Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети


Cədvəl 6. İstehsal−istehlakın informasiya nəzəriyyəsində, ənənəvi istehsal və istehlak nəzəriyyələrində məqsəd funksiyaları



Yüklə 227,22 Kb.
səhifə13/30
tarix10.01.2022
ölçüsü227,22 Kb.
#108757
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

Cədvəl 6. İstehsal−istehlakın informasiya nəzəriyyəsində, ənənəvi istehsal və istehlak nəzəriyyələrində məqsəd funksiyaları




Xarakteristika

İnformasiya mikroiqtisadiyyatı

Ənənəvi mikroiqtisadiyyat

istehsalistehlak nəzəriyyəsi

istehsal nəzəriyyəsi

istehlak nəzəriyyəsi

1

Nəticə

Rifah

Məhsul

Faydalılıq

2

Nəticənin ölçü vahidi

Zaman

Ədəd

Yutil

3

Məqsəd funksiyası

İstehsal−istehlak funksiyası

İstehsal funksiyası

Faydalılıq funksiyası

4

Məqsəd funksiyasının məhdudluğu

Məhduddur

Məhdud deyil

Məhdud deyil

5

Resurs

Gəlir

Əmək

Nemət

İstehsal−istehlak funksiyasının əsas xassələrini nəzərdən keçirək.



Artma. Gəliri artdıqca fərd işdə və ev təsərrüfatında ibtidai fəaliyyət müddətini, sadə əmək vaxtını, növbələrdə və nəqliyyatda vaxt sərfini, xəstəlik dövrünü azaltmaq üçün əlavə imkanlar əldə edir. Bundan başqa, fərdin ali fəaliyyətlə məş­ğul olmaq − teatrlara və konsertlərə getmək, kitablar və videofilmlər almaq, səyahət etmək imkanları artır. İstehsal−istehlak funksiyasının artması yeknəsəq xarakter daşıyır.

Məhdudluq. Hər bir insanın həyat fəaliyyəti vaxtının resursu sutkanın astronomik uzunluğu ilə məhdudlaşdığına görə istehsal−istehlak funksiyası 24 saatdan artıq ola bilməz. Bununla birlikdə, həmin funksiya müxtəlif fərdlər üçün müxtəlifdir. Fərdin yaradıcılıq hüdudu gəlirinin qeyri-məhdud olduğu şəraitdə onun sutka ərzində ali fəaliyyətinin maksimum mümkün olan uzunluğudur. Bu göstərici fərdin yaradıcılıq qabiliyyətinin inkişaf səviyyəsini və ya onun kreativ kapitalının kəmiyyətini səciyyələndirir. Beləliklə, fərdin istehsal−istehlak funksiyası yuxarıdan onun yaradıcılıq hüdudu ilə məhdudlaşır və gəliri qeyri-məhdud artdıqda istehsal−istehlak məhsulu da həmin son qiymətə yaxınlaşır.

Son məhsulun azalması. Gəlir artdıqca fərdin gəlirin əlavə manatdan öz ali fəaliyyətinin müddətini artırmaq üçün istifadə etməsi çətinləşir ki, bu da onun yaradıcılıq potensialının məhdudluğu ilə şərtlənmişdir. Başqa sözlə, gəlir artdıqca gəlirin son məhsulu azalır. Gəlirin son məhsulu istehsal−istehlak funksiyasının törəməsidir və aşağıdakı düsturla hesablanır:

MW =

W

I

burada ∆W – fərdin gəlirinin ∆I qədər artması nəticəsində onun kreativ rifahının artımıdır.



Sıfır gəlirin sıfır nəticəsi. Gəlir sıfır olduqda insanın bütün səyləri həyat fəaliyyəti üçün ən bəsit şəraitin saxlanmasına yönəlir və onun yaradıcılıq fəaliyyəti üçün vaxtı, demək olar, qalmır. Ona görə ehtimal olunur ki, istehsal−istehlak funksiyası sıfır arqumentində sıfır qiyməti alır.

Müəyyən fərdin istehsal−istehlak əyrisi 2 a şəklində göstərilmişdir.






a)

Yüklə 227,22 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin