2020-ci ilə Azərbaycan sənayesinin proqnoz strukturu (ümumi məhsul buraxılışına görə, mln.man)
2010
2018
2023
Fakt
%-lə
Fakt
%-lə
Proqnoz
%-lə
Sənaye, cəmi
27978
100
47677
100
57526
100
1
Mədənçıxarma sənayesi
20862
74.6
34931
73,2
43090
74,9
- ondan xam neft və təbii qaz
20199
72.2
31417
65.8
38428
66.9
2
Emal sənayesi
5736
20.5
10465
21.3
13420
23.3
- qida məhsulları istehsalı
2014
7.2
3051
0,6
3699
6.4
- tütün məmulatları istehsalı
22
0.1
56
0.01
77.2
0.1
-toxuculuq sənayesi
25
0.1
248
0.5
387
0.6
- geyim istehsalı
26
0.1
103
0.21
151
0.2
- neft məhsullarının istehsalı
2005
7.2
2830
5.9
3345
5.8
- kimya sənayesi
196
0.7
528
1.1
735
1.2
- əczaçılıq məhsulları istehsalı
0.9
0.0
1.3
0.0
99
0.3
- tikinti materialları istehsalı
424
1.5
731
1.5
922
1.6
- metallurgiya sənayesi
56
0.2
625
1.3
980
1.7
- maşın və avadanlıqlar istehsalı
199
0.7
170
0.2
200
0.03
- mebel istehsalı
38
0.1
111
0.2
54
0.7
3
Elektrik enerjisi, qaz və buxar istehsalı və təchizatı
1235
4.3
1961
4,1
2414
4.1
4
Su təchizatı, tullantıların təmizlənməsi və emalı
155
0.5
319
0,7
421
0.7
Mənbə: “Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsi zərfi” kitabı, II, Azərbaycan respublikasının Milli Məclisi, “Azərbaycan rəqəmlərdə”, “Azərbaycanın sənayesi”, Dövlətstatkom, əsasında iddiaçı tərtib etmişdir.
Yerli xammala əsaslanan yüngül sənaye sahələrini böhran vəziyyətindən çıxarmaqla, onların inkişafında dönüş yaradılması prioritetlər sırasındadır. Sahənin 2005-ci ildəki 216 müəssisəsindən 2018-ci ildə 170-i qalmışdır. Geyim hazırlayan müəssisələrin avadanlıqlarının fiziki və mənəvi cəhətdən aşınması 70%-dən çoxdur. Digər tərəfdən onların fəaliyyəti əsasən yarımfabrikatlar istehsal etməkdən ibarətdir. Mövcud bazarın tələbi idxalın hesabına ödənilir. Sahənin inkişafı məqsədli dövlət proqramının hazırlanmasını tələb edir.
Orta müddətli perspektivdə sənaye sahəsində dövlət siyasətinin əsas məqsədləri sənaye istehsalının modernləşdirilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasıdır. Ölkədə sənaye sahəsində ən vacib tədbirlər istehsal qurğularının mənəvi və fiziki köhnəlməsini bərpa etmək, yerli məhsulun rəqabətli olması, sənayedə sərmayə qoyuluşunun və innovasiyaların tətbiqinin artırılmasından, qeyri-neft sahəsində sürətli yüksəlişin və emal sənayeində fəaliyyətin stimullaşdırılmasından ibarətdir.
Müxtəlif ölkələrin sənaye siyasəti beynəlxalq təcrübədə fərqli istiqamətlərdə həyata kecirilir. Ölkə iqtisadiyyatında, eləcə də sənaye sektorunda hazırkı iqtisadi vəziyyətdən cıxış edərək sənaye siyasətinin müəyyən bir istiqaməti seçilir. Sənaye siyasətində ən çox istifadə olunan istiqamətlər daxili tələbatın stimullaşdırılmasından, sənaye müəssisələrinin dövriyyə kapitalı ilə təmin edilməsindən, lokomativ rolunu oynaya bilən sahələrin (yanacaq-enerji kompleksi, mənzil tikintisi, avtomobilqayırma və s.) inkişafından, idxalı əvəzləyən sahələrin inkişafından, sənaye daxili inteqrasiyanın sürətləndirilməsindən, “zəncirvari” istehsalın təşkilindən (klasterlərin, maliyyə-sənaye qrupu tipində) ibarətdir.
Bizim fikrimizcə, mövcud durumda Azərbaycan hökumətinin sənaye siyasətinin istiqaməti ixracyönümlü olmaqla, daxili tələbatın stimullaşdırılmasından, idxalı əvəzləyən sahələrin prioritet inkişafından, daxili bazarın qorunmasından, iri inteqrasiya olunmuş istehsal müəssisələrinin, holdinqlərin və maliyyə-sənaye qruplarının yaradılmasından ibarət ola bilər.
Respublikanın Strateji Yol Xəritəsində əsas hədəf qeyri-neft sektoru və onun inkişaf etdirilməsidir. Bunun nəticəsi olaraq respublikanın neft amilinin təsirindən qurtarmaqdır. Lakin 2010-2018-ci illərdən başlayaraq artıma töhfə verən sahələrdən biri qeyri-neft sektorudur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə qeyri-neft sektorunda 6,9, o cümlədən tikinti sektorunda 8,8, xidmət sektorunda 7,6% artım müşahidə edilib.
Azərbaycan iqtisadiyyatındakı qeyri-neft sahəsinin perspektiv rolu get-gedə artacaq. 2025-ci ildən sonra Azərbaycanın diferensasiya edilmiş və stabil iqtisadiyyatda əlavə dəyərin dörddə üçündən çoxu neft olmayan sahədə yaranacaqdır. Bu mərhələdə innovasiya əsaslı artım modelinə keçid qabaqkı illərdə rəqabətdə üstün olan və yaxşı artım olan qeyri-neft sahəsində ixtisaslaşmanın artması hesabına daha çox dəyərin respublikada qalmasını həyata kecirəcək. Ümumiyyətlə, iqtisadiyyatın həm region səviyyəsində, həm də sahələrarası quruluşun optimallıq səviyyəsi yüksələcək ki, bu stabil və dayanıqlı inkişafı bərpa edəcək. Respublikada regional yüksəliş mərkəzlərinin inkişafı yerlərdə iqtisadiyyatın rəqabətli sahələrində ixtisaslaşmanın coxalması hesabına ümumi iqtisadi yüksəliş əldə ediləcək.
Strateji Yol Xəritəsi üzrə qeyri-neft sahəsinin gələcək yüksəlişi üçün başqa məqsədlər var. Qeyri-neft sahəsinə istiqamətlənən birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının coxalması nəzərdə tutulub. Ümumi yüksəlişdə xarici sərmayəcilərin rolu çox böyükdür. Onlar təkcə investisiya qoymurlar, eləcədə yeni sahələrə və dəyər şəbəkəsinə girmək üçün vacib olan təzə bacarıqlar, texnologiya şəraiti yaradır.
Başqa bir məqsəd neft olmayan sahələr üzrə ixracın 2015-ci ildəki adambaşına düşən 170 ABŞ dolları 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırmaqdır. Qəbul edilmiş Strateji Yol Xəritəsində mal ticarəti ,həm də istehsal və ya turizm sahəsində 2025-ci ilədək 150 min əlavə iş yeriacılması qərara alınıb.