Азярбайжан Кянд Бялядиййяляри Ассосийасынын фяалиййятинин гиймятляндирилмясиня даир Мониторинг Щесабаты



Yüklə 290,07 Kb.
səhifə1/3
tarix22.10.2017
ölçüsü290,07 Kb.
#10420
növüXülasə
  1   2   3



BƏLƏDIYYƏLƏRIN İNKIŞAFI NAMINƏ QHT ALYANSI

Bələdiyyə Assosiasiyaları tərəfindən
yerli özünüidarə qurumlarına göstərilən xidmətlərin səmərəliliyinin artırılması



BAKI – 2010



Bu siyasət sənədi “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının həyata keçirdiyi layihə çərçivəsində “İqtisadi təşəbbüslərə yardım” İB tərəfindən Böyük Britaniyanın Oxfam Təşkilatının maliyyə dəstəyi ilə hazırlanıb.

Sənəd ABŞ-ın German Marshall Fondunun maliyyə dəstəyi ilə çap olunub.

Müəlliflər:

Rövşən AĞAYEV

Samir ƏLİYEV

www.localdemocracy.az

© “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansı

© İqtisadi Təşəbbüslərə Yardım İB

MÜNDƏRİCAT


  1. Xülasə 4

  2. Akronimlər 5

  3. Giriş 6

  4. Problemin qoyuluşu 8

  5. Siyasətin variantları 14

    1. Bələdiyyələrin zəruri əyani vəsaitlərlə
      təmin edilməsi yolu ilə Assosiasiyalar
      tərəfindən xidmətlərin göstərilməsi 14

    2. Bələdiyyə üzvlərinə və qulluqçularına
      təlim və tədris vasitəsilə Assosiasiyalar tərəfindən
      xidmətlərin göstərilməsi 17

    3. Bələdiyyə qurumlarına Assosiasiyalar
      tərəfindən elektron xidmətlərin göstərilməsi 20

  6. Alternativlərin qiymətləndirilməsi 23

    1. Qiymətləndirmənin metodologiyası 23

    2. Alternativlərin meyarlar üzrə qiymətləndirilməsi 23

  7. Nəticə və tövsiyələr 28

  8. Əlavələr 30

    1. Əlavə 1. Bələdiyyə qurumlarının ehtiyaclarını
      qiymətləndirmək bağlı sorğu 30

  9. Ədəbiyyat 33



XÜLASƏ
Yerli özünüidarə orqanları maraqlarını hökumət qarşısında təmsil etmək, ölkədə yerli özünüidarənin güclənməsinə və inkişafına töhfə vermək beynəlxalq təcrübədə bələdiyyə birliklərinin əsas məqsədlərindəndir. Odur ki, belə birliklərin fəaliyyətinin dərindən araşdırılması və onların uğurlu təcrübələrinin mənimsənilməsi Azərbaycanda fəaliyyət göstərən 3 Bələdiyyə Assosiasiyasının prioritet vəzifəsi olmalıdır.

Sənədi hazırlayan müəlliflər hesab edirlər ki, bu gün Bələdiyyə Assosiasiyaları nizamnamə ilə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Aparılmış tədqiqatların, sorğuların, müsahibələrin nəticələri göstərir ki, Assosiasiyalar bu günə qədər işlərini səmərli qura bilməyiblər, fəaliyyətləri əsasən üzvlük haqlarının yığılmasından və bir sıra yığıncaqların təşkilindən ibarət olub.

Tədqiqatın yekunu olaraq Bələdiyyə Assosiasiyaları tərəfindən göstərilən xidmətlərin səmərəliyinin artırılması üçün 3 alternativ mexanizm təkilf edilir: 1) bələdiyyələrin zəruri əyani vəsaitlərlə təmin edilməsi yolu ilə Assosiasiyalar
tərəfindən xidmətlərin göstərilməsi; 2) bələdiyyə üzvlərinə və qulluqçularına
təlim və tədris vasitəsilə Assosiasiyalar tərəfindən xidmətlərin göstərilməsi; 3) bələdiyyə qurumlarına Assosiasiyalar tərəfindən elektron xidmətlərin göstərilməsi. Hər bir alternativ təhlil olunur və qiymətləndirilir.

Sənəddə tədqiqatın nəticəsi olaraq Bələdiyyə Assosiasiyaları tərəfindən göstərilən xidmətlərin səmərəliyinin artırılması üçün hər üç alternativin mərhələli şəkildə həyata keçirilməsini təklif edirlər və bununla bağlı hökumətə tövsiyələr verilir.


Akronimlər
İTY İB - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KBMA - Kənd Bələdiyyələri Milli Assosiasiyası

QHT – Qeyri-hökumət təşkilatları

AŞ - Avropa Şurası

KİV - Kütləvi İnformasiya Vasitələri

ÜBQK - Ümumrusiya Bələdiyyə Qurumları Konqresi



Giriş
Bələdiyyə institutunun inkişafında, effektiv fəaliyyətində yerli özünüidarə birliklərinin rolu danılmazdır. Beynəlxalq təcrübədə bələdiyyə birliklərinin fəaliyyət sferası çox zəngindir. Fərqli modellərin və hüquqi formaların mövcudluğuna baxmayaraq dünya təcrübəsində bələdiyyə birliklərinin məqsədi eynidir - yerli özünüidarə orqanlarının fəaliyyətilə bağlı bütün üzvlərlə razılaşdırılmış mövqenin formalaşdırılması, ölkə daxilində və xaricdə bələdiyyələrin maraqlarının təmsil olunması, beynəlxalq təcrübənin yayılması, ölkədə yerli özünüidarənin inkişafı üçün üzvlərə müxtəlif tipli hüquqi və texniki yardımların göstərilməsi.

Azərbaycanda bələdiyyə birliklərinin yaradılmasından artıq 3 il ötür. 2006-cı ilin payızında Azərbaycanda kənd, qəsəbə və şəhər bələdiyyələrinin təmsil olunduğu 3 müxtəlif Assosiasiya yaradılıb. Bu Assosiasiyaların məqsədi ölkədə yerli özünüidarənin möhkəmlənməsinə və inkişafına nail olmaqdır. Nizamnamədə bələdiyyə qurumlarının inkişaf üçün Assosiasiyaların bir sıra xidmətlər göstərmək hüquqları nəzərdə tutulsa da, praktikada bələdiyyə birlikləri bu hüquqlardan istifadə etmirlər. Nizamnaməyə görə, Assosiasiyalar üzv bələdiyyələri zəruri məlumatlarla təmin edə, beynəlxalq təşkilatlarda bələdiyyələrin təmsilçiliyinin təşkil edə, üzvlər üçün maarifçilik fəaliyyətinin həyata keçirə, ixtisasartırma kursları təşkil edə, qabaqcıl təcrübənin yaya, xarici ölkələrdə fəaliyyət göstərilən bələdiyyələrlə əlaqələr qura bilərlər. Lakin ötən dövr ərzində ölkədə əksmərkəzləşmənin dərinləşməsi, yerli özünüidarə institutunun inkişafı istiqamətində Bələdiyyə Assosiasiyalarının hər hansı ciddi təşəbbüslərlə çıxış etməsi müşahidə olunmayıb. Aparılmış tədqiqatların, sorğuların, müsahibələrin nəticələri göstərir ki, Assosiasiyalar bu günə qədər işlərini səmərli qura bilməyiblər, fəaliyyətləri əsasən üzvlük haqlarının yığılmasından və bir sıra yığıncaqların təşkilindən ibarət olub.

Azərbaycanda yerli özünüidarənin inkişafı və səmərəli fəaliyyəti üçün bələdiyyə qurumlarının üzv olduqları Milli Assosiasiyalar fəaliyyət sferalarını genişləndirməli, Nizamnamədə üzərlərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər.

Sənədin hazırlanması zamanı beynəlxalq təcrübədə bələdiyyə birlikləri ilə bələdiyyə qurumları arasında əməkdaşlıq formaları öyrənilmiş və bu formaların Azərbaycanda tətbiq imkanları araşdırılmışdır. Sənəd müəllifləri tədqiqatda qonşu Rusiya və Türkiyə təcrübəsini araşdırmış, o cümlədən Qırğızıstan, Finlandiya, Norveç, Estoniya, Polşa, Çexiya kimi ölkələrin təcrübəsindən də faydalanmağa çalışmışdılar.

Siyasət sənədinin hazırlanması zamanı Azərbaycanın 12 rayonunu əhatə edən 50 bələdiyyə arasında sorğu aparılıb. Sorğunun məqsədi Bələdiyyə Assosiasiyalarının üzv-bələdiyyələrə göstərdikləri xidmətlərin əhatə dairəsini genişləndirmək və bu xidmətlərin keyfiyyətini yüksəltmək üçün bələdiyyə qurumlarının ehtiyaclarını qiymətləndirmək olub. Respondentlərin 10%-i Şamaxı, 8%-i Dəvəçi, 10%-i Göyçay, 4%-i Astara, 6%-i Şəki, 2%-i Ağdam, 12%-i Quba, 8%-i Bərdə, 10%-i Hacıqabul, 10%-i Lənkəran, 16%-i Bakı, 2%-i isə Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələrin payına düşüb. Sorğu iştirakçılarının 68%-ni kənd, 24%-ni qəsəbə, 8%-ni isə şəhər bələdiyyələrinin üzvləri təmsil edib.

Sənəd əsasən 4 hissədən ibarətdir. 1-ci hissədə – «Problemin qoyuluşbölməsində Azərbaycandan Assosiasiyalarla bələdiyyələr arasında əlaqələrin lazımi səviyyədə qurulmaması, Assosiasiyaların fəaliyyətindəki çatışmazlıqlar qeyd olunur və dünya təcrübəsi ilə müqayisə edilir. «Alternativ variantlar» olan ikinci bölmədə Assosiasiyalar tərəfindən göstərilən xidmətlərin yüksəldilməsi üçün ekspertlər tərəfindən hazırlanmış 3 alternativ variant təqdim olunur, onların izahı, həyata keçirilmə mümkünlüyü, üstünlüyü, çatışmazlığı əksini tapıb. «Alternativlərin qiymətləndirilməsi» bölməsində hər üçü alternativ ekspertlər tərəfindən qiymətləndirilir. Bunun üçün qiymətləndirmə meyarları müəyyənləşdirilir və hər bir alternativ bu meyarlar əsasında qyimətləndirilir. Son nətijədə üstün alternativ müəyyənləşdirilir. «Nəticə və tövsiyələdə tədqiqatın nəticələri yekunlaşdırılır və qərar qəbul edən şəxslər üçün konkret olaraq qəbul üçün tövsiyələr əksini tapır.

Böyük Britaniyanın «Oxfam təşkilatının birgə maliyyə dəstəyilə “Bələdiyyələrin İnkişafı Naminə” QHT Alyansı çərçivəsində hazırlanmış bu sənədin yazılmasında məqsəd Azərbaycanda Bələdiyyə Assosiasiyaları tərəfindən bələdiyyə orqanlarına göstərilən xidmətin keyfiyyətinin və səviyyəsinin artırılmasını təmin etməkdir. Sənəd müəllifləri əmindirlər ki, bu siyasət sənədi Assosiasiyaların fəaliyyətinin səmərəli qurulmasına töhfə verməklə yanaşı bələdiyyələrin kadr resurslarının inkişafı, zəruri məlumatlara çıxışının təmin olunması üçün faydalı olacaqdır.

Problemin qoyuluşu
Azərbaycanda yerli özünüidarə qurumlarının təmsilçisi olan birliklər 2007-ci ildən fəaliyyət başlayıb. Məlum olduğu kimi, 2006-cı ilin payızında ölkədə kənd, qəsəbə və şəhər bələdiyyələrinin təmsil olunduğu 3 müxtəlif Assosiasiya yaradılıb. Bələdiyyələrin təxminən 85 faizi (2450-dək qurum) Kənd Bələdiyyələri Milli Assosiasiyasında, 9 faizi (230-dan çox bələdiyyə) Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasında, yerdə qalanı isə (təxminən 80) Şəhər Bələdiyyələri Milli Assosiasiyasında birləşib.

Bələdiyyə Assosiasiyalarının fəaliyyətinin hüquqi əsası «Bələdiyyələrin statusu haqqında» Qanunda təsbit olunub. Belə ki, həmin qanunun 10-cu maddəsində qeyd olunur ki, bələdiyyələr öz fəaliyyətlərini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək üçün ittifaqlar yarada bilər və həmin ittifaqlar qanunvericiliyə uyğun olaraq qeydiyyata alınmalıdır.

Milli Assosiasiyaların bir-birindən fərqlənməyən nizamnamələrində bələdiyyələrin fəaliyyətinin beynəlxalq hüquq normalarına və mövcud qanunvericiliyə uyğun qurulmasına və ortaya çıxan problemlərin birgə həll edilməsinə kömək göstərmək yolu ilə Azərbaycanda yerli özünüidarənin möhkəmlənməsinə və inkişafına nail olmaq əsas məqsəd kimi qeyd edilir1. Nizamnamədə bələdiyyə qurumlarının inkişaf üçün Assosiasiyaların bir sıra xidmətlər göstərmək hüquqları nəzərdə tutulsa da, praktikada bələdiyyə birlikləri bu hüquqlardan istifadə etmirlər.

Assosiasiyaların nizamnamələrində üzv bələdiyyələrə göstərilməli olan xidmətləri aşağıdakı kimi qruplaşdırmaq olar:



  • üzv-bələdiyyələrin zəruri məlumatlarla təmin edilməsi;

  • beynəlxalq təşkilatlarda bələdiyyələrin təmsilçiliyinin təşkili;

  • üzvlər üçün maarifçilik fəaliyyətinin həyata keçirilməsi;

  • bələdiyyə qulluqçularının ixtisasının artırılması üzrə kursların təşkili;

  • bələdiyyələr arasında qabaqcıl təcrübənin yayılması

  • xarici ölkələrdə fəaliyyət göstərilən bələdiyyələrlə əlaqələrin qurulması

Lakin ötən dövr ərzində ölkədə əksmərkəzləşmənin dərinləşməsi, yerli özünüidarə institutunun inkişafı istiqamətində Bələdiyyə Assosiasiyalarının hər hansı ciddi təşəbbüslərlə çıxış etməsi müşahidə olunmayıb. Aparılmış tədqiqatların, sorğuların, müsahibələrin nəticələri göstərir ki, Assosiasiyalar bu günə qədər işlərini səmərli qura bilməyiblər, fəaliyyətləri əsasən üzvlük haqlarının yığılmasından və bir sıra yığıncaqların təşkilindən ibarət olub.

İTY İB-nin Aran bölgəsində Kənd Bələdiyyələri Milli Assosiasiyasının (KBMA) fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 50 bələdiyyə arasında apardığı sorğunun2 nəticələrinə görə, respondentlərin 74%-i Assosiasiyanın fəaliyyətini səmərəsiz sayır. Rəyi soruşulanların 32%-i KBMA-nın 3 illik fəaliyyətini bələdiyyə problemlərinin regionlarda müzakirəsinə dair təşkil etdiyi tədbirləri, 14%-i yaxşı təcrübənin yayılması istiqamətində irəli sürdüyü ideyaları, 8%-i qurumun göstərdiyi qanunvericilik təşəb­büslərini qurumun ən yaddaqalan fəaliyyət kimi qeyd edib. Bələdiyyələrin 26%-i KBMA-nı yalnız quruma ödədiyi üzvlük haqlarına görə xatırladığını bildirib. Həmin sorğuya görə, respondentlərin 90%-i indiyədək qurumun heç bir xidmətindən bəhrələnmədiyini qeyd edib. Yalnız 10%-i bu cür xidmətlərdən istifadə etdiyini vurğulayıb.

Vətəndaş cəmiyyətinin ayrı-ayrı üzvləri (müstəqil ekspertlər, KİV, QHT) və millət vəkilləri ilə aparılmış müsahibələrin nəticələri də KBMA-nın fəaliyyətini uğurlu saymır3. Ekspertlər hesab edir ki, KBMA-nın fəaliyyətində aşkar edilən çatışmazlıqları eyni zamanda digər iki – Şəhər və Kənd Bələdiyyələri Assosiasiyalarına şamil etmək olar.

Bu gün Bələdiyyə Assosiasiyaları nizamnamə ilə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Aparılmış müşahidələr zamanı Assosiasiyaların üzv bələdiyyələrə Nizamnamədən irəli gələn xid­mətləri göstərməsi prosesində aşağıdakı çatışmazlıqlar aşkara çıxarılıb.

- Assosiasiyaların strateji planı mövcud deyil. Hər bir qurum gələcək fəaliyyətini effektiv qurmaq üçün strateji plana malik olmalıdır. Əgər belə bir plan hazırlanmayıbsa, deməli qurum kortəbii fəaliyyət göstərir, gələcək haqda aydın təsəvvür yoxdur və sərəncamlarında olan resurslardan səmərəli istifadə mexanizmlərinə malik deyil.



- Assosiasiyaların internet resursları mövcud deyil. İnternet səhifəsi ictimaiyyətin qurumun fəaliyyəti haqda ətraflı məlumat alması, həmçinin Assosiasiya üzvlərinin müntəzəm olaraq zəruri məlumatlarla təmin edilməsi, kommunikasiya imkanlarının asanlaşdırılması və üzvlərin Assosiasiya ilə onlayn əlaqə qurması baxımından da zəruridir. Hazırda mövcud olan və hər üç Assosasiyanın yeganə internet səhifəsi sayılan http://belediyye.rabita.az ünvanı məlumatların zənginliyi baxımından çox kasaddır.

- Assosiasiyaların dövri nəşrləri yoxdur. Dövri nəşr informasiyanın ötürülməsi, məlumatlandırma və maarifləndirmə baxımından əhəmiyyətlidir. Ancaq Assosiasiyaların bu günə qədər hər hansı dövrü nəşri (jurnal, qəzet, bülleten və s.) yoxdur.

- Assosiasiyalar yerli özünüidarə siyasətinin müəyyənləşdirilməsində iştirak etmirlər. Assosiasiyaların yaradılmasında əsas məqsədlərdən biri yerli özünüidarə siyasətinin müəyyənləşdirilməsində iştirak etməklə milli səviyyədə bələdiyyələrin maraqlarının təmsil etməkdir. Bunun üçün Assosiasiyalar ən azı ölkədə yerli özünüidarənin inkişaf strategiyasına konseptual baxışı olmalı, malik olduğu konsepsiyanın ictimaiyyət və dövlət orqanları ilə müzakirəsini təşkil etməlidir. Assosiasiyaların ölkədə yerli özünüidarənin inkişaf strategiyasına konseptual baxışı yoxdur, fəaliyyət yalnız müəyyən məsələlərə icazəli münasibətlə məhdudlaşır

- Assosiasiyanın qanunvericiliyin təkmilləşdirilməsinə yönəlik təşəbbüsləri məhduddur. Assosiasiyaların yaranma məqsədlərindən biri məhz bələdiyyələrin fəaliy­yətini nizama salan qanunvericilik aktlarının təkmilləşdirilməsinə yardım göstərməkdir. Assosiasiyaların bu istiqamətdə fəaliyyəti qüvvədə olan hüquqi aktların analiz olunması və normativ aktların layihələrinin ekspertiza olunması, qanunvericilik təkliflərin hazırlanması kimi təşəbbüsləri əhatə etməlidir. Bu qurumların 3 illik fəaliyyəti dövründə qanunvericilk sənədlərinin ekspertizasını aparması, qanun layihələri təqdim etməsi ilə bağlı hər hansı rəsmi informasiya yoxdur. Qurumun bu istiqamətdə fəaliyyəti yalnız müəyyən qanunvericilik aktlarına təkliflərin verilməsi ilə məhdudlaşıb.

- Assosiasiyaların hökumət tərəfindən yaradılan müxtəlif işçi qruplarda, komitə və komissiyalarda rəsmi təmsilçiliyi yox səviyyəsindədir. Assosiasiyalar müxtəlif dövlət proqramlarının, həmçinin bələdiyyələrin maraqlarına toxunan qanun və qərar layihə­lərinin hazırlanması zamanı rəsmi formada yaradılmış işçi qruplarda, komitə və komissiyalarda təmsil olunmalıdırlar. Bu həm Yerli Özünüidarəyə dair Avropa Xartiyasının, həm də AŞ-nin yerli özünüidarə ilə məsləhətləşmələrə dair 2005-ci ildə qəbul etdiyi 171 saylı Tövsiyəsinin tələblərindən irəli gəlir. Hazırda bələdiyyə assosiasiyaları heç parlamentin regional məsələlər komitəsində daimi nümayəndə vasitəsilə təmsil olunmurlar, yalnız layihələrin müzakirəsi zamanı dəvət alırlar.

- Assosiasiyaların beynəlxalq təşkilatlarla əməkdaşlıq səviyyəsi məhduddur. Nizamnaməyə görə, Assosiasiyalar beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək həm xarici təcrübədən faydalana, həm də əlavə maddi-texiniki resurslar əldə edə bilər. Fəaliy­yətlərinin ilk dövrlərində assosiasiyalar AŞ Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əmək­daşlıq edib. Hazırda bu əməkdaşlıq yalnız Konqresin toplantılarında iştirakla məhdudlaşır, yaxud belə bir əməkdaşlıqla hər hansı məlumat yoxdur.

- Assosiasiyaların bələdiyyələrin kadr potensialının gücləndirilməsi istiqamətində təşəbbüsləri hiss olunmur. Assosiasiyalar öz üzvlərinin kadr potensialının güc­lən­diril­məsi istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirə bilər. Bura bələdiyyə kadrlarının hazırlığı, yenidən hazırlığı, ixtisaslarının artırılması sisteminin yaradılmasına dəstək, müxtəlif mövzularda treninq kurslarının təşkili, qabaqcıl xarici təcrübənin öyrədilməsi kimi fəaliyyətlər daxildir. Assosiasiyaların bu istiqamətdə hər hansı fəaliyyəti hiss olunmur.

İTY İB-in bələdiyyələr arasında apardığı sorğunun nəticəsi göstərir ki, respondentlərin əksəriyyəti (76%) Assosiasiyalar tərəfindən onlara canlı şəkildə (təlim, seminar, kurs və s.) və çap məhsulları (dövrü nəşr, kitablar, broşür və s.) vasitəsilə xidmət göstərilməsində maraqlıdır. (ƏLAVƏ 1). Bunun da əsas səbəbi bələdiyyələrin əksəriyyətinin internetə çıxışı olmamasıdır. Kənd və qəsəbə bələdiyyələrinin 90%-dən çoxu internetə çıxışı olmaması səbəbindən virtual xidmətdən yararlana bilmirlər. Ümumiyyətlə sorğuda iştirak edən respondentlərin yarıdan çoxu hesab edir ki, Assosiasiyalarla bələdiyyələr arasında sıx və səmərəli əməkdaşlıq qurulması üçün məşvərət şuralarının yaradılması vacibdir.



Beynəlxalq təcrübədə bələdiyyə birliklərinin fəaliyyət sferası çox zəngindir. Fərqli modellərin və hüquqi formaların mövcudluğuna baxmayaraq dünya təcrübəsində bələdiyyə birliklərinin məqsədi eynidir - yerli özünüidarə orqanlarının fəaliyyətilə bağlı bütün üzvlərlə razılaşdırılmış mövqenin formalaşdırılması, ölkə daxilində və xaricdə bələdiyyələrin maraqlarının təmsil olunması, beynəlxalq təcrübənin yayılması, ölkədə yerli özünüidarənin inkişafı üçün üzvlərə müxtəlif tipli hüquqi və texniki yardımların göstərilməsi.

Rusiyada 81 Bələdiyyə Şurasını və ölkə bələdiyyələrinin 92%-ni özündə birləşdirən Ümumrusiya Bələdiyyə Qurumları Konqresi4 üzv bələdiyyələri zəruru informasiyalarla (beynəlxalq təcrübə, hökumətin yerli özünüidarə sahəsində atdığı addımlar, ən yaxşı ictimai təşəbbüslər və s.) təmin edir. Bunun üçün Konqres müxtəlif dövrlü – həftəlik, aylıq, rüblük, illik nəşrlər çap edir və rəsmi internet saytında yerləşdirir. Digər tərəfdən bələdiyyələrin qanunvericilik aktları ilə təmin edir, bələdiyyə kadrlarının hazırlanmasında iştirak edir. Finlandiyada 348 bələdiyyəni özündə birləşdirən Yerli və Regional Hakimiyyətlər Assosasiyası bələdiyyələrin maraqlarının müdafiəsi istiqamətində lobbi fəaliyyəti göstərir, onları araşdırma və digər mütəxəssis xidmətləri ilə təmin edir. Qurum müntəzəm araşdırmalar aparmaqla yerli özünüidarə ilə bağlı dəyişiklikləri proqnozlaşdırır və zəruri analitik materiallar hazırlayır5. Estoniyada bələdiyyə assosasiyaları dövlət hakimiyyət orqanları ilə birgə məsləhətləşmələr əsasında müntəzəm olaraq yerli özünüidarə sahəsində qanunvericilk bazasının qiymətləndirilməsini həyata keçirir, onların nümayəndələri hökumətin müxtəlif işçi qruplarında təmsil olunur. Yerli özünüidarəetmə assosiasiyalarının elektron formada yaradılmış qanunvericilik aktlarının hazırlanması sisteminə (e-Qanun) aktiv istifadəçi qismində birbaşa çıxış imkanı var6. Qırğızıstanda fəaliyyət göstərən Qırğızıstan Bələdiyyələr Assosiasiyası7 ölkədə yerli özünüidarənin güclənməsinə, yerli demokratiyanın inkişafına dəstək vermək, şəhərlərin mənafelərini milli səviyyədə təmsil edir. Assosiasiyanın əməkdaşları dövlət orqanları ilə birgə təşkil olunan işçi komissiyanın tərkibində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edirlər. Assosiasiya üzv bələdiyyələrlə «on-line konfrans»lar, media-kampaniyalar təşkil edir, nəşrlər buraxır. Çexiyada8 bələdiyyələrin birləşdiyi Şəhər və Yaşayış Məntəqələri İttifaqının fəaliyyət istiqamətlərini ölkədə yerli demokratiyanın inkişaf etdirilməsi, mərkəzi və regional idarəetmə orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulması, idarəetmə orqanlarının hüquq və mənafelərinin müdafiəsi, yerli səviyyədə kadr hazırlığının dəstəklənməsi, bələdiyyələrə məsləhət xidmətlərinin (məsələn, qanunvericilik, tərəfdaşlıq layihələri və s. üzrə) gostərilməsi kimi məsələlər təşkil edir. Norveçdə Yerli və Regional Hakimiyyətlər Asossiasiyası9 müntəzəm olaraq üzvlərini ölkədə yerli özünüidarənin inkişafı ilə bağlı gedən proseslərlə bağlı məlumatlandırır, onlar arasında təcrübə mübadiləsinə kömək edir, üzvlərinin mənafelərini hökumətdə, parlamentdə, əmək və digər təşkilatlarda müdafiə edir. Assosiasiyanın yaratdığı məlumat şəbəkəsi üzvləri informasiya, hüquqi və statistik materiallarla təmin edir. Türkiyədə 230 bələdiyyəni özündə birləşdirən Mərmərə Bələdiyyələr Birliyi10 ölkədə ilk və ən böyük regional birlik hesab olunur. Birlik üzvlər arasında informasiya mübadiləsi və əməkdaşlığı təmin etməklə yanaşı bələdiyyə nümayəndələrinə və qulluqçularına şəhər planlaşdırılması və bələdiyyə idarəçiliyi sahəsində daim təlim xarakterli xidmətlər göstərir. Digər tərəfdən Birlik tərəfindən 2005-ci ildə yaradılmış Yerli İdarəçilik Akademiyası yerli özünüidarənin müasir konsepsiyasının yayılmasını və inkişafını təmin etmək məqsədilə bələdiyyə rəhbərliyi üçün təlimlər təşkil edir. Akademiyada yerli özünüidarə sahəsində universitet müəllimləri, tədqiqatçılar və mütəxəssislər tədris edir. Akademiya hətta xarici tədris ocaqları ilə əməkdaşlıq edir.

Azərbaycanda yerli özünüidarənin inkişafı və səmərəli fəaliyyəti üçün bələdiyyə qurumlarının üzv olduqları Milli Assosiasiyalar fəaliyyət sferalarını genişləndirməli, Nizamnamədə üzərlərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər.



ALTERNATİVLƏR
Sənədin hazırlanması çərçivəsində aparılmış təqdiqatın, sorğuların, ekspert müzakirələrinin nəticəsi olaraq Assosiasiyalar tərəfindən bələdiyyə qurumlarına göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 3 çözüm variantı müəyyənləşdirilib. Bu variantlar aşağıdakılardır:

  1. Bələdiyyələrin zəruri əyani vəsaitlərlə təmin edilməsi yolu ilə Assosiasiyalar tərəfindən xidmətlərin göstərilməsi

  2. Bələdiyyə üzvlərinə və qulluqçularına təlim və tədris vasitəsilə Assosiasiyalar tərəfindən xidmətlərin göstərilməsi

  3. Bələdiyyə qurumlarına Assosiasiyalar tərəfindən elektron xidmətlərin göstərilməsi

İndi isə həmin alternativ variantların hər birini ayrı-ayrılıqda təhlil edək.
Alternativ 1: Bələdiyyələrin zəruri əyani vəsaitlərlə təmin edilməsi yolu ilə Assosiasiyalar tərəfindən xidmətlərin göstərilməsi
Bələdiyyə birliklərinin effektiv fəaliyyətlərinin əsas istiqamətlərdən birini də bələdiyyələrin maarifləndirilməsi, beynəlxalq və qabaqcıl təcrübələrin yayılması, kadrların peşəkarlığının artırılması, bələdiyyə problemlərinin ictimaiyyətə çatdırılması, bələdiyyələrin hüquqlarının müdafiəsi və s. təşəbbüslər təşkil edir. Belə təşəbbüslərin həyata keçirilməsi üçün bələdiyyə birlikləri müxtəlif üsullardan istifadə edirlər. Bu üsulların ən geniş yayılmış forması bələdiyyə orqanlarının müxtəlif tipli çap məhsulları (dövrü nəşrlər, ədəbiyyatlar, bülletenlər və s.) ilə təmin edilməsidir.

Azərbaycanda fəaliyyət göstərən Bələdiyyə Assosiasiyalarının (kənd, qəsəb, şəhər) nizamnaməsinə11 görə, bu birliklər öz vəzifələrini həyata keçirmək üçün kütləvi informasiya vasitələri təsis edə, buklet, kitab və s. buraxa bilərlər. Aparılmış tədqiqatlar12 və müşahidələrin nəticəsi göstərir ki, Assosiasiyaların 3 illik fəaliyyətləri dövründə demək olar ki, heç bir nəşrə rast gəlinməyib. Yeganə olaraq hər üç bələdiyyə Assosiasiyasının birgə hazırladıqları və 2008-ci ildə nəşr etdikləri “Bələdiyyə: yeni forma, yeni məzmun” adlı kitabı istisnadır. Nəşrin annotasiyasında qeyd edilir ki, bu kitab bələdiyyələrin qabaqcıl iş təcrübəsindən, yerli əhəmiyyətli sosial problemlərin həllində həyata keçirdikləri uğurlu layihələrdən bəhs edir.

Sənədin hazırlanması çərçivəsində Azərbaycanın müxtəlif regionlarının əhatə edən 50 yerli özünüidarə qurumları arasında aparılmış sorğuların nəticəsi göstərir ki, respondentlərin 20%-i Assosiasiyaların üzvlərini əyani vəsaitlərlə (dövrü nəşrlər, bələdçilər, kitablar və s.) təmin etmələrini istəyir. Respondentlərin 30%-i isə əyani vəsaitlə təminatla yanaşı canlı təlimlərə üstünlük verir. (ƏLAVƏ 1)

Bələdiyyə qurumlarının kitabxana fondunu araşdırdıqda məlum olur ki, bu fondlar əsasən dövlət orqanları tərəfindən hazırlanmış göstəriş, tövsiyə, təlimatlardan və vətəndaş cəmiyyəti üzvləri tərəfindən hazırlanmış kitab, buklet və bələdiçlərdən ibarətdir.

Beynəlxalq təcrübədə bələdiyyə birlikləri tərəfindən üzvlərin zəruri əyani vəsaitlərlə (dövrü nəşrlər, kitablar, bələdçilər və s.) təmin edilməsi praktikası geniş yayılıb. Bələdiyyə birlikləri tərəfindən bələdiyyə qurumlarına göndərilən əyani vəsaitləri ümumilikdə aşağıdakı kimi sistemləşdirmək olar:


  • bələdiyyə birliklərinin dövrü nəşrləri (həftəlik, aylıq, rüblük, illik və s.)

  • bələdiyyə birliklərinin yekun hesabatları (rüblük, illik və s.)

  • beynəlxalq və ən yaxşı təcrübələrin əks olunduğu kitablar (bələdçi, tədris, dərslik və s.)

  • qanunvericilik aktlarının şərhi (maliyyə, vergi, hüquqi və s.)

  • tövsiyələr

  • reklam buraxılışları (bukletlər, təqvimlər və s.)


Yüklə 290,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin