Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev



Yüklə 0,71 Mb.
səhifə49/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   45   46   47   48   49   50   51   52   ...   55
279762823 (1)

5.4. Daxili bazarın mühafizəsi

Qeyri-neft sənaye və aqrar sektorların inkişafında mühüm əhəmiyyət kəsb edən bu problemi Azərbaycanda araşdırmadan öncə xarici təcrübəni diqqətə çatdırmağı məqsədəuyğun hesab edirik. Çünki bir çox Azərbaycan iqtisadçı alimləri məsələnin qoyuluşunu belə qəbul etmirlər.


1998-ci ildə qəbul edilmiş “Daxili bazarın qorunması haqqında” Qazaxıstan Respublikasının qanununun məqsədi yerli məhsul istehsalçılarının maraqlarını qorumaqdan və ölkəyə idxal olunan malların vurduğu ciddi və ya vurmaq təhlükəsi yaradan ziyanı aradan qaldırmaqdan ibarətdir.
Ciddi ziyan dedikdə idxal olunan məhsulun sahənun ümumi vəziyyətinin pisləşməsinə, məhsul istehsalının və daxili bazarda satışının azalmasına, rentabelliyinin aşağı düşməsinə səbəb olması, məşğullara və əmək haqqı səviyyəsinə mənfi təsir etməsi başa düşülür. Belə meylləri araşdırmaq üçün hökumət tərəfindən dövlət orqanı müəyyən edilir. Həmin orqan araşdırmalar aparmaqla müdafiə tədbirlərinin tətbiq edilməsi haqqında təkliflər hazırlayır, araşdırmaları tənzimləyən normativ hüquqi aktları dərc edir, yerli istehsalçıların müraciəti əsasında monitorinqlər, araşdırmalar aparır, hazırlanmış materialları müdafiə tədbirləri həyata keçirmək üçün hökumətə təqdim edir. Səlahiyyətli orqanın təklifi əsasında hökumət müdafiə tədbirləri haqqında qərar qəbul edir. Müdafiə tədbirlərinə idxalın məhdudlaşdırılması (idxal kvotası), müdafiə rüsumu və s. daxil edilir. Müdafiə rüsumu gömrük rüsumundan, gömrük vergilərindən və digər öhdəliklərdən asılı olmayaraq tutulur və dövlət büdcəsinə köçürülür. Müdafiə tədbirləri vaxt məhdudiyyəti ilə müəyyən edilir. Müdafiə tədbirləri elə ölçülərdə müəyyən edilir ki, ciddi ziyanın qarşısını almağı və aradan qaldırmağı təmin etsin. Müdafiə tədbirləri səlahiyyətli araşdırıcı orqanın təklifi əsasında müəyyən müddətdən sonra ləğv edilə, dəyişdirilə və ya uzadıla bilər.
Müdafiə tədbirlərinin müddəti elə müəyyən edilir ki, həmin müddətdə yerli istehsal ona dəymiş və ya dəyə bilən ziyanı aradan qaldıra bilsin və rəqabət şəraitinə adaptasiya ola bilsin. Müdafiə tədbirlərinin müddəti 8 ildən çox ola bilməz.
2005-ci ildə bir il müddətinə Qazaxıstan hökumətinin qərarı ilə ölkə ərazisindən dizel yanacağının çıxarılmasına müvəqqəti qadağa qoyulmuşdur. Qazaxıstan hökumətinin qəbul etdiyi bu qərarın ölkə iqtisadiyyatı üçün yanacaq ehtiyatının yaradılması məqsədilə həyata keçirilmişdir.
Belorusiya Respublikasında müəyyən müddətə neft məhsullarının və mazutun ölkədən ixracına qadağa qoyulur. Belorusiya Respublikasının Ticarət Nazirinin müavini hesab edir ki, xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasına son qoymağın vaxtı çatmışdır. Nəzərə almaq lazımdır ki, inkişaf etmiş bazar mexanizmlərindən istifadə edən ölkələrdə milli iqtisadiyyatın müdafiə tədbirlərindən geniş istifadə edirlər.
Azərbaycanda “Gömrük Məcəlləsi”, “Gömrük tarifləri haqqında”, “İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi haqqında” və “Valyuta tənzimlənməsi haqqında” qanunlar qəbul edilmişdir. Hal-hazırda Azərbaycanda xarici ticarətin tənzim­lənməsinin əsas vasitəsi kimi idxal rüsumlarından istifadə edilir. 2005-ci ildə Azərbaycanda xarici iqtisadi fəaliyyətlə bağlı vergilər idxalın orta hesabla 3,1 faizini, 2016-cı ildə 3,3 faizini təşkil etmişdir. Bu da inkişaf etmiş ölkələr üçün xarakte səviyyədir. İnkişaf etməkdə olan ölkələrdə bu göstərici xeyli yüksəkdir. Tədqiqatçılarımız göstərir ki, indi Azərbaycanda xarici ticarət fəaliyyəti tamamilə liberallaşdırılmışdır.
Bu göstərici 2018-ci ilə hökumət proqnozlarında 2,7 faiz təşkil etməsi bizim tərəfimizdən hesablanmışdır (“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin zərfi”, cild II-III, Bakı, 2017, Azərbaycan Respublikasının Milli Məcmuəsinin nəşri). Digər ödənişləri də nəzərə aldıqda bütünlükdə xarici ticarətlə bağlı gəlirlər 964 mln. Manat olmaqla, ümumi dövlət büdcəsinin gəlirlərinin cəmi 4,8 faizini təşkil edir. Onu da qeyd edək ki, 2018-ci ilə ixrac rüsumundan büdcəyə daxil olma nəzərdə tutulmamışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına əsasən ixrac olunan mallar, onların növündən asılı olmayaraq gömrük ixrac rüsumuna cəlb olunmur. Ancaq 2013-cü ildə qəbul edilmiş “Gömrük tarifi haqqında” qanunda, əvvəlki paraqraflarda deyildiyi kimi, bəzi mallara ixrac gömrük rüsumlarının tətbiqi nəzərdə tutula bilər (maddə 3).
Daxili bazarın qorunmasını zəruri edən bir problem də emal sənayesinin və aqrar sektorun bir çox məhsullarının beynəlxalq və daxili bazarda rəqabət qabiliyyətli olmamasıdır. Daxili bazarda Azərbaycanın məhsullarının idxal məhsulları ilə rəqabət aparmaq qabiliyyətinin olmamasını əks etdirən informasiyanı diqqətə çatdırmağı lazım bilirik. Dövlətstatkomun dərc olunmuş informasiyası əsasında apardığımız hesablamalar göstərir ki, 2015-ci ildə təzə meyvənin bir tonunun idxal qiyməti 574 dollar olmaqla, onların ölkədən ixracından 2,2 dəfə, təzə tərəvəz 3,5 dəfə ucuz başa gəlir. Siqaret idxalı isə əksinə, yerli istehsala nisbətən 2 dəfə baha olmuşdur. Buna baxmayaraq, 14 mlrd. ədəd tələbata qarşı yerli istehsal cəmi 2 mlrd. ədəd olmaqla, daxili bazarın tələbatını ancaq 1,4 faizdən də az ödəmişdir. Siqaret istehsalının yerli müəssisədə bu qədər ucuz başa gəlməsinə baxmayaraq, onun istehsalı daxili tələbatdan dəfələrlə az olur. Siqaretə daxili tələbat 14 milyard ədəd olduğu halda, 2017-ci ildə 2005-ci illə müqayisədə siqaret istehsalı 4 dəfədən çox azalaraq, cəmi 2 milyard ədəd təşkil etmişdir. 2017-ci ildə ölkəyə 11 milyard ədəddən çox siqaret idxal edilmişdir.
2018-ciilin axırlarında Sumqayıt Kimya Sənaye Parkında «Tabaterra» qapalı səhmdar cəmiyyətinin siqaret istehsalı fabriki istifadəyə verilmişdir. Fabrikin istehsal gücü daxili bazarın tələbinin 80 faizini ödəmək qabiliyyətinə malikdir. Əvvəla, bu müəssisə ölkənin inhisarçı müəssisələrindən biridir. İkincisi, əgər ölkədə siqaret axınının qarşısı alınmasa, məcburiyyət qarşısında qalaraq fabrik məhsul istehsalını ilbəil azaltmağa başlayacaqdır. İdxal yerl iistehsala əhəmiyyətli zərbə vuracaqdır. Bu problemlə təkcə bir müəssisə yox, çox saylı müəssisələr qarşılaşırlar və gələcəkdə də qarşılaşacaqlar. Onlar həm mövcud fəaliyyət göstərən müəssisələr, həm də sənaye parklarında, sənaye məhəllələrində tikilib istifadəyə verilən yeni müəssisələrin arasında olacaqlar. Çünki bu sektorlar da yaradılan müəssisələrin əksəriyyəti Azərbaycanda yeganə müəssisələr olacaqdır.
2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında tikintisi başa çatmış və illik istehsal gücü 40 min ton olan İnşaat Kimyəviləri Zavodunun istehsal etdiyi məhsullardan hər il ölkədə min tonlarla idxal edilir. 2019-cu ildən təkcə Sumqayıt KimyaSənaye Parkında 18 inhisarçı sənaye müəssisəsi fəaliyyət göstərəcəkdir.
«AzərbaycanRespublikasındaixrac-idxal əməliyyatlar üzrə gömrük rüsum­larının dərəcələrihaqqında» Nazirlər Kabinetinin 22 aprel 1998-ciiltarixli 91 nömrəliqərarınaəsasən, məsələn, birgə müəssisənin Nizamnamə Fonduna xarici investorun əmanəti kimi və yatamamilə xarici investora məxsus olan müəssisənin yaradılması üçün gətirilən əmlak idxal gömrük rüsumuna cəlb olunmur (maddə 4.1).
«Gömrük tarifi haqqında» qanuna əsasən mallar üzrə tarif güzəştlərinin verilməsi halları və qaydaları Gömrük Məcəlləsinə, bu qanuna və Nazirlər Kabinetinin normativ hüquqi aktına uyğun olaraq tənzimlənir.
Yerli xammal ehtiyatları hesabına istehsal təlabatını ödəmək mümkün olmayanda secilmiş sahənin inkişaf etdirmək ücün Nazirlər Kabineti istehsal təyinatlı resursların və yeni innovasiyalı avadanlığın idxal olunmasına müəyyən dövr üçün nəzərdə tutulan tarif güzəştləri tətbiq edə bilər (maddə 19).
«Gömrük tarifi haqqında» qanunun 2-ci maddəsində gömrük tarifinin əsas məqsədinin idxalın əmtəə quruluşunu tənzimləməkdən, əmtəələrin ölkənin gömrük ərazisinə catdırılması, bu ərazidən göndərilməsi, eyni zamanda valyuta gəlirlərinin və məsrəflərinin əlverişli nisbətini təmin etməkdən, Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaqdan, Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaqdan ibarət olması göstərilir.
Daxili bazarın qorunması nöqteyi-nəzərdən «Gömrük tarifi haqqında» qanunun bir müddəasını da qeyd etməyi məqsədəuyğun hesab edirik. Buna görə Nazirlər Kabineti idxalın həcmini tənzimləmək məqsədi ilə tarif kvotası təyin edə bilər. Nazirlər Kabineti idxalın həcmini müəyyən edir. Bu idxala qanunvericilikdə nəzərdə tutulandan daha aşağı gömrük rüsumu müəyyən edə bilər. Ancaq idxalın müəyyən edilmiş miqdarından (dəyərindən) çox olan hissəsinə yüksək gömrük rüsumu müəyyən edə bilər (maddə 1.1.4).
2013-cü ildə qəbul edilmiş «Gömrük tarifi haqqında» qanunla malların ixracını və idxalını operativ tənzimləmək məqsədiilə bəzi mallara mövsümi rüsumlar tətbiq oluna bilər. Bu halda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumu dərəcələri tətbiq edilir. Mövsümi rüsumların qüvvədə olma müddəti bir ildə 6 aydan çox ola bilməz.
Antidempinq rüsumları idxal olunan malların qiyməti gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda və belə bir idxal eyni malların yerli istehsalçılarına ziyan vurduqda və ya belə bir təhlükə yarandıqda, ölkədə onların istehsalının təşkil olunmasına və ya onun inkişafına manecilik yaransa tətbiq olunur.
Gömrük ərazisinə gətirilən əmtəələrin ixracatcı ölkədə istehsalı və ya həmin ölkədən ixracı zamanı birbaşa və dolayı subsidiyalardan istifadə edildikdə və belə idxal olunan əmtəələrin daxili istehsala az ziyan vurduqda və ya ziyan vurmaq təhlükəsi yaratdıqda, bu malların istehsalının təşkilinə və genişləndirilməsinə maneə törətdikdə ticarət rüsumları tətbiq edilir.
Qanunauyğun olaraq daxili bazarı qorumaq məqsədi ilə xüsusi, antidempinq və ya kompensasiya rüsumları tətbiqedilir. 2016-cıildə qəbul edilmiş «Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında» qanunda yerli istehsal sahəsinə zərər vuran və yazərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı mühafizə tədbirlərinin tətbiqi qaydaları nəzərdə tutulur. Yerli istehsalı inkişaf etdirmək və ya xarici bazarlara inteqrasiya etmək məqsədiilə xarici ölkələrin təsərrüfat subyektləri məhsulların öz ölkələrində formalaşan orta dəyərindən (normaldəyər) aşağı qiymətə başqa ölkələrə ixrac edirlər.
Malın normal dəyərindən aşağı qiymətə Azərbaycan Respublikasına gətirilən mallara antidempinq gömrük rüsumu tətbiq edilir (antidempinqrüsumu).
Normal dəyər dedikdə oxşar malınmənşə və ya ixrac ölkəsinin daxili bazarında adi ticarətin dövriyyəsindəki satış qiyməti başa düşülür.
Antidempin qtədbirləri kimi qanunda antidempinq gömrük rüsumunun, xüsusi gömrük rüsumunun, idxal kvotasının (idxalın kəmiyyət və dəyər hədləri ilə məhdudlaşdırılması) tətbiqiilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın transmilli biznesinin diversifikasiyası üçün böyük əhəmiyyəti olan bu maddənin istehlak mallarının, xüsusilə yüngül sənaye məhsullarının və ərzaq məhsullarının idxalına tətbiqi zəruridir. Bu məqsədləi stehsal və istehlak balanslarını hazırlamaq və rəhbər tutmaq tələb olunur.
Qanunun 1.0.20-ci maddəsində deyilir ki, yerli istehsal sahəsinə vurulan ciddi zərər idxal həcminin artması nəticəsində oxşar və ya birbaşa r əqabətli malların istehsalı ilə əlaqədar vəziyyətin ümumi pisləşməsi ilə müşahidə olunan yerli i stehsal sahəsində istehsal, ticarət və maliyyə vəziyyətinin əhəmiyyətl idərəcədə pisləşməsi əsasında müəyyən edilir. Antidempinqli və ya subsidiyalaşmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulan maddi zərər, gömrük ərazisində oxşar malların istehsalının və satış həcminin azalmasınavə investisiyaların həcminə mənfi təsir göstərməsi iləmüşahidə olunan yerli istehsal sahəsinin vəziyyətinin pisləşməsi ilə müəyyən edilir (maddə 1.0.21).
Araşdırmalarımız göstərir ki, Azərbaycanın ən çox idxal etdiyi mal qrupları az qiymətli metallar və onlardan hazırlanan məmulatlardan, kimya və yüngül sənaye məhsullarından, ərzaq məhsullarından ibarətdir. Bu məhsulların ölkədən istehsal və istehlak balansları əsasında ixracına müəyyən müddətə qadağa qoyulmasına baxıla bilər. Ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli Fərmanı ilə antidempinq qanu­nunun ixrac ilə bağlı araşdırıcı orqan kimi İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Onun vəzifəsi antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmaları həyata keçirməkdir. Lakin indiyə qədər araşdırmanın aparılmasını tənzimləyən normativ hüquqi baza işlənməmişdir. Heç bir araşdırma da aparıl­mamışdır.
Lazımsız güzəştlərin ləğv edilməsi, gömrük tariflərinin tətbiq olunması sisteminin təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin effektivliyinin artırılması, respublikada rəqabətə dayanıqlı əmtəələrin istehsalı olunması üçün lazımlı şəraitin təşkil olunması, daxili bazarın müdafiəsinin təmin olunması məqsədilə 2016-cı ildə qəbul edilmiş «Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında» ölkə qanununun tələblərinə əməl etmək zəruridir.
Bu və ya digər normativ hüquqi aktların icra olunmasının təşkili və koordi­nasiyası nın səviyyəsini xarakterizə edən 4.4.1 saylı cədvəldəki informasiyalara diqqəti cəlb etmək istəyirik. Cədvəldən göründüyü kimi, 2005-ci ildə istehsal gücü 40 min ədəddən çox olan yerli müəssisələrdə cəmisi 1114 ədəd məişət kondisionerləri istehsal edilmişdir. 2015-ciildə 180 ədəd istehsal olunsada, 2018-ci ildə məhsul istehsal edilməmişdir. İdxalın həcmi 2005-ciillə müqayisədə 2018-cıildə 6 dəfə artaraq 80 minə çatmışdır.
Beləliklə, Bakıdakı və Şamaxıdakı məişət kondisionerləri zavodları məhsul istehsalını dayandırmışlar. Daxili bazar bütünlükdə xarici malgöndərənlərin əlinə keçmişdir. Eyni vəziyyət məişət soyuducuların istehsalı ilə yaranmışdır. 2005-2018-ci illər də yerli istehsal 6 dəfə azalmış, idxal isə 23,5 minə qədər artmışdır. Daxili bazarın 91 faizindən çoxunu xaricilər zəbt etmişlər.
Cədvəl 4.4.1.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin