Sorğunun məqsədi Bələdiyyə Assosiasiyalarının üzv-bələdiyyələrə göstərdikləri xidmətlərin əhatə dairəsini genişləndirmək və bu xidmətlərin keyfiyyətini yüksəltmək üçün bələdiyyə qurumlarının ehtiyaclarını qiymətləndirməkdir.
Sorğu Azərbaycanın 12 rayonunu əhatə edən 50 bələdiyyə bələdiyyə arasında aparılıb. Respondentlərin 10%-i Şamaxı, 8%-i Dəvəçi, 10%-i Göyçay, 4%-i Astara, 6%-i Şəki, 2%-i Ağdam, 12%-i Quba, 8%-i Bərdə, 10%-i Hacıqabul, 10%-i Lənkəran, 16%-i Bakı, 2%-i isə Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələrin payına düşüb. Sorğu iştirakçılarının 68%-ni (34) kənd, 24%-ni (12) qəsəbə, 8%-ni (4) isə şəhər bələdiyyələrinin üzvləri təmsil edib.
Sorğuya bələdiyyə sədrləri, sədr müavinləri və üzvlər cəlb edilib. Respondentlərin 70%-ni (35 nəfər) bələdiyyə sədri, 22%-ni (11 nəfər) sədr müavini, 8%-ni (11 nəfər) bələdiyyə üzvləri təşkil edib.
Bələdiyyələrin virtual xidmətdən yararlanmaq imkanlarını qiymətləndirmək üçün onlara internet imkanlarından istifadə etmək imkanları barədə sual verilib. Sorğu nəticəsində məlum olub ki, respondentlərin 86%-nin (43 bələdiyyə) internetə çıxışı yoxdur. Yalnız 14%-i (7 bələdiyyə) internetdən yararlana bilir.
İnternetə çıxışı olmayan bələdiyyələrin 12%-i (5 bələdiyyə) kompüter avadanlığının olduğunu qeyd edib. Sorğunun təhlili göstərir ki, kənd bələdiyyələrinin 91%-nin (31 bələdiyyə), qəsəbə bələdiyyələrinin 92%-nin (11 bələdiyyə), şəhər bələdiyyələrinin isə 25%-nin internetə çıxışı yoxdur.
“Hansı formada Assosiasiya vasitəsilə bələdiyyənizə xidmətlərdən istifadə etmək istərdiniz?” sualı ilə bağlı respondentlər üçün 3 cavab variantı təqdim edilmişdir
-
Virtual xidmət. Bu xidmətdə internet vasitəsilə bələdiyyə orqanlarını zəruri məlumatlarla təmin etmək, onlara interaktiv təlimlər keçirilməsi və s. nəzərdə tutulur.
-
Canlı xidmət. Bu xidmətdə bələdiyyə orqanlarının üzvləri və qulluqçuları üçün seminar və treninqlərin keçirilməsi nəzərdə tutulur.
-
Çap məhsulları vasitəsilə xidmətdə isə bələdiyyələrin mütəmadi olaraq nəşrlərlə (həftəlik, aylıq, rüblük, illik), broşürlə, bələdçilərlə və s. təmin etmək nəzərdə tutulur.
Cavab variantında sorğuda iştirak edən bələdiyyələrin 30%-i (15 bələdiyyə) həm çap məhsullarına, həm də canlı təlimlərə üstünlük veriblər. Respondentlərin 26%-i (13 bələdiyyə) canlı təlimlər, 20%-i (10 bələdiyyə) çap məhsulları vasitəsilə xidmətə üstünlük verdiyini qeyd edib. Bələdiyyələrin yalnız 8%-i (4 bələdiyyə) virtual xidməti seçib. Rəyi soruşulanların 4%-i canlı və virtual, 4%-i çap və virtual xidməti seçib. Sorğu iştirakçılarının 8%-i isə Assosiasiyadan heç bir xidmət gözləmədiyindən cavab verməyib.
Sorğuda iştirak edən bələdiyyələrin yarıdan çoxu (54%) Assosiasiyalarla effektiv əməkdaşlığı məşvərət şuralarının yaradılması vasitəsilə davam etdirməkdə görür. Respondentlərin 30%-i Assosiasiyaların regional təlim-resurs mərkəzlərinin yaradılması, 16%-i isə canlı təşkil olunan regional forumların təşkili vasitəsilə əməkdaşlığın səmərəli olacağı qənaətindədir.
Kənd və şəhər bələdiyyələrinin yarısı (50%), qəsəbə bələdiyyələrinin isə 66,7%-i məşvərət şuralarının yaradılmasına üstünlük veriblər. Regional təlim-resurs mərkəzlərinin yaradılmasını kənd bələdiyyələrinin 32,4%-i, qəsəbə bələdiyyələrinin 25%-i, şəhər bələdiyyələrinin 25%-i dəstəkləyib. Kənd bələdiyyələrinin 17,6%-i, qəsəbə bələdiyyələrinin 8,3%-i, şəhər bələdiyyələrinin 25%-i hesab edir ki, Assosiasiyalarla əməkdaşlıq zamanı regional forumlar təşkil edilməlidir
Sorğudan çıxan nəticə
Sorğunun təhlili aşağıdakı nəticələri üzə çıxardı:
-
Bələdiyyələrin əksəriyyətinin (86%) internetə çıxışı yoxdur
-
Bələdiyyələrin internetlə işləmək üçün zəruri kompüter bazası yoxdur
-
İnternetə çıxışın aşağı olması özünü əsasən kənd (91%) və qəsəbə (92%) bələdiyyələrində göstərir
-
Bələdiyyələr Assosiasiyalar tərəfindən onlara canlı şəkildə və çap məhsulları vasitəsilə xidmət göstərilməsinə üstünlük verir
-
Bələdiyyələrin yarıdan çoxu (54%) Assosiasiyalarla effektiv əməkdaşlığın çərçivəsini məşvərət şuralarının yaradılmasında görür.
-
Məşvərət şuralarının yaradılması təklifi qəsəbə bələdiyyələri tərəfindən daha çox dəstəklənir
ƏDƏBİYYATLAR
-
Şəhər, qəsəbə və kənd bələdiyyələri milli Assosiasiyalarının nizamnamələri
-
Azərbaycan Kənd Bələdiyyələri Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsinə dair tədqiqat hesabatı, İTY İB, Bakı, 2010
-
Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti ilə bağli rəy. “Bələdiyyələrin Inkişafina Dəstək” QHT alyansi, Bakı 2009
-
Ümumrusiya Bələdiyyə Qurumları Konqresinin rəsmi internet saytı http://www.rncm.ru
-
Yerli və Regional Hakimiyyətlər Assosasiyasının rəsmi internet saytı - www.kunnat.net
-
Estoniya Bələdiyyə Assosiasiyasının rəsmi internet saytı - www.einst.ee
-
Qırğızıstan Bələdiyyələr Assosiasiyasının rəsmi internet saytı - www.citykr.kg
-
Çexiya Şəhər və Yaşayış Məntəqələri İttifaqının rəsmi internet saytı - www.smocr.cz
-
Yerli və Regional Hakimiyyətlər Asossiasiyasının rəsmi internet saytı - www.ks.no
-
Mərmərə Bələdiyyələri Birliyinin rəsmi internet saytı: www.marmara.gov.tr
-
The Association of Finnish Local and Regional Authorities website - http://www.kunnat.net
-
The Foundation in Support of Local Democracy website- www.frdl.org.pl
-
The Norwegian Association of Local and Regional Authorities website- http://www.ks.no
Dostları ilə paylaş: |