4.3. Azərbaycanda rəqabət mühitinin formalaşdırılması Transmilli biznesdə rəqabətin yüksək olmasının böyük əhəmiyyəti var. İqtisadi ədəbiyyatda rəqabəti müəyyən etmək üçün bir neçə yanaşmadan istifadə edirlər [131,səh.9]. Bəzi mütəxəssislər rəqabəti hər hansı bir işdə ən yaxşı nəticənin əldə olunması üçün qarşıdurma kimi izah edirlər, digərləri isə rəqabəti tələb və təklifin tarazlaşdırılmasına imkan verən bazar mexaniziminin meyarı kimi müəyyən edirlər. Rəqabətə sahə bazarlarının tipini müəyyən edən meyar kimi də baxılır. Bazarda rəqabətin təkmilolma dərəcəsindən aslı olaraq müxtəlif bazar tiplərini fərqləndirirlər ki, onların hər biri üçün iqtisadi subyektlərin müəyyən davranışları xarakterikdir.
İqtisadi ədəbiyyatda bazarın bir neçə tipinin olması göstərilir. Onların xalis rəqabət bazarından, xalis inhisar bazarından və ixtisaslaşmış bazardan ibarət olması göstərilir. Xalis rəqabət bazarı onunla xarakterizə olunur ki, belə bazarda eyni adda malın satıcıları çox olur. Burada satıcıların orta bazar qiymətindən yüksək qiymət rələb etmək imkanı olmur. Ona görə ki, alıcı bazar qiymətləri ilə istənilən sayda (həcmdə) istənilən malı sərbəst almaq imkanına malikdir. Beləliklə, bu bazarda ayrı-ayrılıqda nə alıcı, nə də satıcı qiymətlərin formalaşmasına əhəmiyyətli təsir etmək imkanına malik deyil. Xalis inhisar bazarında ancaq eyni malın satıcılarının sayı məhdud olur, bir neçə satıcı diktə edir. İxtisaslaşmış bazarda bir adda mal satılır. Valyuta bazarı (xarici valyuta və xarici valyuta ödənişli sənədlərin satışı), mənzil bazarı (mənzil alanlar və mənzil satanlar arasındakı iqtisadi münasibətlərin məcmusu), qiymətli kağızlar bazarı və ya fond bazarında qiymətli kağızların (səhmlər, istiqrazlar, aksiomalar və s.) alqı-satqısı, ipoteka bazarı (daşınmaz əmlakın alqı-satqısı) belə bazara aiddir. Bundan başqa, daxili bazar (milli dövlətin sərhədləri daxilində malların və xidmətlərin realizasiya olunması) və xarici bazar da mövcuddur (dövlətlərarası xarici ticarət əməliyyatları).
Azərbaycanda da bir cox məhsullar üzrə xalis inhisarcı bazarı formalaşmışdır. Məsələn, kecən əsrin 90-cı illərində fəaliyyətə başlamış METAK şirkəti əvvəlcə polad boruların respublikaya idxalı ilə və bir az sonra həmin məhsulların satılması ilə məşğul idilər. Zavod 2005-ci ildən bazarın artan tələbatını diqqətə alaraq plastik boruların istehsal edilməsinə başlamışdır. Bu şirkətin araşdırmalarına görə, bu gün təmiz su borularının, istilik sisteminin borularının bazarının təqribən 65%-nə METAK şirkəti nəzarət edir. Yerdə qalan 35% -ni isə başqa yerli, eləcədə xarici istehsalçılar öz aralarında bölüşürlər. Azərbaycan inşaat materialları bazarında bu şirkətin apardığı sorğuya və araşdırmalara görə belə bir nisbət müəyyən olunmuşdur.Şirkətin öz məhsullarının keyfiyyətinə nəzarət etməsi,onun xərclərinin, müştərilərə verdiyi zəmanət,onun satış prosesinə kompleks yanaşması METAK-ın məhsullarının 10-15% digərlərindən baha olmasını qaçılmaz edir.
Sumqayıtda SOCAR Polymer zavodunun 2018-ci ildə fəaliyyətə başlaması gözlənilir. Həmin zavodda polipropilen (PP) vəpolietilen (YSPE) istehsal olunacaqdır. Bu müəssisənin məhsulları da METAK- şirkətinin istifadə etdiyi xammallar olacaqdır. Beləliklə xammalların öz daxili bazarından əldə olunması şirkətə şirkətə yüksək ixrac üstünlüyü yaradacaqdır. Eyni zamanda, maliyyə baxımından da bu iş şirkət ücün sərfəli olacaqdır. İndi şirkət xammalı Cənubi Koreyadan, Almaniyadan,onların bu sahədə məşhur olan istehsalçılarından alınır. Bu xammalın Cənubi Koreyadan Azərbaycana gəlməsi 1-1,5 ay çəkir. Deməli xammalın respublika daxilində əldə olunması onun qısa vaxtda və ucuz qiymətə əldə olunmasına şərait yaradacaqdır. Qeyd etdiklərimizin hamısı bir cox məhsulların ucuzlaşmasına səbəb olacaqdır. METAK-ın Bakı, Sumqayıt, Neftçala və Qusar rayonunda da istehsal bölmələri var. Belə ki, Balaxanı Sənaye Məhəlləsində, Neftçala Sənaye Məhəlləsində və Sumqayıt Sənaye Zonasında olan şirkətlərdə bitkiçilik və meyvəçilik sahələrində tətbiq etmək ücün plastik yeşiklər, Sumqayıtda300 kq həcmdə tutumu olan konteynerlər,yəni böyük taralar istehsal edilir. Belə iri konteynerlərin əsasmüştəriləri böyük soyuducu anbarlardır. Konteyner istehsal edən müəssisəaqrar sektora yaxın olması üçün bu sahə respublikanın fərqli nöqtələrində yerləşdirilmişdir. Qusar rayonunda beton dirəklər istehsal olunur. Belə dirəklərdən üzümçülükdə və meyvəçilikdə istifadə etmək mümkündür. Bakının Böyükşor adlanan ərazisində olan zavodda plastik borular və fitinqlər istehsal olunur. Yaxın vaxtlarda içərisinə meyvələr yerləşdirilən plastik qabların və tikişləri olan dəmir boruların yerli istehsalıbaş tut acaq. Bu işin həyata kecirilməsi ücün yeni zavod tikilməsi qərara alınıb.
Respublikanın ən məşhur brendi olan METAK brendini Rusiyada, Qazaxıstanda kifayət qədər tanıyırlar. METAK Rusiyada da istehsala sahibdir, xüsusilə Rusiyanın cənubundaonu daha yaxşı tanıyırlar. Rusiyaya bu şirkətin istehsalı olan fitinqlər, Qazaxıstanda isə borular ixrac edilir və satılır. İndi Bakıda köhnə binaların sökülür, onların yeridə təzə yaşayış evlərinin inşa olunması üzrə çoxlu layihənin həyata kecirilməsinə başlanılmışdır. Bu il METAK-ın satış həcminin daha da coxalacagı gözlənilir.Yerli inşaat şirkətlərinin coxu METAK-la işləyirlər. Şirkət üçün əsas olan aldığı boruların keyfiyyətli olması və onun böyük bir şirkətin istehsalı olmasıdır. Bu səbəbdən belə layihələri həyata kecirən şirkətlər iri istehsalçılarla, məsələn METAK kimi nüfuzlu şirkətə müraciət edirlər. Dövlət layihələri üçün son vaxtlar alınan malların d keyfiyyətinə daha çox diqqət edilir.
Azad və normal bazar münasibətlərində şirkətin rəqabət qabiliyyəti həmin ölkədə istehsal olunan əmtəə və xidmətlərin dünya bazarının tələblərinə uyğunluq dərəcəsindən asılıdır. Rəqabət qabiliyyətinin artması ölkə vətəndaşlarının imkanlarının artmasına səbəb olur. Bu da dövlət siyasəti ilə stimullaşdırılır.Hər bir ölkənin transmilli biznesi onun rəqabətqabiliyyətinin formalaşmasının xarici bazarlarda rəqabət üstünlüyünün əsas amilidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidenti demişdir: “...Əgər biz sağlam rəqabəti tam şəkildə təmin edə bilsək, inhisarçılığa qarşı daha da məsuliyyətli olsaq, nəticələrimiz cox yüksək olacaqdır. Biz rəqabətqabiliyyətli məhsulların istehsalını, həm ixracı artırmalıyıq, həm də milli bazarın rəqabətli əmtəələrlə təmin etmək üçün... ilk öncə, biz yerli bazarı da rəqabətli mallarla təmin etməliyik. Ona görə rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması ən vacib prioritetlərdən biri olmalıdır” (“Azərbaycan” qəzeti, 16.04.2013).
Transmilli şirkətlər beynəlxalq bazarda rəqabətin əsas iştirakçılarına çevrilirlər. Hər bir ölkənin çiçəklənməsi onun ərazisində fəaliyyət göstərən transmilli şirkətlərdən əhəmiyyətli dərəcədə asılıdır. Bu işdə dövlətin iqtisadi siyasəti də çox əhəmiyyətli rol oynayır. Şirkətlərlə dövlət təşkilatlarının qarşılıqlı əlaqəsinin özünəməxsus forması ortaya çıxır. Onlar yad iqtisadiyyatın rəqabət qabiliyyətini formalaşdıran faktorlara həlledici təsir göstərən bazar mexanizmlərindən istifadı edən iqtisadi agent kimi çıxış edirlər. TMŞ-n beynəlxalq rəqabətdə iştirakı çoxcəhətlidir və çoxlu səviyyələri var. Dövlət çərçivəsində onlar yerli şirkətlərlə və başda beynəlxalq şirkətlərlə bazarlar uğrunda, bəzən yerli güzəştlər və dotasiyalar uğrunda rəqabət aparırlar. Rəqabət ilk növbədə mal istehsalçıları üçün obyektivmühüm əhəmiyyət kəsb edir. Rəqabət mal istehsalçılarını yeni texnologiyalar tətbiq etməyə, əmək məhsuldarlığını yüksəltməyə, mal və xidmətlərin qiymətlərini yüksəltməyə və ya aşağı salmağa məcbur edir. Praktikada transmilli şirkətlərin və digər təsərrüfat subyektlərinin, sahələrin və ölkələrin rəqabət qabiliyyəti müəyyən edilir.
Porter nəzəriyyəsinə görə məhz milli rəqabət qabiliyyətliliyi konkret istehsal sahələrində uğuru və ya uğursuzluğu, habelə ölkənin dünya təsərrüfat sistemində tutduğu yeri müəyyən edir. Milli rəqabət qabiliyyətliliyi sənayenin imkanları ilə müəyyən olunur. Onun fikrincə, ölkənin rəqabət üstünlüyünün əsasında innovasiyaların istehsala təsiri, dövlət tərəfindən rəqabət qabiliyyətinin dəstəklənməsi, tələbin stimullaşdırılmasına, şirkətlərin strategiyasına, strukturuna və rəqabətinə hökumətin təsiri dayanır.Daxili bazarda yetərli rəqabətin olması dünya bazarında əldə ediləcək uğura ciddi surətdə stimul verir. Porter hesab edir ki, dövlət dəstəyi ilə süni olaraq müəssisələrin üstünlük təşkil etməsi israfçılığa və resursların qeyri-səmərəli istifadəsinə gətirən neqativ istiqamətdir. XX-ci əsrin 90-cı illərində M.Porterin nəzəri fikirləri Avstraliya, Yeni Zellandiya və ABŞ-da ixrac məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə dair dövlət siyasətinin işlənib hazırlanması üçün əsas olmuşdur.[188,s.328]
Beynəlxalq ticarətdə milli rəqabətqabiliyyətinin yüksəldilməsi sayəsində əcnəbi TMŞ-lərə münasibətdə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi təcrübəsi azalır və stimullaşdırıcı metodlara keçid baş verir. Bu metodlar ayrı-ayrı iqtisadi subyektlərə münasibətdə, o cümlədən milli mənsubiyyət meyarı baxımından diskriminasiyaya yol verilməməsini nəzərdə tutur. Həvəsləndirmə sistemləri müxtəlif ölkələrdə fərqli olsa da, səmərəli stimullaşdırma sistemi çeviklik, obyektivlik, sadəlik, inzibati etibarlılıq və planlaşdırılan tədbirlərin icra sürəti kimi xüsusiyyətlərə malik olur.
Transmilli biznesin dövlət tənzimlənməsinin mühüm meyarlarından biri də milli rəqabət qabiliyyətinin yüksəldilməsidir. Ölkənin rəqabətqabiliyyətliliyi həm siyasi, həm də iqtisadi əhəmiyyət kəsb edir. O, uzunmüddətli iqtisadi tərəqqini və vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə ölkənin iqtisadi strukturlarının və institutlarının dünya iqtisadiyyatı çərçivəsində idarəetmə fəaliyyətini səmərəli koordinasiya etmək bacarığını səciyyələndirir. Rəqabətqabiliyyətliliyin milli səviyyədə bu cür təfsiri 1996-cı ildə Davosda illik Beynəlxalq iqtisadi forumda “Qlobal rəqabətqabiliyyətlilik” haqqında məruzədə təqdim olunmuşdur. Hesab edirik ki, ölkənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinin strateji əhəmiyyəti milli dövlətin yurisdiksiyası altında olan firmaların yeni rəqabət üstünlüklərinin yaradılması üçün şəraitin formalaşdırılmasına imkan verir. O, həmçinin öz ərazisində əcnəbi TMŞ-lərin fəaliyyətinin yüksək məhsuldarlıqlı növlərinin stimullaşdırılması üzrə milli dövlət tərəfindən tədbirlərin səmərəliliyini qiymətləndirməyə də imkan verir. Əlavə dəyərin həcminin artırılması ilə yanaşı uzunmüddətli perspektivdə yerli ehtiyat və güclərin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi də formalaşır. Beləliklə, bütövlükdə dövlət siyasətinin və onun ən mühüm tərkib hissəsi olan istehsalın transmilliləşdirilməsi proseslərinin nizamlanması mexanizminin təyin olunmasına məhz ölkənin rəqabətqabiliyyətliliyinin artırılması və onun təhlükəsizliyinin təmin edilməsi mövqeyindən yanaşmaq lazımdır.
Porterin rəqabət haqqında klassik iqtisadi nəzəriyyəsində irəli sürülmüşdür ki, transmilli şirkətlər və digər müəssisələr bazarı əldə etməyə qadir olmalıdır və eyni zamanda rəqabət üstünlüyü qazanmalıdır.[188,s.211] Bizim fikrimizcə, təsərrüfat subyektlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi ölkədə mövcud olan rəqabət mühitindən birbaşa və bilavasitə asılıdır.
Ədalətli rəqabətin formalaşdığı ölkələrdə bazar qiymətəmələgəlmə, tənzimləmə, sağlamlaşdırma, informasiyalaşdırma və vasitəçilik funksiyalarını həyata keçirir. Bazar qiymətləri məqsədləri bir-birinin tam əksi olan istehsalçıların (satıcıların) və istehlakçıların (alıcıların) qarşılıqlı hərəkəti prosesində yaradılır.
Azad sahibkarlığın məhdudluğu ilə bağlı olan bu və ya digər dərəcədə rəqabət qeyri-mükəmməl hesab olunur. Rəqabətin bu forması üçün sahibkarlığın hər bir sferasında firmaların sayının az olması bu və ya digər sahibkarlar qrupunun (və ya bir sahibkarın) bazar konyukturasına təsir etmək imkansızlığı xarakterikdir. Qeyri-mükəmməl rəqabət şəraitində konkret bazara yeni sahibkarların daxil olması ciddi müqavimətlərlə rastlaşır.
Praktikada çox zaman inhisar rəqabəti adlanan rəqabət də mövcuddur. Bu, elə bir rəqabətdir ki, bazarda çoxsaylı kiçik firmalar olur, ancaq onlar müxtəlif məhsullar təklif edirlər. Belə bazarlara daxilolma və ya ondan çıxma hər hansı bir çətinliklə bağlı deyil. Müxtəlif firmaların buraxdıqları məhsullar keyfiyyətinə, xarici görünüşünə və digər xarakteristikasına görə fərqlənirlər. Həmin mallar bir-birini əvəz edə bilsələr də, eyni zamanda öz göstəricilərinə görə fərqlənirlər. Elmi araşdırmalardan qənaətimiz ondan ibarətdir ki, Azərbaycanda məhz inhisar rəqabəti üstünlük təşkil edir.
Bazar iqtisadiyyatlı ölkələrdə bəzi sahələrdə oliqopoliya adlanan rəqabət yaranır. Rəqabətin bu forması bazarda məhsulları həm müxtəlif (avtomobil), həm də eyni olan (alüminium, polad) firmaların olmasını nəzərdə tutur. Yeni firmaların daxil olması çətinliklə bağlı olur. Oliqopoliyanın xüsusiyyəti öz məhsullarına qiymətlər haqqında qərar qəbul etmələrində firmaların bir-birindən asılı olmalarıdır.
Beynəlxalq təcrübə göstərir ki, milli iqtisadiyyatın rəqabət üstünlüyünün yaradılması və saxlanılması üçün əlverişli təşkilati-hüquqi, iqtisadi və təşkilati-idarəetmə şəraitinin yaradılmasına istiqamətlənmiş dövlət siyasəti zəruridir. Amma bu siyasətin, icraedilməsi mexanizmini seçərkən diqqət edilməlidir ki, bazarda rəqabət prosesesində dövlətlər deyil , konkret olaraq təsərrüfat subyektləri qarşı-qarşıya gəlirlər. Onların inkişaf strategiyası, idarəetmənin və marketinqin təşkilati metodları dövlət siyasətinin bazasında seçilməli və bu siyasətin realizasiyasına xidmət etməlidir.
Apardığımız elmi araşdırmalar göstərir ki, hal-hazırda ölkə müəssisələrinin əksəriyyəti keyfiyyətinə, qiymətlərinə və istehsal xərclərinə görə xarici analoqlarla müqayisə oluna bilən istehlaka hazır olan məhdud nomenklatura üzrə az məhsullar istehsal edə bilirlər. AR Mərkəzi Bankın məlumatına görə 2018-cü ilə qeyri-neft sektorunun mal ixracı ölkə üzrə mal ixracının cəmi 6 faizə qədəri, yəni 1,63 milyard dollar (cədvəl 5.3.2) olmuşdur. Onların da 35-40 faizi xammal və yarımfabrikatdır. 2018-ci ildə ölkənin mal ixracının 94 faizinin neft və neft emalı məhsullarının olması iqtisadiyyatın qeyri-neft sektorunun rəqabət qabiliyyətinin aşağı olduğunu söyləmək olar. Bu sektordan əsasən meyvə-tərəvəz və onlardan hazırlanan məhsullar, şəkər, spirtli və spirtsiz içkilər, plastmas və ondan hazırlanan məhsullar, gön-dəri, pambıq mahlıcı, qara metallar, ilkin alüminium ixrac edilir. Maşın və mexanizmlər, nəqliyyat vasitələri ixracın cüzi bir hissəsinə, 1 faizə qədərinə bərabərdir. Azərbaycanın xammal sahələri (neft, qaz, qara və əlvan metalların yarımfabrikatları, kimya sənayesinin yarımfabrikatları və s.) yüksək rəqabət qabiliyyətli sahə kimi dəyərləndirilir. Ona görə də Azərbaycanın dünya təsərrüfat sisteminə qeyri-neft məhsulları ilə səmərəli daxil olması o şərtlə ola bilər ki, milli iqtisadiyyatın emal sənayesi və kəna təsərrüfatı sektorlarının miqyaslı inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində həm xarici-iqtisadi, həm də ümumi iqtisadi xarakterli fəal dövlət tənzimlənməsi tətbiq edilsin. Bu konsepsiya ümumi iqtisadi və struktur dəyişiklikləri siyasətinin tərkib hissəsini təşkil etməklə, sənaye klasterlərinin yaradılması vasitəsi ilə reallaşdırıla bilər.
Cədvəl 5.3.2