Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети


FƏSİL I. ELEKTRON HÖKUMƏTİN FORMALAŞMASININ KONSEPTUAL ƏSASLARI



Yüklə 193,26 Kb.
səhifə3/35
tarix11.01.2022
ölçüsü193,26 Kb.
#110837
1   2   3   4   5   6   7   8   9   ...   35
FƏSİL I. ELEKTRON HÖKUMƏTİN FORMALAŞMASININ KONSEPTUAL ƏSASLARI
1.1. Ölkədə elektron hökumətin yaradılmasının zəruriliyi və onun inkişaf mərhələləri
Bütün dünyada son illər bir çox istiqamətlərdə mühüm dəyişikliklər baş vermişdir. Bu dəyişikliklərə ilk növbədə aşağıdakılar aid edilə bilər:

• İnsan həyatına qeyri-adi həcmdə və böyük sürətlə müxtəlif informasiyaların daxil olması, həmçinin, insanın həyat fəaliyyətinin keyfiyyətcə dəyişməsi;

• İnformasiya axtarışı, sistemləşdirilməsi və ötürülməsinin müasir vasitə və texnologiyalarından istifadə edilməsi nəticəsində informasiya prosesləri barədə təsəvvürlərin kökündən dəyişilməsi.

Yüksək texnologiyaların inkişafı, iqtisadiyyatdakı böyük struktur dəyişiklikləri və yeni idarəetmə üsullarının tətbiqi sayəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri – ABŞ, Yaponiya və Qərbi Avropa XX əsrin II yarısından etibarən sənaye mərhələsindən informasiya mərhələsinə keçmişdir.

İKT-nin ictimai həyatın bütün sahələrinə nüfuz etməsini, İKT-dən istifadə olunmaqla iqtisadiyyatın, siyasi və sosial fəaliyyətin yeni üsullarla idarə edilməsini nəzərə alan sosioloqlar əvvəlcə sənayedən sonrakı (postindustrial), sonra isə informasiya cəmiyyəti barədə fikir yürütməyə başladılar.

Bəşər sivilizasiyasının təkamül prosesində yeni bir pillə olan informasiya cəmiyyətində iqtisadiyyatın informasiya sektoru bütövlükdə dünya birliyinin və ayrı-ayrı ölkələrin inkişafına həlledici təsir göstərir. Məhz İKT-nin cəmiyyət həyatına belə geniş miqyasda təsiri informasiya cəmiyyətinin formalaşmasına gətirib çıxarır və cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatını kökündən dəyişir.

Ekspertlərin fikrincə iqtisadiyyatın müasir texnoloji səviyyəsi 5-ci texnoloji uklada uyğundur. Bu ukladın əsasını elektronika, hesablama və optoelektron texnika, proqram təminatı, telekommunikasiya, robotquraşdırma, karbohidrogen xammalının istehsalı və işlənməsi, informasiya xidmətləri təşkil edir. Əvvəlki texnoloji inqilabların əsasında materiya və energiya durduğu halda, bu beşinci informasiya inqilabı ontoloji, qnoseoloji və etik kateqoriyalarla yanaşı həm də sosial-fəlsəfi problemləri əhatə edir.

Dünyanın qabaqcıl ölkələrində artıq 6-cı texnoloji ukladın işlənib hazırlanmasına başlanılmışdır. Bu ukladın XXI əsrin 30-cu illərindən tətbiqi gözlənilir. Bu ukladın əsasında istehsal proseslərinin bütün mərhələlərində kompüter texnologiyalarının əlaqəli şəkildə tətbiqi ilə biotexnologiyaların inkişafı durur.

İlk dəfə 1960-cı illərin əvvəllərində ABŞ və Yaponiyada elmə daxil olan “informasiya cəmiyyəti” termini bu gün təkcə elmə, informasiya sahəsi üzrə mütəxəssislərin leksikonuna deyil, həm də siyasi xadimlərin, iqtisadçıların və alimlərin həyatına daxil olmuşdur.

İnformasiya cəmiyyəti yeni texnoloji uklada əsaslanan, informasiya ehtiyatını ictimai zənginliyin əsas formasına çevirən, iqtisadi inkişafın əsas faktor rolunu oynamasına əsaslanan sosial-iqtisadi bir sistemdir.

Biliklər və informasiya bu cəmiyyətdə "strateji ehtiyat" və "cəmiyyətin transformasiyasının agentləri" kimi rol oynayır.

Dövlətin vahid informasiya sisteminin yaradılması məqsədi ilə aşağıdakıların həyata keçirilməsi zəruridir:



  1. İdarəolunan obyektlər barədə maddi, istehsalat, sosial, texniki və texnoloji məlumatları, istehsalatı, sosial xidmətləri və s. istehlak xarakterli fəaliyyəti tənzimləyən normalar və normativlər, dövlət orqanlarının bu sferada qanunları və qərarları toplayan məlumatlar və texniki baza formalaşdırılmalı;

  2. İdarə edən heyətin peşəkarlıq və psixoloji hazırlığının aparılması təmin edilməlidir.

İlk dəfə “electronic government” termini ABŞ-da İnternetin və bütövlükdə informasiya texnologiyalarının inkişafına xüsusi önəm verən B.Klinton Administrasiyası zamanı işlədilmişdir. Anoloji qaydada “elektron ticarət” (e-commerce) və “elektron biznes” (e-business) terminləri də yaranmışdır.

E-government termininin “istifadə etmək”, “üsul” və “təmin etmək” kimi mənalarına və işlədilmə təyinatlarına baxmayaraq, hərfi mənada “elektron idarəetmə” yaxud “hökumətin elektron idarə edilməsi” deməkdir.

E-hökumət mövzusunun politoloji konteksinə və onun kompleks halında siyasi aspektlərinin birgə öyrənilməsinə çoxsaylı elmi əsərlər həsr edilmişdir.

Xronoloji qaydada ənənəvi hökumətə əlavə, yaxud onun analoqu olmayan e-hökumətə verilən təriflərin bir neçə formasına diqqət yetirək:



  1. Şəbəkədə dövlət (dövlət orqanlarının öz portallarının olması), yaxud e-inzibatçılığın bir forması, və yaxud şəbəkələşdirilmiş hökumət.

  2. İKT-dən istifadə etməklə dövlət orqanları və cəmiyyət arasında qarşılıqlı informasiya əlaqəsi. Belə bir tərif İnformasiya Cəmiyyəti İnstitutunun nümayəndələri tərəfindən konfransda verilmişdir. Digər bir fikrə görə isə “e-hökumət” ideyasının mahiyyəti dövlətin idarə olunmasının təşkilinin və vətəndaşlarla qarşılıqlı əlaqənin İnternet və digər informasiya şəbəkəsi vasitəsilə aparılmasıdır, dövlət idarəçiliyinin təkmilləşdirilməsində və islahatların aparılmasında İKT-dən istifadə edilməsidir.

  3. UNESCO Governance (idarəetmə) anlayışına belə tərif verir: “Governance” dövlət idarəçiliyi çərçivəsində siyasi, iqtisadi və inzibati fəaliyyət olub, vətəndaşların öz maraqlarını, hüquq və vəzifələrini reallaşdırmağı özündə ehtiva edir.

  4. Abramson və Mins (2001), və Muir və Oppenheim (2002) “e-hökumət” anlayışını dövlət, ictimaiyyət (vətəndaş və iş adamları) və işçilər arasında elektron vasitələr ilə əlaqə (alış-veriş və informasiya mübadiləsi) kimi müəyyən edirlər.

  5. S.А.Dyatlov (2002) hesab edir ki, “e-hökumət” anlayışı geniş anlamda bir sıra sosial-humanitar və texnoloji məsələləri əhatə edir.

  6. V.V. Turovets (2005) qeyd edir ki, “e-hökumət” dedikdə dövlət aparatı işinin aşkarlığını və səmərəliliyini artırmaq məqsədi ilə onun informasiyalaşdırılmasına yönəlmiş kompleks tədbirlər başa düşülməlidir.

  7. E-hökumət dövlət idarəçiliyində İKT-dən istifadə edilməsidir və həftənin 7 günü sutkanın 24 saatında informasiya və dövlət xidmətinin elektron göstərilməsidir.

  8. E-hökumət özündə texnoloji, iqtisadi, sosial və siyasi aspektləri birləşdirən, dövlət orqanlarının qarşılarında duran vəzifələrin həllini dəyişən üsullarla icra etmək məqsədilə yaradılmış bir infrastrukturdur. “E-hökumət” iqtisadi (gəlirlərin artması, maliyyə idarəçiliyinin yaxşılaşması və s.), sosial (səhiyyənin və ekologiyanın yaxşılaşması, ictimai asayişin möhkəmlənməsi, xidmətlərin keyfiyyətinin artması və s.) və siyasi (şəffaflığın və korrupsiya ilə mübarizənin yüksəlməsi, dövlət informasiyasının inkişafı və s.) məsələləri həll edir.

  9. E-hökumət idealda bütün vətəndaşları təkmilləşdirilmiş dövlət xidmətlərinə sadə və sürətli çıxışla təmin etməli, cəmiyyətə hökumət informasiyasını idarəetmə yollarını köklü surətdə dəyişməklə çatdırmalı, onlara dövlətin idarəedilməsində öz konstitusiya hüquqlarını reallaşdırmağa imkan verməlidir.

  10. Əsas vəzifələri aşağıda sadalananlar olan dövlət qulluğunun avtomatlaşdırılması: vətəndaşların bütün lazımi dövlət məlumatlarına sərbəst çıxışının təmin edilməsi, vergilərin yığımının təşkili, patent və nəqliyyat vasitələrinin qeydiyyatı, lazımi məlumatların verilməsi, müqavilələrin bağlanması, dövlət aparatına lazım olan materialların və ləvazimatın alınmasına sifarişlərin yerinə yetirilməsi.

Şəkil 1-də müasir idarəçilikdə İKT-dən istifadənin bir çox daxili və xarici üstünlüklərə malik olduğu aydın görünür.

Daxili üstünlüklər:

• Təkrarlanan funksiyaların ləğvi

• Transaksiyaların dəyərinin azalması

• Bürokratik prosedurların sadələşdirilməsi

• Yüksək səmərəlilik

• Daha yaxşı koordinasiya və kommunikasiya

• Şəffaflığın artırılması

• İnformasiyaların təşkilatlararası mübadiləsi

• İnformasiyanın təhlükəsiz idarə olunması


İKT-dən istifadə etməklə şəbəkə idarəetməsi






Xarici üstünlüklər:

•Xidmətlərin göstərilməsinin tezləşməsi

• Yüksək səmərəlilik

• Xidmətlərdən istifadə imkanlarının artması

• Xidmətlərin göstərilməsində innovasiyalar

• Siyasətdə iştirak imkanlarının artması

• Vətəndaşların səlahiyyətlərinin genişlənməsi

• Vətəndaşların iştirakı


Şəkil 1. Müasir idarəçilikdə İKT-nin üstünlükləri


Qeyd etmək lazımdır ki, e-hökumət anlayışının çoxcəhətli olması BMT-nin “Elektron hökumət yol ayrıcında” adlı hesabatında da göstərilir. E-hökumət, o demək deyildir ki, gələcəkdə kompüterlər dövlət qulluqçularını əvəz edəcəkdir, e-hökumət dedikdə, dövlət orqanlarının öz daxili fəaliyyətlərində, həmçinin biznes və vətəndaşlarla qarşılıqlı münasibətlərdə güclü, səmərəli və təhlükəsiz elektron sistemindən istifadə etməsi nəzərdə tutulur.

Beləliklə, informasiya cəmiyyətində dövlət idarəçiliyin elektronlaşdırılmasına üç cür yanaşma mövcuddur:



  1. Hər bir dövlətdə cəmiyyətin mədəni dəyərlərinə, bərqərar olmuş normalara və sosiumunstimullaşmasına uyğun olan İKT-dən istifadə edilməsi;

  2. “Dövlətin informasiya menecmenti” qismində bütün səylərini dövlət təşkilatlarının sosial, struktur, idarəetmə xüsusiyyətləri üzərində cəmləşdirərək texnologiya və informasiya sistemlərinin maksimal səmərəli tətbiqi;

  3. Arxitektur yanaşma - İKT əsasında dövlət orqanlarında mövcud proses və prosedurların fiksasiyası.

Bir məqamı da qeyd etmək lazımdır ki, e-hökumət elektron interfeyslə təchiz edilmiş hökumətdən (government on-line) fərqlənir. Belə ki, onlayn interfeysi e-hökumətin ayrılmaz elementi olsa da, onlayn hökumət e-hökumət deyil. Onların arasındakı fərq təxminən e-kommersiya və e-biznes arasındakı fərq kimidir.

E-hökumət konsepsiyasının nəzəri əsaslarını yuxarıda göstərilən “informasiya cəmiyyəti” nəzəriyyəsi təşkil edir. E-hökumət fenomeninin konseptual əsasları isə C.Bellamy, J.Taylor, J.Fountaun və A.B.Antiroikko kimi alimlərin əsərlərində öz əksini tapmışdır.

Ənənəvi və yeni e-hökumət xaraktercə bir-birinə diametral əksdir:


  • Ənənəvi hökumət mürəkkəb quruluşludur, e-hökumət isə quruluşuna və proseslərin gedişinə görə olduqca sadədir;

  • Ənənəvi hökumət “hakimiyyət vertikalının möhkəmləndirilməsi”, e-hökumət isə mərkəzləşməyə və asılılığa muxtariyyət və çeviklik kimi alternativ xüsusiyyətlərə malikdir;

  • Hazırki hökumətin hesabatı rəqəmlərdən ibarət olur: bu və ya digər məqsədlə nə qədər pul xərclənmiş, nə qədər vəsait toplanmışdır. E-hökumətin hesabatı isə nəticəyə əsasən qiymətləndirilir;

  • E-hökumət açıq bir sosial sistem kimi ənənəvi daxili proseslərə deyil, yeni şəraitdəki xarici faktorlara və istehlakçılara hədəflənmişdir. Bu zaman etik məsələlər mütləq nəzərə alınır.

E-hökumət bir konsepsiya kimi qarşısına aşağıdakı məqsədləri qoyur:

  • İdarəetmə aparatının səmərəliliyinin artırılması (vergi yığımının, qanunların və tənzimləyici aktların, informasiya qeydiyyatının, kargüzarlığın qaydaya salınması);

  • Vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi (sosial xidmətləri və səhiyyə sistemlərini təkmilləşdirmək, təhsilin imkanlarını artırmaq, ətraf mühitin qorunmasını və təhlükəsizliyi təkmilləşdirmək).

E-hökumətin quruluşu dedikdə dövlət və sosial qruplar arasındakı qarşılıqlı münasibətlərin ən ümumi istiqamətlərinin təsnifatı başa düşülür. Ən geniş yayılmış təsnifata əsasən e-hökumət hökumətlə vətəndaş arasındakı qarşılıqlı əlaqələrin bu və ya digər komponentlərin istiqamətinə müvafiq olaraq seqmentlərə bölünməsidir. Ümumiləşdirilmiş formada sosial sistemdə mövcud olan bütün qarşılıqlı əlaqələri cəmiyyətin üç böyük seqmentinin – dövlət, vətəndaş və biznesin münasibətlərinə bölmək olar (şəkil 2).

G 2G


G2C G2B

C2C B2C B2B

Şəkil 2. E-hökumətin quruluşu


Bu əlaqələr baxımından e-hökumətə informasiyalar əlaqəsinin bütövlüyü kimi yanaşmaq olar. Eyni zamanda bu əlaqələr qlobal antikorrupsion mübarizə aparmağa imkan verir. Qeyd etmək lazımdır ki, cəmiyyətdəki hər bir fərdə, öz hüquq və vəzifələri olan bir vətəndaş, eyni zamanda həm də bir biznesmen kimi baxmaq olar. Bu sonuncu halda dövlətin fiziki yox, hüquqi şəxslə qarşılıqlı münasibətləri yaranır.

E-hökumətin “xarici” tərəfi-vətəndaş və bizneslə əməkdaşlıq e-hökumət lahiyələrin uğuru üçün əsas sayılır.

Avropa Şurası e-idarəetmədə e-texnologiyaların hökumətlə vətəndaşlar arasında daha yaxşı qarşılıqlı əlaqələrin yaradılmasında, e-demokratiyanın formalaşmasında və e-dövlət xidmətlərinin göstərilməsində istifadəsini əsas sahə hesab edir.

Virtual qarşılıqlı əlaqələr matrisində e-hökuməti cədvəl 1-də göstərilən kimi təsəvvür etmək olar.


Cədvəl 1. Virtual qarşılıqlı əlaqələr matrisində e-hökumət





Yüklə 193,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin