Bakı, may 2010 Azərbaycan iqtisadiyyatı 2009


Azərbaycan iqtisadiyyatı - 2009



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix15.02.2023
ölçüsü0,77 Mb.
#123412
1   ...   6   7   8   9   10   11   12   13   ...   45
Azərbaycan-iqtisadiyyatı-Qubad-İbadoğlu-2009

Azərbaycan iqtisadiyyatı - 2009
8
yatları $54 mlrd. 920 mln. təşkil edirdisə, ötən il bu
göstərici $20 mlrd. 818 mln.-a qədər azaldı, müsbət
saldo $8 mlrd. 579 mln. təşkil etdi. Müqayisə üçün
qeyd edək ki, 2008-ci ildə bu göstərici 4,7 dəfə çox
olub və $40 mlrd. 593 mln. təşkil edib. Acınacaqlı
vəziyyət ölkənin qeyri- neft ixracında müşahidə ol-
undu. Qlobal tələbatın azalması və bunun nəticəsində
qiymətlərin azalması keyfiyyətcə nisbətən aşağı olan
Azərbaycan məhsullarının rəqabətliliyini daha da zəi-
flətdi. Alüminium və ondan hazırlanan məmulatların
ixracı 10 dəfə, kimya sənayesi məhsullarının ixracı 3
dəfə, qara metallar və onlardan hazırlanan məmulat-
ların ixracı 2 dəfə azaldı, hətta meyvə-tərəvəzin də
ixracında 10%-lik azalma qeydə alındı. 
Adambaşına düşən qeyri-neft ixracatı 2008-ci
ildəki $167-dan 2009-cu ildə $124-a enib (2009-cu
ildə Ermənistanda bu rəqəm $218 olub). Bəzi beynəlx-
alq maliyyə institutlarının ekspertlərinin fikrincə,
Azərbaycan adambaşına qeyri-neft ixracatına görə, bir
sıra kasıb Afrika ölkələrindən də geri qalır və qeyri-
neft iqtisadiyyatının inkişafı sahəsində həyata keçirilən
siyasət onların fikrincə səmərəsizdir.
Qlobal maliyyə-pul bazarlarının sıxıntısı şəraitində
bankların, milli şirkətlərin xaricdən borclanması, on-
ların yenidən maliyyələşməsi imkanları nəinki məh-
dudlaşdı, hətta bir sıra borcların vaxtından əvvəl
qaytarılması tələb olundu. Belə şəraitdə Azərbaycan
bankları il ərzində $1,2 mlrd. borc qaytardılar. Bundan
başqa xaricdə yaşayan soydaşlarımızın regionların
əhalisi üçün sosial baxımdan xüsusi əhəmiyyət kəsb
edən pul transferləri də xeyli azaldı. Nəticədə milli
iqtisadiyyat bəzi qonşu ölkələrdə olduğu kimi, manatın
devalvasiyası təzyiqləri ilə qarşılaşdı. Bu təzyiqlər
özünü ötən ilin birinci rübündə - əhalinin devalvasiya
gözləntilərinin daha çox artdığı (Rusiya və Erməni-
standaki devalvasiyadan sonra) və bununla da əlaqədar
pullarının xeyli hissəsini xarici valyutalara çevirdiyi
şəraitdə - qabarıq şəkildə göstərdi. Milli valyutanın
stabilliyini qorumaq üçün Mərkəzi Bank xeyli
resurslar sərf etməli oldu və bu da sonda demək olar
ki, özünü doğrultdu. Bütövlükdə, il ərzində Mərkəzi
Bankın xalis emissiyası 1,8 mlrd. manat təşkil etdi. 
Daxili və xarici maliyyə mənbələrinin azalması
şəraitində Mərkəzi Bank pul siyasətini ciddi şəkildə
yumşaltmalı oldu, uçot dərəcəsi 15%-dən 2%-dək
azaldıldı
2009-cu il ərzində qanunvericilikdə bir sıra əlavə
tədbirlər görüldü:
- sığortalanan əmanətlərin məbləği 5 dəfə artırıldı
– 6 min manatdan 30 min manata çatdırıldı. 
- bankların xarici borclarının qaytarılmasını təmin
etmək üçün onlara zəruri yardım göstərildi. 
- qanunvericiliklə banklara və sığorta təşkilatlarına
kapitallaşdırma məqsədi ilə vergi güzəştləri tətbiq ol-
undu (Nizamnamə kapitalına yönəldilən mənfəət
vergidən azad edildi), mümkün itkilərlə bağlı banklar
maliyyə ehtiyatlanmasını artırdı. Bütün bu tədbirlər
2009-cu ilin birinci rübündə bank sektorunda
müşahidə edilən gərginliyi aradan qaldırdı, onlarin
likvidliyini sabitləşdirdi. Azərbaycan bank sektorunun
beynəlxalq maliyyə bazarlarına məhdud səviyyədə
qatildığı və Mərkəzi Bankın irimiqyaslı antiböhran
tədbirləri və birbaşa maliyyə yardımları bank sistemini
iflasdan qurtarsa da, sığorta, qiymətli kağızlar və lizinq
bazarı tənəzzülə uğradı və bu proses indi də davam et-
məkdədir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin