Azərbaycan iqtisadiyyatı - 2009
11
2009-cu ili ölkə iqtisadiyyatı üçün
ağır illər sayılan ötən əsrin 90-cı
illərinin əvvəlləri ilə müqayisə et -
mək olar. 2009-cu ildə, 2008-cu
il dəki 40,1 mlrd. manatlıq ÜDM-
ə qarşı, faktiki qiymətlərlə 34,6
mlrd. manat həcmində ÜDM is-
tehsal olundu. ÜDM-in real
artımının 9,3% səviyyəsində
qərarlaşmasında neft sektorunda
formalaşan ÜDM-in 14,3%-lik və
həcmcə ondan kiçik olan qeyri-
neft ÜDM-nin 3,2%-lik artımı
səbəb oldu.
Adambaşına duşən ÜDM
2008-ci ildəki 4604 manatdan ($5603), 2009-cu
ildə 3917 manata ($4874) qədər azaldı. ÜDM-in
həcminin azalması dunya maliyyə-iqtisadi
böhranı nəticəsində ölkənin əsas ixracatı olan
neftin qiymətinin düşməsi və qeyri-neft sektoru-
nun zəif inkişaf sürəti ilə bağlıdır.
2009-cu ildə Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektorunda 15 mlrd. 683 mln. manatlıq,
neft sektorunda isə 16 mlrd. 257 mln. manatlıq
ÜDM istehsal edildi. Məhsula və idxala xalis
vergilər isə ÜDM-də 2 mlrd. 639 mln. manat
təşkil etdi.
İstehsal edilmiş ÜDM-in 64,1%-i iqtisadiyya -
tın istehsal, 28,3%-i xidmət sahələrinin payına
düşüb, məhsula və idxala görə ödənilmiş xalis
vergilər isə ÜDM-in 7,6%-ni təşkil edib.
ÜDM-in 50,0%-i sənayedə, 6,7%-i kənd təsər-
rüfatı, ovçuluq və meşə təsərrüfatında, 7,4%-i tik-
intidə, 6,6%-i nəqliyyat və anbar təsərrüfatında,
2,0%-i poçt və rabitədə, 7,0%-i topdan və
pərakəndə ticarət avtomobillərinin, məişət məmu-
latlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə
xidmətlər, 1,0%-i mehmanxana və restoran xid-
mətləri, 11,7%-i isə sosial və digər xidmətlər
göstərən sahələrdə istehsal olunub.
Neftin dunya bazar qiymətlərinin aşağı
düşməsi nəticəsində iqtisadiyyatın qeyri-neft
sahələrində yaradılmış əlavə dəyərin ÜDM-də xü-
susi çəkisi 2008-ci ildəkinə nisbətən 7,5 faiz bəndi
artaraq 45,4% təşkil etdi, neft sektorunun payı isə
47% səviyyəsində qərarlaşdı.
Cədvəldən göründüyü kimi məhsul istehsalı
sahələrindəki 10%-lik artım məhz sənayedəki
12,8%-lik artım hesabına formalaşıb, cünki
UDM-də daha böyük xüsusi çəkiyə malik olan
tikinti sektorunun tənəzzülü xüsusi çəkisi ondan
kiçik olan kənd təsərrüfatındaki artimdan daha
çox olub. Öz növbəsində, sənayedəki əlavə
dəyərin artımı mədənçixarma sənayesində
müşahidə olunan artım hesabına, daha doğrusu
neft hasilatiının yüksəlməsi nəticəsində baş verib,
çünki sənayenin digər iki sferasında ötən il tənəz-
zül qeydə alınıb (bax: Sənaye bölməsinə). Belə-
liklə kənd təsərrüfatındakı 3,5%-lik artıma
Dostları ilə paylaş: