaycan ədəbi dilinə uyğunlaşdırılması ciddi elmi əhəmiyyət daşıyır və məqalədə bu uyğunlaşdırılmanın elmiliyi tədqiq edilmişdir.
Elm aləminə 1815-ci ildən məlum olan “Kitabi-Dədə Qorqud” das­tanı Azərbaycanda XX əsrin 30-cu illərində nəşr olunmağa başlamışdır. “Kitabi-Dədə Qorqud” Bakıda H.Araslı tərəfindən 1938, 1962 və 1978-ci illərdə nəşr olunmuşdur. Daha sonra bu dastanı 1988-ci ildə F.Zeynalov və S.Əlizadə, 1999-cu ildə isə Ş.Cəmşidov nəşr etdirmişdir.

Azərbaycanda 1988-ci ilə kimi H.Araslının tərtibçiliyi ilə nəşr olunan “Kitabi-Dədə Qorqud”dan istifadə edilmişdir. Daha doğrusu, dastanın dili ilə bağlı tədqiqatlar məhz həmin nəşrə istinadən aparılmışdır. Yəni bu nəşrlər aparıcı olmuşdur. Bu mənada F.Zeynalov və S.Əlizadənin fikirləri maraqlıdır: “Kitabi-Dədə Qorqud” Bakıda üç dəfə (1938, 1962, 1978) nəşr edilmişdir. Lakin 40 illik müddət ərzində (1938-ci il I nəşri ilə 1978-ci il III nəşri arasındakı dövr nəzərdə tutulur – İ.B.) dastanların nəşri dil və imla xüsusiyyətləri baxımından prinsipial fərqlərə malik deyildir. İndiki nəsil (XX əsrin 80-ci illəri nəzərdə tutulur – İ.B.) əsasən son iki nəşrdən (1962, 1978-ci il nəşrləri – İ.B.) istifadə edir. Ona görə də nümu­nə üçün həmin nəşrlərdə “Kitabi-dədə Qorqud” “müqəddimə”sinin mətni üzrə baş verən tərtib və nəşr dəyişikliklərinə nəzər salmaq maraqlıdır. Aşağıda hər bir sözün nəşr varinatları – I tərəfdə 1962-ci il, II tərəfdə 1978-ci il – qarşılaşdırılır; həm də sonuncu nəşrdə orijinala yaxınlığına görə uğurlu dəyişiklikləri kursivlə nəzərə çarpdırırıq:

Müşkül – müşgül, eşək-eşşək, sızlayır varsa – sızlavarsa, çömərd – cömərd, elinizdə – iləyinizdə, hecəsindən – heçəsinlən, qılıc – qılınc, ayğır – buğır, ögdügüm – öydüyüm, bunçılayın – buncılayın, a – ah, yeyə dada – yekə dana, yeyəyin – yeyəlim, dəgirmandəyirman (19, 26) .

“Kitabi-Dədə Qorqud” dastanının 1988-ci il nəşri F.Zeynalov və S.Əliza­dəyə məxsusdur. Bu nəşrin mətni H.Araslının nəşrindən əsas “orfoqrafik-fonetik simasına görə fərqlənir” (19, 26).

Dastanın 1988-ci il nəşrində 1978-ci il nəşri ilə müqayisə aparılır və mətndəki orfoqrafik-fonetik fərqlər 3 yerə böünərək qruplaşdırılır:

1) Bir sıra türk, ərəb və fars sözləri sait tərkibinə görə müasir tələffüzə uyğunlaşdırılmadan əslinə uyğun şəkildə saxlanılmışdır;

2) Tarixi fonetika (ahəng qanunu və fonetik hadisələr) baxımından maraq doğuran söz kökləri, leksik və qrammatik şəkilçilər əlyazmasına uyğun şəkildə verilir;

3) Qədim oğuz dilində sözün əvvəli və sonu üçün səciyyəvi olan cingiltili samitlər əlyazmasına əsasən saxlanılır (19, 26-27).

Fikrin aydın olması, hər bir sözün ifadə etdiyi mənanın düzgün başa düşülməsi üçün sözlərin müasir orfoqrafik – fonetik formada verilməsi əsas şərtdir.

Ş.Cəmşidov “Kitabi-Dədə Qorqud” dastanını 1999-cu ildə nəşr edə­rək Drezden əlyazmasındakı təhrifləri və təshihini vermişdir. Dastanın Drez­den, Vatikan nüsxələri ilə yanaşı, Türkiyədə, Rusiyada çap olunan variant­lar qarşılaşdırılaraq “Drezden mətnindəki təhriflər zahiri oxşarlıqla məntiqi uyarlığın vəhdəti üsulu ilə...elmi şərh əsasında bərpa olunur” (8, 98).

“Kitabi-Dədə Qorqud”un müasirləşdirilməsi Azərbaycan qorqud­şünas­larının diqqətində dayanmışdır. İlk dəfə dastanın II boyu – “Salur Qazanın evi yağmalandığı boyı bəyan edər” boyu müasir Azərbaycan dilinə uyğun­laşdırılaraq orta məktəbin IX sinfin proqramına daxil edilib. Ş.Cəmşidov “Kitabi-dədə Qorqud” dastanını “Dədə Qorqud” adı ilə uşaqlar üçün müasir Azərbaycan dilində bədii şəkildə işləyərək 1980-ci ildə çap etdirmişdir.

1988-ci ildə dastanın tənqidi mətni “Kitabi Dədəm Qorqud ala lisani taifeyi Oğuzan” adı ilə nəşr olunmuşdur və burada dastanın mətninin əsli əksini tapmışdır. Dastanın bu nəşrində həm də mətnin müasir şəkli veril­mişdir. Dastanının müasirləşdirilməsi ilə bağlı F.Zeynalov və S.Əlizadə yazır: “Kitabi-Dədə Qorqud”un müasirləşdirilməsinin – mətnin müasir ədəbi-bədii dilə təbdil edilib verilməsini də faydalı saydıq. Məqsəd “Kita­bi-Dədə Qorqud”un bədii-estetik gözəlliyini, bəşəri mündəricəsini, ədəbi-tarixi siqlətini geniş oxucu kütləsinə çatdırmaq, aydınlaşdırmaqdır. Bu yolla “Kitabi-Dədə Qorqud”un möhtəşəmliyini əyaniləşdirmək, türkdilli xalq­ların bədii təfəkkürünün və dilinin təkamülündə onun böyük rol oynadığı, həqiqətən bir çox cəhətdən zəngin və universal, nadir sənət abidəsi olduğu barədə daha geniş təsəvvür yaratmaq mümkündür” (19, 27). “Kitabi-Dədə Qorqud” müasir dilə uyğunlaşdırılarkən sözlər müasir fonetik-orfoqrafik normalara uyğunlaşdırılmış, cümlədəki fikir müasir təfəkkür tərzimizə, dili­mizin müasir məntiqinə uyğun ifadə olunmuş, arxaikləşmiş sözlər, tari­xizmlər tərcümə edilib, leksik-semantik qarşılığı verilmişdir (19, 27).

Xalqımızın Ana kitabı olan “Kitabi-Dədə Qorqud” dastanının müa­sirləşdirilməsi zamanı söz və ifadələrin mənasının itməməsinə xüsusi fikir verilmişdir. Söz və ifadələrin mənasına fikir verilməsə, təhriflər yaranar və “belə hallarda poetik ahəng və məna xatirinə, bütövlükdə “bədii effekt” naminə hər hansı sözün sinonimlərindən istifadə etmək daha “təsirli” sözlər tapmaq olar. Lakin həmin üsul da məzmun təhrifinə gətirib çıxarır, bu və ya digər sözün həqiqi (müstəqim) mənasını bizim necə qavradı­ğımız məlum olmur” (19, 28). Məhz “Kitabi-Dədə Qorqud” dastanının dilinin qədimliyi, söz və ifadələrin incəliyi mətnin müasirləşdirilmiş şəklində də qorunub saxlanılmalıdır.

F.Zeynalov və S.Əlizadənin “Kitabi-Dədə Qorqud” mətninin müasir Azərbaycan dilinə uyğunlaşdırılmış variantı uğurlu alınmışdır. Lakin dastanın dilində işlənmiş bəzi söz və cümlələr müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən təhriflərə yol verilmişdir.

Dölim. Dölimindən ağarsa, baba görkli

südin toya əmzirsə, ana görkli (13, 33)




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin