Şəkil 6. Gəlir vergisi tətbiq edildikdə sahibkarın tarazlığının dəyişməsi:
a) tarazlıq nöqtəsinin yerdəyişməsi; b) mənfəətin optimal bölgüsü əyrisinin yerdəyişməsi
İstehlaka meyilin və yığıma meyilin son göstəricilərinə gəldikdə isə, gəlir vergisi dərəcəsi artdıqca, onlar faydalılıq funksiyasının növündən asılı olaraq həm arta, həm də azala bilər. Bununla birlikdə, mənfəət artdıqca istehlaka son meyil gəlir vergisinin tutulmadığı tarazlıq halında olduğu kimi azalır.
Şəkildən göründüyü kimi, gəlir vergisinin dərəcəsi artdıqca mənfəətin optimal bölgüsü əyrisi sola tərəf yerini dəyişir. Şəkildə gəlir vergisi tətbiq edildikdən sonra optimal artım əyrisi lt ilə işarə edilmişdir.
Misal. Sahibkarın istehsal−istehlak funksiyası aşağıdakı düsturla verilmişdir:
W = 2C0,5+4S0,5 ,
burada kreativ rifah saat/ay ilə ölçülür. Sahibkarın mənfəəti ayda 100 min manat təşkil edir. Tarazlığın parametrlərini müəyyənləşdirək. Tarazlıq şərtinə əsasən:
C-0,5 = 2S-0,5, buradan S = 4C.
Bu xətti funksiya mənfəətin optimal bölgüsü əyrisini müəyyənləşdirir, istehlakın və yığımın optimal həcmlərini mənfəətin kəmiyyəti vasitəsi ilə ifadə etməyə imkan verir. Məhdudiyyətə görə:
C = 0,2I; S = 0,8I.
Bu nisbətlərdən belə çıxır ki, istehlaka meyilin son həddi 0,2-yə, yığıma meyilin son həddi isə 0,8-ə bərabərdir. İstehlakın tarazlı həcmi 20, yığımın tarazlı həcmi isə 80-dir. Yuxarıda göstərilən nisbətləri istehsal−istehlak funksiyasına daxil edərək, maksimal kreativ rifahın mənfəət həcmindən asılılığını əldə edirik:
W = 4,47I0,5 .
Alınmış düsturda mənfəətin verilmiş kəmiyyətini yerinə qoyaraq fərdin 44,7 saat/aya bərabər olan kreativ rifahının tarazlı qiymətini əldə edirik.
Dostları ilə paylaş: |