Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


-2018-ci illərdə qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının dinamikası (mln.dollar)



Yüklə 0,71 Mb.
səhifə26/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   22   23   24   25   26   27   28   29   ...   55
279762823 (1)

2010-2018-ci illərdə qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının dinamikası (mln.dollar)





Göstəricilər

2005

2014

2018

Kredit (daxilol­malar)

%-lə

Debet (ödənişlər)

%-lə

Kredit (daxilolma­lar)

%-lə

Debet (ödənişlər)

%-lə

Kredit (daxilolma­lar)

%-lə

Debet (ödənişlər)

%-lə




Cari əməliyyatlar və kapital hesabı, cəmi

9230

100

9022

100

36031

100

25607

100

26258

100

21873

100




o cümlədən:
- qeyri-neft sektoru



2338



25



3790



42



9128



25



16751



65



7895



35



14496



66


Xarici ticarət, cəmi

7649

100

4350

100

28260

100

9332

100

19868

100

11335

100




Ondan:
- qeyri-neft sektoru



766



10



2423



56



1632



6



7894



85



1821



10



9453



85


Xidmətlər, cəmi

683

100

2653

100

4297

100

10387

100

3768

100

6377

100




Ondan:
- qeyri-neft sektoru



683



100



996



38



4297



100



6329



61



907



95



1458



59


Gəlirlər, cəmi

202

100

1847

100

1674

100

4255

100

1589

100

3650

100




Ondan:
- qeyri-neft sektoru



202



100



200



11



1398



84



895



21



1403



60



658



22


Cari transfertlər, cəmi



626



100



142



100



1800



100



1626



100



1113



100



404



100




Ondan:
- qeyri-neft sektoru



617



99



142



100



1800



100



1626



100



1113



100



404



100

Mənbə: AR Mərkəzi Bankının İnternet saytından “Azərbaycan Respublikasının tədiyyə balansı” (yanvar-dekabr ayları), 2019-cu il”Təkrar gəlirlər” Mərkəzi Bankın bəzi illik hesabatında “cari transfertlər” adlanır.
Cədvəl 2.2.7
2010-2019-cu illərdə yeni strukturda maliyyə hesabı (mln.dollar)





Göstəricilər

2010

2018

2019




A.Xalis Maliyyə aktivləri

8293

12981

12511

1.

Xaricə yönəldilmiş birbaşa investisiyalar

232

1760

2432

2.

Portfel investisiyalar

846

818

208

3.

Digər investisiyalar

4094

2210

1389




-ticarət kreditləri və avanslar
-depozitlər və nağd valyuta
-kreditlər və ssudalar

523,2
-
3570,8

3927
1,450
1,450

1985
4275
189,2




B. Xalis Maliyyə öhdəlikləri

11897

4920

8273,1

1.

Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar

3351

4109

8049,2

2.

Cəlb olunmuş investisiyaların repatriasiyası

-2790

-3156

-3222

3.

Neft bonusu

2

450

450

4.

Portfel investisiyaları

985

422

1750,9

5.

Digər investisiyalar

7891

619

2091,7




-ticarət kreditləri və avanslar
-depozitlər və nağd valyuta
-kreditlər və ssudalar

1471,6 3900,8 2518,6

789
689
107

-180
66
1543,5




Maliyyə hesabı (A-B)

-3604

6488,8

3419,1

Qeyd: Əvvəlki təlimatdan fərqli olaraq 2013-cü ildən yeni təlimatda xalis maliyyə aktivlərinin və xalis maliyyə öhdəliklərinin artımı (+) işarəsi, xalis maliyyə aktivlərinin və öhdəliklərinin azalması(-) işarəsi ilə göstərilir. Mənbə:AR Mərkəzi Bankı, illik hesabatları.


BVF-in yeni təlimatına görə Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar ölkənin maliyyə öhdəliklərinə, xaricə yönəldilmiş birbaşa investisiyalar isə maliyyə aktivinə aid edilmişdir. Ancaq əvvəlki təlimatda maliyyə hesabatının bu pozisiyaları müvafiq olaraq ölkənin maliyyə aktivi və maliyyə öhdəlikliyi hesab edilirdi.
2019-cu ildə respublika iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar xarici iqtisadiyyata qoyulandan 5840 mln. dollar çox olmuşdur (cədvəl 3.2.7).Yeni təlimata uyğun formalaşmış göstəricilər isə 3.2.5 saylı cədvəldə verilmişdir. 2018-ci ildə ölkə rezidentlərinin maliyyə aktivləri 2014-cü illə müqayisədə artaraq 12981 mln. dollar təşkil etmişdir. Qeyri-rezidentlərə təqdim edilmiş ticarət kreditləri və depozitləri, habelə rezidentlərin özlərinin depozitləri və nağd xarici valyuta alışı azalmışdır. Hər iki pozisiya üzrə azalma 838 mln. dollar təşkil etmişdir (cədvəl 2.2.5). Bizim fikrimizcə, ölkənin rezidentləri bəzi aktivlərini (xarici iqtisadiyyata birbaşa investisiyalar, portfel investisiyaları) xarici ölkələrdə yerləşdirməyə üstünlük vermişlər. Bu maddələrin hesabına maliyyə aktivləri artmışdır.
Azərbaycanın 2014-cü ildə tədiyyə balansının maliyyənin hesabının saldosu 2013-cü ilə nisbətən 1,9 dəfə azalmışdır. Azərbaycan rezidentlərinin maliyyə aktiv­ləri azalmış, öhdəlikləri artmışdır. Bu öhdəliklərin artmasının əsas səbəblə­rindən biri “Əsrin müqaviləsi” çəeçivəsində ABƏŞ-in fəaliyyəti ilə bağlı olaraq əvvəlki illərdə ölkə iqtisadiyyatında istifadə olunmuş investisiyaların repatriasiyasının böyük məb­ləğdə (3636 mln.dollar) olmasıdır. Bundan başqa, Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici, portfel və digər investisiyaların böyük məbləğdə olması (11892 mln. dollar) və 2013-cü ilə nisbətən 1,3 dəfə artması olmuşdur. Xaricə yönəldilmiş birbaşa investisiyalar 1,5 dəfə artmışdır (2209 mln. dollar). Xalis birbaşa investisiyalar 2204 mln. dollar qeyri-rezidentlərin xeyrinə olmaqla, tədiyyə balansı­nın cari hesabının müsbət saldosundan 4,7 dəfə az olmuşdur. Ancaq 2014-cü ildə bütünlükdə «Maliyyə hesabı» ölkənin rezidentlərinin xeyrinə formalaşmışdır. Bunun da əsas səbəbi maliyyə aktivlərinin maliyyə öhdəliklərindən 3,4 milyard dollara qədər çox olmasıdır.
2014-cü ildə ölkənin beynəlxalq aktivlərinin və öhdəliklərinin dəyişilməsinin təhlili göstərir ki, 2014-cü ildə ölkə rezidentlərinin beynəlxalq aktivləri 2013-cü illə müqayisədə 79 mln. dollar azalmaqla 11692 mln. dollar təşkil etmişdir (cədvəl 3.2.5). Aktivlərin azalması bütünlükdə digər investisiyaların hesabına baş vermişdir. Bizim fikrimizcə, ölkənin rezidentləri öz aktivlərini xarici ölkələrdə yerləşdirməyə üstünlük vermişlər. Belə ki, beynəlxalq aktivlərin və öhdəliklərin saldosu, yəni onların arasındakı fərq rezidentlərin xeyrinə 3419 mln dollara bərabər olmuşdur. 2013-2014-cü illərdə ölkənin beynəlxalq öhdəliklərinin artması qeyri-rezidentlərdən kreditlərin, ssudaların və qiymətli kağızların hesabına baş vermişdir. Buna baxmayaraq, 2014-cü ildə 2013-cü illə müqayisədə ölkənin maliyyə aktivləri azalmış, öhdəlikləri isə 1,6 dəfə artmışdır. 2014 ildə 2013-cü ilə nisbətənölkənin maliyyə öhdəliklərinin artması əsasən birbaşa və portfel investisiyaların, həmçinin kreditlər və ssudalar hesabına baş vermişdir.
Tədiyyə balansının "Buraxılan səhvlər və hesaba alınmayanlar" maddəsi üzrə böyük məbləğdə artım müşahidə olunmuşdur. Belə ki, 2003-cü ildə bu maddənin qiyməti 112 mln. dollar olduğu halda, 2010-cu ildə bu rəqəm 989 mln. dollara, 2014-cü ildə isə 2810 mln. dollara bərabər olmuşdur. Bu o deməkdir ki, ehtiyyat aktiv­lərinin faktiki artımı tədiyyə balansının saldosundan 2810 milyon dollar az olmuşdur. Digər ölkələrintəcrübəsi göstərir ki, bu maddə üzrə artım, bir qayda olaraq ölkə rezidentləri tərəfindən ixracın dəyərinin ölkəyə tam qaytarılmamasının nəticəsində yaranır. Beləliklə, ehtiyyat aktivlərinin (dövlətin qızıl ehtiyatı, xarici valyuta ehtiyatları və s.) faktiki artımı gözləniləndən 6,2 faiz az olmuşdur. Xarici iqtisadi əlaqələrin illik hesabatında nəzərə alınmayan əməliyyatlar 2010-cu illə müqayisədə 2,8 dəfə artmışdır.
2015-ci ilə qədər Azərbaycanda milli valyuta kursu qeyri-neft məhsullarının idxalını stimullaşdırırdı. Məhsulların ixracı stimullaşdırmadığına görə onların ixrac potensialından tam istifadə olunmurdu. Bu da ixracdan dövlət büdcəsinə daxil olan gəlirlərin həcminə mənfi təsir edirdi. Belə siyasət idxalı stimullaşdırdığına görə idxalın müqabilində qeyri-rezidentlərə ödənişləri artırırdı. Qeyri-neft məhsullarının idxalının həcmi onlarınixracından çox olurdu. Belə ki, 2014-cü ildə qeyri-neft məhsullarının ixracı 2010-cu illə müqayisədə 19% artsada, idxalı isə 34% artmışdır. 2014-cü ildə qeyri-neft məhsullarının idxalı ixracından (4,8 dəfə) çox olduğuna görə büdcə gəlirləri hər iki fəaliyyətin birlikdə (ixrac və idxal) gəlirlərindən itirə bilər. Ona görə də onların ayrı-ayrılıqda uçotu aparılmalıdır.
2014-cü ildə xidmətlər balansının 6090 mln. dollar qeyri-rezidentlərin xeyrinə olması investisiyalardan gəlirlərin 2599 mln. dollar xaricilərə çox ödənilməsi hesa­bı­na yaranmışdır. Gəlirlər formasında qeyri-rezidentlərə 4256 mln. dollar ödənil­miş­dir. Rezidentlərə isə ancaq 1674 mln dollar gəlir daxil olmuş­dur. Həmin ildə ölkənin qeyri-rezidentləri rezidentlərə 10387 mln. dollar dəyərində (neft-qaz sektorunda 40%, qeyri-neft sektorunda 60%) xidmətlər göstərmişlərsə, rezidentlər, əksinə, qey­ri-rezidentlərə cəmisi 4397 mln. dollar məbləğində xidmətlər göstərmişlər. Belə hal­lar­­da, bir qayda olaraq, xarici borcların ödənilməsində və ya ehtiyat aktivlərinin artı­rıl­masında problemlər meydana çıxır. Ehtiyyat aktivlərinin yaradılması və ya xarici borcların ödənilməsinə eyni zamanda kapital axını da təsir edir. Ölkədən kapitalın çıxarılması ölkə daxilində xarici valyutaya tələbi artırır. Xaricdən kapitalın daxil olması xarici valyuta ehtiyyatlarının artmasına səbəb olur. 2014-cü ildə respublika iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar xarici iqtisadiyyata qoyulandan 3,6 dəfə və ya 5840 mln. dollar çox olmuşdur. Ölkənin ehtiyyat aktivləri 4194 mln. dollar artmışdır.
Son illər idxal-ixrac əməliyyatlarının azalmasına, bank sistemində xarici borc­lan­maya xidmət olunmasına və xarici valyuta təklifinin azalmasına baxmayaraq, 2015-ci ilə qədər daxili valyuta bazarında stabillik təmin olunmuşdur. Daxili valyuta bazarında stabilliyi təmin etmək və manatın kəskin ucuzlaşmasına yol verməmək məqsədilə 2010-cu illə müqayisədə 2014-cü ildə Azərbaycan Respublikasının Mər­kəzi Bankı tərəfindən alış yönümlü valyuta sterializasiyası 9,7 dəfə azalmış və cəmisi 143 mln. dollar təşkil etmişdir. Mərkəzi Bankın hesabatından görünür ki, bu tendensiya dekabr ayında partnyor ölkələrdəki devalvasiyanın psixoloji təsiri ilə ölkə daxilində xarici valyutaya tələbin kəskin artması ilə izah olunmuşdur.
Tədiyyə balansının 2015-ci ilə qədər saldosu müsbət olmuşdur. Yəni ölkəyə gələn valyutanın miqdarının ölkədən çıxan valyutanın miqdarından cox olması əlavə fəsad yaratmamışdır. Onu da, qeyd edək ki, daxilolmaların cox hissəsi dövlət bölümünün gəlirləridir. Bundan əlavə, valyuta bazarında dollara tələb təklifitəklifi xeyli üstələməsi müşahidə olunmuşdur.
Ölkənin strateji valyuta ehtiyatları artaraq 01 yanvar 2015-ci ilə 40 milyard dol­­lar həcmində olmuşdur. 2010-cu ildə ehtiyyat aktivlərinin artımı 10461 mln dol­lar olmuşdursa, 2014-cü ildə bu göstərici 4194 mln. dollara qədər və ya 2,5 dəfə azalmışdır.
Apardığımız coxsaylı araşdırmalar göstərir ki, 2005-ci ilə qədər ölkəmizdəki şirkətlər öz mövcud gəlirlərindən rein­vestisiya etməmişdilər. Amma bir necə ildir ki, həm yerli ,həm də xarici ölkələrin şirkətləri gəlir­lərindən azda olsa reinvestisiya edə bilirlər. Belə ki, Dövlətstat­komun məlumatlarından görünür ki, 2011-ci ildə qeyri-rezidentlərin yenidən investisi­yalaşdırılmış gəlirləri 200 mln. dollar rezident­lərinkindən artıq olmuşdur.
Azərbaycan Respublikasının Dövlətstatkomun hesabat materiallarından görünür ki, 2017-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 2010-cu illə müqayisədə həm ixracın, həm də idxalın hesabına 33,2 milyard dollardan 22,6 milyard dollara qədər azalmışdır. 2017-ci ilingöstəricisi 2010-cu ilin səviyyəsinin 87 faizini təşkil etmişdir.Xarici ticarət dövriyyəsinin əsasını, əvvəlki illərdə olduğu kimi neft-qaz sektorunun məhsul­ları təşkil edir. Qeyri-neft məhsullarının ixracda xüsusi çəkisi 9 faiz təşkil etmişdir (2017-ci il).
2014-cü ildə idxal-ixrac əməliyyatlarının azalması və bank sistemində stabil xa­rici borclanmaya xidmət olunması ilə əlaqədar daxili maliyyə sektorunun xarici val­yutaya tələbinin aşağı düşməsi baş verməmişdir. 2014-cü ilin sonunda və 2015-ci ildə valyuta bazarında tələb təklifi üstələmişdir. Eyni zamanda daxili valyuta baza­rının həcminin də əhəmiyyətli azalması müşahidə olunmuşdur. Həm tələb, həm də təklifdə müaşhidə olunan azalma özünü daxili valyuta bazarının həcminin azalma­sında biruzə vermişdir. Manatla da pul bazası azalmışdır. Belə ki, 2014-cü ilin iyul ayında daxili bazarın həcmi ən yüksək həddə çataraq 1500 mln.dollara qədər olmuş­dur. 2014-cü ilin oktyabr ayında bu göstərici 3500 mln.dollara yaxınlaşmışdır. 2014-cü ildə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı düşmüş və 143 mln.dollara yaxın olmuşdur. Tədiyyə balansının müs­bət saldosu azaldığına görə (ölkəyə daxil olan valyutanın həcminin ölkədən çıxarılan valyutanın həcmini üstələməsi) daxili valyuta bazarına əlavə ciddi təzyiq yaran­ma­mışdır. Qeyd edək ki, bu vəsaitlərin əksər hissəsi dövlət sektorunun gəlirləri olmuş­dur. Bundan əlavə, valyuta bazarında dollara tələb təklifi üstələməsi müşahidə olun­muş­dur. Belə vəziyyətdə manatın kəskin ucuzlaşmasına yol verməmək məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü il ərzində valyuta bazarına cəmi 143 mln.dollar həcmində alış formasında müdaxilə etmişdir ki, bu da 2013-cü ilə nisbətən 17 dəfə azdır.
Tədiyyə balansının tarazlı olmasını əks etdirən əsas göstəricilərdən biri cari əməliyyatlar və kapital hesabıdır. Tədiyyə balansı o zaman tarazlı hesab edilir ki, onun cari əməliyyatlar maddəsi üzrə defisiti olmur.
2.2.8 saylı cədvəldən görünür ki, 2015-2016-cı illər istisna olmaqla, 2010-2018-ci illərdə Azərbaycanın tədiyyə balansının müsbət saldosu yaranmışdır. Onu da qeyd etmək lazımdır ki, 2017-ci ildə əvvəlki illərlə müqayisədə bu göstəricinin müsbət saldosu dəfələrlə aşağı düşmüşdür. Məsələn, 2014-cü ildəki 10,4 milyard dollardan 2017-ci ildə 1,8 milyard dollara qədər azalmışdır (cədvəl 3.2.8). Bu azal­ma qeyri-neft məhsullarının idxalı (-,7 milyard dollar), xidmətlər üzrə əməliyyatların (-3,4 milyard dollar) və ilkin gəlirlərin (-1,8 milyard dollar) hesabına yaranmışdır.
Cədvəl 2.2.8

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin