Azərbaycandan investisiyaların və gəlirlərin repatriasiyası (mln.doll.)
№
Göstəricilər
1995-2005
2006-2010
2010
2018
2011-2014
Xarici investisiyalar (birbaşa investisiyalar, maliyyə kreditləri, birgə və xarici müəssisələrin investisiyaları, neft borusu, digər investisiyalar), ("Azərbaycanın statistik göstəriciləri", 2015, s.404)
23767
32291
8248
4109
41029
Azərbaycanda gəlirlərin ödənişi (xarici investorların payına düşən gəlirlərin repatriasiyası, qeyri-rezidentlərə ödənilmiş əmək haqqı, xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər) tədiyyə balansının gəlirlər maddəsinin debeti
4473
22446
4143
1595
20634
İnvestisiyaların repatriasiyası (1997-ci ildən başlamışdır)
6954
23360
2786
3636
13559
Mənbə; cədvəl müəllif tərəfindən AR Dövlətstatkomun "Azərbaycan statistik göstəriciləri", AR Mərkəzi Bankının məlumatları əsasında tərtib edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının hesabat materiallarından görünür ki, 2014-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 2010-cü illə müqayisədə həm ixracın, həm də idxalın artması hesabına 13% çox olmaqla, 37,6 milyard dollara bərabər olmuşdur. 2014-cü ildə keçən illə müqayisədə xarici ticarət dövriyyəsi neft-qaz sektorunda 11% aşağı düşmüş (3,1 milyard dollar), digər sektorlarda isə 24% (2,2 milyard dollar) az olmuşdur. Buna baxmayaraq xarici ticarət balansının 19 milyard dollara yaxın müsbət saldosu yaramışdır. Ancaq keçən illə müqayisədə onun həcmi 9% aşağı düşmüşdür. Xarici ticarət dövriyyəsinin əsasını neft-qaz sektorunun məhsulları təşkil edir. Qeyri-neft məhsullarının ixracda xüsusi çəkisi 5-6 faiz təşkil edir.
İqtisadiyyatın hansı sektorlarında ölkə rezidentləri itirirlər? Sualına cavab tapmaq üçün qeyri-neft sektoru üzrə cari əməliyyatların vəziyyətini araşdırmışıq.
Azərbaycan Respublikasının qevri-neft sektoru üzrə cari əməliyyatlar hesabının və xarici ticarət balansının vəziyyəti 3.2.6 saylı cədvəldə əks etdirilmişdir. Cədvəldən görünür ki, 2005-ci ildən "cari əməliyyatlar və kapital" hesabı qeyri-rezidentlərin xeyrinə formalaşır. Onlara edilən ödənişlər rezidentlərə ödənişlərdən 1,7-2 dəfə çox olur. 2014-cü ildə qeyri-neft sektoru üzrə bütünlükdə cari əməliyyatlar hesabı 7623 mln. dollar məbləğində mənfi saldo ilə yekunlaşmışdır.Belə ki, ölkənin qeyri-neft sektorunun rezidentləri 16751 mln. dollar həcmində ödənişlər etdikləri halda, ölkəyə daxil olmalar 9128 mln. dollara bərabər olmuşdur. Bu hesabda mənfi saldo əsasən xarici ticarətin və xidmətlərin hesabına formalaşmışdır. 2014-cü ildə 2010-cu illə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 1,2 dəfə, idxal isə 1,3 dəfə artmışdır. İdxalın da 45 faizini istehlak malları təşkil etmişdir.2014-cü ildə 2010-cu illə müqayisədə qeyri-neft sektorunun xarici ticarət əlaqələrindən qeyri-rezidentlərin ölkənin rezidentlərinə ödənişləri 1,2 dəfə artaraq, 1632 mln. dollara çatmasına baxmayaraq, ölkə rezidentlərinin ödənişləri daha yüksək templə (l,3dəfə) artmış və 7894 mln.dollar olmuşdur. Nəticədə 2014-cü ildə rezidentlər tərəfindən ödənişlər qeyri-rezidentlərə ödənişlərdən 4,8 dəfə çoxolmuşdur. Qeyri-neft sektorunun məhsullarının idxalı ixracdan 4,8 dəfə çox olmuş və son 6 ildə mənfi saldo yaranmışdır. Qeyri-neft sektorunda xidmət göstərən ölkə rezidentlərinin də qeyri-rezidentlərə ödənişləri əldə etdiklərindən 1,5 dəfə çox olmuşdur. Bütünlükdə xidmətlər üzrə yaranan mənfi saldonun 33,4 faizi qeyri-neft sektorunun üzərinə düşür.
Tədiyyə balansının "xidmətlər" balansında on illərdir ki, mənfi saldo yaranır. 2014-cü ildə 6,1 milyard dollar həcmində mənfi saldonun yaranması Azərbaycan rezidentləri ilə müqayisədə xarici ölkə rezidentlərinin Azərbaycanda daha çox xidmət işlərinin yerinə yetirməsi olmuşdur. Başqa sözlə onlar Azərbaycan rezidentlərinə 10,4 milyard dollar dəyərində xidmət işləri yerinə yetirmişdilərsə, Azərbaycan rezidentləri onlar üçün cəmisi 4,2 milyard dollar məbləğində xidmət işləri həyata keçirmişlər. Bununla da ölkədən valyuta ödənişi bu işlər hesabına daxil olanlardan 2,4 dəfə çox olmuşdur. Ölkənin qeyri-rezidentləri xidmətlərin 61 faizə qədərini qeyri-neft sektorunda yerinə yetirmişlər (2014-cü il).
2005-2018-ci illərdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üzrə tədiyyə balansının “cari əməliyyatlar üzrə göstəriciləri 3.2.6 saylı cədvəldə verilmişdir.
Tədqiq etdiyimiz 1999-2018-ci illərdə gəlirlər balansı üzrə saldo qeyri-rezidentlərin xeyrinə formalaşmışdır. Belə ki, 2014-cü ildə bütünlükdə“gəlirlər” maddəsi üzrə 2,6 milyard dollardəyərində mənfi saldo, о cümlədən qeyri-neft sektoru üzrə 503 mln.dollar müsbət, saldoya qarşı, neft-qaz sektoru üzrə neft sektorunda işləyən xarici investorların payına düşən gəlirlərin repatriasiyası, qeyri-rezidentlərə ödənilən əmək haqqı və xarici kreditlərdən istifadəyə görə ödənişlər hesabına 3,1 milyard dollar mənfi saldo yaranmışdır (cədvəl 3.2.6). 2014-cü ildə Azərbaycan rezidentlərinin yuxarıda göstərilən mənbələrdən gəlirləri cəmi 1674 mln. dollar olmuşdur. Azərbaycan rezidentləri qeyri-rezidentlərə 4256 milyon dollar ödəmişlər ki, bu da əks tərəfin bizim rezidentlərə ödənişlərindən 2,5 dəfə çoxdur. Bu məbləğin 73 faizini (3,1 milyard dollar) beynəlxalq neft-qaz konsepsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft və qaz şəklində), 6,7 faizə qədəri qeyri-rezidentlərə ödənilmiş əmək haqqı, 13 faizi xarici kreditlərdən istifadəyə görə (547,5 mln.dollar) ödənilən faizlər təşkil edir.
Eyni vəziyyət 2018-ci ildə də yaranmışdır. Neft sektoru üzrə qeyri-rezidentlər apardıqları gəlirlər ödədikləri gəlirdən 4,5 dəfə çox olmaqla 2,4 milyard dollar təşkil etmiş və 1,9 milyard dollar mənfi saldo yaranmışdır. Qeyri-neft sektorunda az da olsa, müsbət saldo (87 mln.doll) formalaşmışdır.
Gəlirlərlə bağlı ölkəyə daxil olmuş vəsait 2018-ci ildə 2005-ci ilin göstəricisinə nisbətən 6,4 dəfə artaraq, 1285 mln. dollar olmuşdur. Bu artım ancaq qeyri-neft sektoru hesabına yaranmışdır. 2017-ci ildə neft-qaz sektorundan ölkəyə ödəniş (gəlir) cəmi 512 mln. dollar təşkil etmişdir. Gəlirin isə əsas hissəsini Dövlət Neft Fondunun vəsaitlərinə, Mərkəzi Bankın sərəncamında olan xarici valyuta ehtiyatlarına və bankların xaricdə yerləşdirilmiş aktivlərinə hesablanmış faizlər üzrə gəlirlər təşkil edir.
Beləliklə, təkcə 2014-cü ildə tədiyyə balansının "dəlirlər" maddəsi üzrə saldo 2582 mln. dollar,2018-ci ildə isə 1847 mln.dollar məbləğində qeyri-rezidentlərin xeyrinə olmuşdur. Mənfi saldonun 100 faizi (1760 mln.dollar) neft-qaz sektorunun payına düşmüşdür. Qeyri-neft sektorunda gəlirlərin saldosu rezidentlərin xeyrinə baş vermişdir (cədvəl 2.2.6).
2005-ci ildə ölkə başçısı çıxışlarının birində bəyan etmişdir ki, Azərbaycan idxalı əvəz edən iqtisadi siyasət həyata keçirəcəkdir. Bu vəzifənin necə yerinə yetirildiyini əks etdirən bir neçə informasiyanı diqqətə çatdırmaq istəyirik. 2005-ci ildə qeyri-neft məhsullarının idxalı 2338 mln.dollardan ilbəil azalmaq əvəzinə intensiv artaraq 2018-ci ildə 7895 mln.dollar olmuşdur. Bu dövrdə qeyri-neft məhsullarının idxalı 3,2 dəfə, ixracı isə 1,9 dəfə artmışdır. Mənfi saldonun artımı 3,8 dəfəyə və ya 6,2 milyard dollara çatmışdır.
2014-cü ildə cari əməliyyatlar və kapital hesabının balansı 10,4 milyard dollar məbləğində müsbət saldo ilə yekunlaşmasına baxmayaraq, 2018-ci ildə bu göstərici5,8 dəfə az alaraq, cəmi 1785 mln.dollar olmuşdur.
2014-cü ildə ölkənin beynəlxalq aktivlərinin və öhdəliklərinin dəyişilməsi üzərində xüsusi dayanmaq istərdik. BVF-in yeni Təlimatına əsasən 2013-cü ildən "Maliyyə hesabı" maddəsi üzrə uçot debet-kredit prinsipi ilə deyil, maliyyə aktivləri və maliyyə öhdəlikləri maddələrinə uyğun olaraq tərtib edilir. Ozü də hər iki maddə üzrə (+) işarəsi artımı, (-) işarəsi azalmanı əks etdirir. Maliyyə aktivlərinə "xaricə yönəldilmiş birbaşa investisiyalar", portfel və digər investisiyalar, maliyyə öhdəliklərinə isə "ölkəyə cəlb olunmuş birbaşa investisiyalar", "investisiyaların repatriasiyası", "neft bonusu", portfel və digərinvestisiyalar daxil edilir. Bizim tədqiqatda 2010-2014-cü illərə aid müqayisəli sıra üçün maliyyə aktivlərini və maliyyə öhdəliklərini yeni sxem üzrə tərtib etmişik .