Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müqayisəli göstəriciləri (2018-ci il)



Yüklə 0,71 Mb.
səhifə42/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   38   39   40   41   42   43   44   45   ...   55
279762823 (1)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müqayisəli göstəriciləri (2018-ci il)

Sıra sayı

Göstəricilər

Ölçü vahidi

BMT-nin standartları

Neft şirkətinin göstəriciləri


Şirkətin fəaliyyət göstərdiyi ölkələrin sayı

ədəd

ən azı 2-6 və daha çox

10


Şirkətin istehsal gücünün müəyyən sayda ölkələrdə yerləşdirilməsi

ədəd

2-dən artıq

2


Şirkətin kapitalizasiya səviyyəsi

mlrd dollar

2

9


Şirkətin gəlirlərində və ya satışında xarici əməliyyatlarının xüsusi çəkisi

%

25

35


Səsvermə hüququ olan səhmlərin əsas sahibi olmaq

%

3 və daha çox ölkədə 25

8


Şirkətin işçi heyətinin internasional tərkibi

%




17


Həmçinin, rəhbərliyin

%




18


Illik dövriyyə (BMT-nin meyarı)

Dollar

100mln.

1.2 milyard dollar


Illik dövriyyə Forbesin meyarı)

Dollar

207 mln.

1.2 milyard dollar

Mənbə: SOCAR-ın illik hesabatı əsasında iddiaçı tərtib etmişdir.[242, s.16 ]

İqtisadi ədəbiyyatda transmilli şirkət statusunun verilməsinin bir neçə meyarı göstərilir. Onların iki və daha çox ölkədə özlərinin istehsal etdiyi məhsulları satması, iki və daha çox ölkədə törəmə müəssisələr və filiallar yaratması, müxtəlif ölkələrin rezidentləri ara­sında korporativ mülkiyyətin bölüşdürülməsi, çoxmillətli tərkibli heyətə malik olmaları diqqətə çatdırılır. Bizim fikrimizcə, burada ən əhəmiyyətlisi birinci əlamətdir. Transmilli şirkətləri xarakterizə edən bəzi göstəricilər də mövcuddur. Belə göstəricilərə ana şirkətin yerləşdiyi ölkənin hüdudlarından kənarda satılan malların xüsusiçəkici, digər dövlətlərin ərazilərində yerləşən aktivlərin payı, ali rəh­bərliyin tərkibi və s. Transmilli şirkətlər, bir qayda olaraq, bütün əlamətlərə eyni zamanda malik olurlar. Bizim fikrimizcə, fəaliyyət göstərən şirkət adı çəkilən əlamətlərin heç olmasa birinə cavab versə kifayətdir ki, o, transmilli şirkət hesab edilsin.


İri milli şirkətlərin transmilli adlandırılmasının mümkünlüyünü müəyyən etmək məqsədilə “transmilliləşmə indeksi”ni də hesablamışıq. Burada da həm şirkətin, həm də ölkənin transmilliləşmə indeksi müəyyən edilmişdir.
Şirkət üzrə indeks üç göstəricinin orta kəmiyyəti kimi hesablanır: xarici aktivlərin ümumi aktivlərdə xüsusi çəkisi, xarici satışların ümumi satışların həcmində payı, xaricdəki işçilərin sayının şirkətin məşğul olan ümumi işçilərin sayına nisbəti. Şirkətlərin transmilliləşmə indeksi bu və ya digər şirkətin xaricdə əmtəə və xidmətlərin istehsalına cəlb edilməsi dərəcəsini əks etdirir.
Ölkələrin transmilliləşmə indeksi isə bu və ya digər ölkə üçün xarici TMŞ-rin əhəmiyyətini qiymətləndirir. O, dörd kəmiyyətin məcmusu kimi hesablanır: birbaşa xarici investisiyaların ölkə daxilində həyata keçirilən bütün investisiyalarda payı, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların ölkə nin ÜDM-na nisbəti, xarici şirkətlərin filiallarının ölkədə istehsal olunan ÜDM-n istehsalındakı payı, bu filiallarda məşğul olanların ölkə üzrə məşğul olanları sayında payı.
Bu transmilliləşmə indeksləri Azərbaycan üzrə hesablanmış və dissertasiyanın növbəti bölmələrində ətraflı şərh edilmişdir.
TMŞ statusunun müəyyən etməyiniki əsas yanaşması var. Dar mənada TMŞ kimi cox sayda ölkələrdə istehsal aktivlərinə malik olan, eyni zamanda xarci ticarət fəaliyyəti üstunluk təşkil edən şirkətləri aid edirlər. Buraya bəzi əlavə meyarları da aid edirlər. Məsələn, şirkətin rəhbərliyinin coxmillətli olması və s. Geniş mənada isə TMŞ kimi xaricdə investisiya qoyuluşu olan istənilən şirkət,o cümlədən qonşu ölkələrdə ofisi olan və ya satış şəbəkisi olan adi ixracatcı firmalar da aid edilə bilər. İndiyə qədər “Forbes Qlobal” jurnalında ənənəvi siyahıya Azərbaycan şirkətlərinin adı daxil edilməmişdir. Bunun da səbəbi ondan ibarətdir ki,ölkə şirkətlərinin səhmləri xarici ölkələrdə satılmırdı. Jurnalda adı cəkilən şirkətlərin səhmləri beynəlxalq birjalarda satılır. Bu siyahiya 2016-cı ilin 11-ci buraxılışına ABŞ-ın 62 şirkəti, Rusiyanın 28 şirkəti,Türkiyənin 12 şirkəti, Qazaxistanın 3 şirkətı daxil edilmişdir. “Forbes Qlobal” jurnalında siyahı tərtib olunan zaman şirkətlərin ücün 4 göstərici əsas götürülür: satış, gəlir, aktivində olan kapital, aktivlərinbaza dəyəri dəyəri. Azərbaycan şirkətləri ücün bu göstəriciləri tam hesablamaq mümkün olmadığına gorə Forbesin siyahısına daxil edilməmişdir. Cünki Azərbaycanın iri şirkətləri səhmlərini xarici birjalarda birja satışa çıxarmırlar. Ekspertlər hesab edirlər ki, Azərbaycanın “Forbes Qlobal”da iştirak şansı ARDNŞ-ın TMŞ-ə cevrilməsindən asılıdır. Analitiklərin qiymətləndirmələrinə görə SOCAR-ın aktivləri 23 mlrd. dollardan coxdur, gəlirləri 1 mlrd. dollar,öhdəlikləri isə 9 mlrd. dollardır. SOCAR “Finansial Times”in siyahısındakı şirkətlər arasında 68-ci yerdə qeydiyyata alınmışdır.
Sərmayəcilər və kredit təşkilatları hansısa şirkətlə beynəlxalq səviyyədə əməkdaşlıq etmək qərarına gələrsə nəzərdə tutulan şirkətin beynəlxalq reytinqini, iqtisadi-maliyyə indekslərin nəzərdən keçirirlər. Belə ki, reytinq özündə şirkətin iqtisadi gücünü əks etdirir vəhəmin şirkət haqqında lazımi məlumatların əldə edilməsini asanlaşdırır. Hazırkı dövrdə beynəlxalq reytinqlərin verilməsi üzrə üc ABŞ şirkəti liderdir. Fitch Ratings, Moody's və Standard & Poor's şirkətləri bura aiddir. Reytinqlər beynəlxalq bazarda o zaman inandırıcı olur ki, verilən azından iki beynəlxalq reytinq verən şirkətdən reytinq alınmış olsun.
Azərbaycan SOCAR-a transmilli şirkət statusunun verilməsi beynəlxalq miqyasda onun reytinqini əhəmiyyətli dərəcədə yüksəldə bilər. Belə ki, zərurət yarandığı halda maliyyə vəsaitinin cəlb olunmasını asanlaşdıra, beynəlxalq şirkət kimi ARDNŞ-nin nüfuzunu artırar, sərmayədarlar tərəfındən ARDNŞ haqqında mühüm informasiya əldə etmək imkanı yaranar, sərmayə cəlb edilməsinin stimullaşdırılmasına imkan yaranar. ARDNŞ 2007-ci ildə Citi Bankla məsləhətçi xidmətləri göstərilməsi haqqında müqavilə bağlamışdır. ARDNŞ dünya reytinq şirkətləri ilə 2008-ci ildən sonra əlaqə saxlayır. Qeyd edək ki, Fitch Ratings şirkəti 2009-cu ildə ARDNŞ-a BB+ (Sabit) reytinqini vermişdir. Məşhur Ratings şirkəti Fitch Azərbaycan Respublikasının və ölkəmizin ən iri şirkəti ARDNŞ-ın reytinqini 2010-cu il ücün BBB-kimi qiymətləndirmişdir. ARDNŞ bir şirkət kimi belə qiymətləndirməni, yəni “Fitch Ratings” Beynəlxalq Agentliyinin verdiyi reytinqlə əlaqədar olaraq geniş təqdimatını etmişdir 2010-cu ildə Moody's şirkəti ARDNŞ- ı Bal (Stabil) reytinqi ilə qiymətləndirmişdir.
Azətbaycanın transmilli şirkət səviyyəsində iri şirkətləri var. Məsələn, ARDNŞ, “Gilan Holdinq”, “Gəmiqaya”, “Azərsun”, “Akkord” və s.Bu şirkətlərin, əsasən də ARDNŞ-n nə qədər, hansı səviyyədə transmilli biznesə sahib olduğu və TMŞ meyarlarına nədərəcədə cavab verdiyini müəyyən etmişik.
Hal-hazırda Azərbaycan ancaq transmilli biznes sferasında TMŞ-ri qəbul edən ölkə kimi çıxış edir.
ARDNŞ beynəlxalq aləmdə tanınan reytinq şirkətləri – “Fitch Ratings” və “Moody’s” ilə əməkdaşlıq edir. 2016-cı ildə “Fitch”, 2017-ci ildə isə “Moody’s”lə reytinq alınması üzrə müqavilələrbağlanmışdir.
Şirkətin son illərdə əldə etdiyi nailiyyətlərdən, iştirak etdiyi beynəlxalq miqyaslı layihələrdən söz açılmışdır. Bu layihələrin sırasında Türkiyə və Gürcüstanda həyata keçirilən işlər xüsusi vurğulanmışdır. ARDNŞ Türkiyənin ən böyük neft-kimya şirkəti olan “Petkim”ə sahib olandan sonra yüksək səviyyəli menecment hesabına dünyada baş verən maliyyə-iqtisadi böhran şəraitində bu şirkət gəlirlə işləməyə müvəffəq olmuşdur.Gürcüstan iqtisadiyyatına indiyədək ARDNŞ tərəfindən 400 milyon dollar məbləğində sərmayə qoyulmuşdur. Gürcüstanda böyük neft terminalı zavodu alınmışdır. ARDNŞ-in Gürcüstanın yanacaq və qaz bazarının 75 faizinə nəzarət edir.
Əvvəlki fəsillərdə hesablanmış indekslər, transmilliləşmə indeksi, cəlb olunan potensial investisiya indeksi, yuxarıda sadalanan nailiyyətlər BMT tərəfindən transmilli SOCAR-n şirkət statusu ilə qeydiyyata alınması ücün qoyulan meyarlara tam cavab verir.
Azərbaycanın iri milli şirkətlərinin TMŞ-ə çevrilməsi üçün onlara hökumətin dəstək verməsi zəruridir.
Milli şirkətlərin dəstəklənməsinin bir neçə istiqaməti beynəlxalq təcrübədə həyata keçirilir. Onlar informasiya sektorunu, satışın stimullaşmasını, diplomatik vasitələrin tətbiqinivə s. əhatə edir. Məsələn, alman hökuməti tərəfindən “Asiya təklifləri” adlanan proqram işlənmişdir. Onun əsas məqsəd Asiya ölkələrində fəaliyyət göstərən iri alman şirkətlərinə dəstək verməkdən ibarətdir.ABŞ hökuməti öz ölkəsinin şirkətlərini yapon bazarına irəliləməkdən ötrü Yaponiyaya təsir edir. Hətta az inkişaf etmiş ölkələr də BXİ hesabına aktiv beynəlmiləlləşməni stimullaşdırmaq üçün siyasi alətlərdən istifadə etmək adi hala çevrilmişdir. Onlar kiçik ölkələrdə transmilli biznesi artırmaq məqsədilə öz şirkətlərinin beynəlmiləl­ləşməsinə çalışırlar. Mənşə hökumətinin verdiyi dövlət zəmanəti və ixracatçıların kapitalının sığortalan­ması milli şirkətlərin transmilliləşməsinə əhəmiyyətli stimul yaradır.
Transmilliləşmənin artan miqyası əsas milli şirkətlərlə bağlı hökumətdə nara­hatlıq yarada bilən bir sıra arqumentləri ortaya çıxa bilir. Bir sıra hökumətlər böyük şirkətlərin öz ölkələrinin sərhədlərindən kənarda da fəaliyyət göstərməsində onlara itki gətirəcəyindən qorxurlar. Belə ehtiyatlılıq bəzən lisenziyaların verilməsinin məhdudlaşdırılmasına, birbaşa qadağalara, birbaşa xarici investisiyalardan könüllü imtinaya və ya xarici qiymətli kağızların alışı üzrə əməliyyatların kəsilməsi kimi tədbirlərə gətirib çıxarır. Amma əksəriyyət iri şirkətlər çox asanlıqla bu məhdudiyyət və qadağalara qalib gəlirlər.
Ayrı-ayrı ölkələrdə (məsələn, ABŞ-da) ən əsas, vacib bir məsələ milli maraqlar naminə xarici investisiyalardan gələn itkilərin qarşısını almaqdırr. Amerika hökuməti, xüsusilə ABŞ ərazisində fəaliyyət göstərən xarici transmilli şirkətlərə münasibətdə investisiya, ticarət və digər qadağaların gücləndirilməsi siyasətini həyata keçirir. Bunu siyasi və strateji səbəblər üzündən Düşmənlə Ticarət Qanununun köməyi ilə həyata keçirir. Bu qanun və onun variantı Kuba əleyhinə istifadə olunmuşdur. Belə qadağalar ABŞ ilə Avropa Birliyi arasında münaqişə mənbəyi olmuşdur. Transmilli şirkəti qəbul edən ölkələr arasında münasibətlər həmişə mürəkkəb olur. Bu hökumətlərlə şirkətlərin maraqlarının uyğunsuzluğundan irəli gəlir. Belə bir assimmetriya iki tərəfdən birinin öz gəlirlərini maksimallaşdırma marağından doğur.
TMŞ bir qayda olaraq qəbul edən ölkələrin əksəriyyətindən iqtisadi cəhətdən güclü olur. Onlar çox vaxt öz güclərindən yerli hökumətə təsir edirlər ki, onların vergi öhdəliklərini minimallaşdırsınlar. Onları maliyyə sferasında bazarın müdafiəsində və infrastrukturunda xüsusi güzəştlərin alınmasına məcbur edirlər. Cavab aksiyası kimi bir çox ölkələr qadağalar və məhdudiyyətlər tətbiq edirlər.
Elə hallar olur ki, TMŞ-r yerli hökumətin siyasətinə qarışırlar, hökumətdə yeni dəyişikliklər edərək, çevrilişlərə nail olmaq üçün hökumət əleyhinə tədbirlər hazırlayırlar. Onlar bununla yeni hökumətdən, onların tələblərinə daha yaxşı yanaşma gözləyirlər. Bundan başqa yerli şirkətlərin satın alınması ilə xüsusi güzəştlər əldə etməyə çalışırlar. Özəlləşmə aparılan keçmiş sosialist ölkələrində yerli müəssisələrin transmilli şirkətlər tərəfindən alınması korrupsiyaya xidmət edirdi.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin