Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


III FƏSİL AZƏRBAYCANIN MILLI ŞIRKƏTLƏRINƏ “TRANSMILLI ŞIRKƏT” STATUSUNUN VERILMƏSININ IQTISADI VƏ HÜQUQI ASPEKTLƏRI



Yüklə 0,71 Mb.
səhifə32/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   28   29   30   31   32   33   34   35   ...   55
279762823 (1)

III FƏSİL
AZƏRBAYCANIN MILLI ŞIRKƏTLƏRINƏ “TRANSMILLI ŞIRKƏT” STATUSUNUN VERILMƏSININ IQTISADI VƏ HÜQUQI ASPEKTLƏRI



3.1.Transmilli biznesin aparıcı subyekti kimi transmilli şirkətin üstünlükləri



3.2.Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin transmilli biznesinin təhlili və qiymətləndirilməsi



3.3.Azərbaycan Respublikasının iri şirkətlərinə transmilli şirkət statusunun verilməsinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi



Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi
sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam
etdirən tolerant bir ölkədir.
Azərbaycan Respublikasının prezidenti
İ.H.Əliyev


III FƏSİL. AZƏRBAYCANIN MİLLİ ŞİRKƏTLƏRİNƏ“TRANSMİLLİ ŞİRKƏT”STATUSUNUN VERİLMƏSİNİN İQTİSADİ VƏ HÜQUQİ ASPEKTLƏRİ
3.1. Transmilli biznesin aparıcı subyekti kimi transmilli şirkətin üstünlükləri

İqtisadi ədəbiyyatlarda “Transmilli şirkət” məfhumu haqqında bir sıra yanaşmalar vardır. V.A.Derqaçevə görə transmilli şirkət iki və daha çox ölkədə müxtəlifyönlü fəaliyyətə nəzarət edən və ya onun sahibi olan təsərrüfat subyektidir [130, s.47]. Eyni zamanda bu sahibolma və nəzarət təkcə xarici investisiya ilə deyil, strateji alyans yaratmaq yolu ilə də həyata keçirilə bilər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hesab edir ki, transmilli şirkət elə bir qurumdur ki, o, birdən çox ölkələrdə kompaniyaları birləşdirir və müxtəlif üsullarla onların fəaliyyətini idarə edir.


Maliyyə-sənaye qrupları, konsernlər, holdinqlər, birgə müəssisələr, xarici investisiyalı müəssisələr , səhmdar cəmiyyətlər və s. “Transmilli şirkət haqqında” Konvensiyaya görə transmilli şirkət ola bilərlər.Transmilli şirkətin təşkilati-hüquqi forması müxtəlif ola bilər [141, s.2].
İqtisadi nəzəriyyə sistemində transmilli biznesin tədqiqi göstərmişdir ki, trans­mil­li şirkətlər (korporasiyalar) transmilli biznesin inkişafının generatorları və aparıcı qüvvəsidir. Transmilli biznes sisteminə transmilli şirkətlər, çoxsahəli şirkətlər, çoxmillətli şirkətlər və beynəlxalq maliyyə-sənaye qrupları daxil edilir. Onların hər biri müstəqil biznes fəaliyyəti ilə məşğul olan biznes təsərrüfat subyektləridir [149, s.9].
Transmilli şirkətlər transmilli biznesin mərkəzi həlqəsidir. TMŞ-nin özəyini mərkəzi ofis təşkil edir. Mərkəzi ofisdə strateji xarakter daşıyan idarəetmə qərarları hazırlanır və qərarlar qəbul edilir. Burada həmçinin filial siyasəti hazırlanır. TMŞ-lərin filial siyasəti biznes fəaliyyətinin klasterləşmə nəzəriyyəsinə əsaslanır. TMŞ kütləvi məhsul istehsalını maksimum dərəcədə xammal və işçi qüvvəsi mənbələrinə yaxın təşkil edirlər. Filial siyasətinin ikinci meyarı məhsulların istehlakçılara çatdırılmasında nəqliyyat xərclərini maksimum azaltmaqdır. Üçüncü meyar məhsul istehsalının nomenklaturasını daimi təzələməkdir. Dördüncü meyar inkişaf etmiş infrastruktur yaradılmasından ibarətdir. Bu meyarlar çoxsaylı transmilli korpo­rasiyaların innovasiya, investisiya, istehsal, rəqabət, kommersiya, servis və digər uğurlarının əsasını təşkil edir. Transmilli şirkətlərin işgüzar strategiyaları onların rəqiblərinin nə istehsal etmələrindən və istehlakçılara lazım olan məhsullardan asılı olaraq işlənib hazırlanır. Bir qayda olaraq onların məhsul nomenklaturası çox geniş olur. Transmilli şirkətlər investisiyalara, bütün növ aktivlərə, biznes əməliyyatlarına, texnologiyalara və nou-haulara ciddi və mərkəzləşdirilmiş qaydada nəzarət edirlər.
Müasir dövrdə iqtisadi subyektlərin inteqrasiya prosesləri güclənir. Bu, özünü transmilli şirkətlərin dünya bazarında həm sayca, həm də tərkibcə artmasında və onların dünya səviyyəsində iqtisadiyyatın əsas hissəsini təşkil etmələrində göstərir.Transmilli biznesin subyektləri beynəlxalq fəaliyyət göstərən firmalar, transmilli şirkətlər, xaricdə də fəaliyyət göstərən şirkətlərin bir hissəsi olan firmalar, öz fəaliyyətlərinə xaricdən təsir və nəzarət olduğunu hiss edən şirkətlərdir.
Transmilli biznes sistemində üstünlük təşkil edən transmilli şirkətlər (TMŞ) beynəlxalq şirkətlər kimi çıxış edirlər.TMŞ-lər regional iqtisadi inteqrasiya proseslərinin tezləşməsi şəraitində yaranır və məqsədyönlü inkişaf etməyə başlayırlar. İnteqrasiya prosesləri TMŞ tərəfindən bütün qitələrdə beynəlxalq sahibkarlıq fəaliyyəti üçün müsbət şərait yaradır.Transmilli şirkətlər beynəlxalq iqtisadiyyatın inkişafına, o cümlədən beynəlxalq sahibkarlığa həlledici təsir edir. Transmilli şirkətlərin üstünlüyü onların proqressiv təşkilati strukturu ilə əlaqədardır ki, bu da onların üfüqi və şaquli istiqamətdə müvəffəqiyyətlə inkişafına imkan verir. Müasir TMŞ-lər arasında daim artan və dərinləşən ticari-iqtisadi, maliyyə-valyuta, elmi-texniki və istehsal əlaqələri formalaşır. Müasir TMŞ-lər daha çox elm və innovasiya biznesinə, yeni yüksək texnologiyalara söykənirlər. Bu da onları elmi ideyaların və konsepsiyaların əsas generatoru və paylayıcısı edir. Digər təsərrüfat subyektlərindən fərqli olaraq transmilli şirkətlər öz təsərrüfat fəaliyyətində beynəlxalq yanaşmadan istifadə edir və baza ölkəsində istehsal-satış, ticarət və maliyyə kompleksinin forma­laşmasını və inkişafını nəzərdə tutur, digər ölkələrdə nümayəndəliklər və törəmə şirkətlər yaradır. TMŞ-rin xüsusiyyəti ondan ibarətdir ki, onlarda mərkəzləşmiş rəhbərlik mövcud olsada, şirkətə daxil olan və müxtəlif ölkələrdə yerləşən hüquqi şəxslərin və struktur bölmələrin müstəqilliyi müəyyən çərçivədə saxlanılır.
TMŞ üçün xaricdə sahibkarlıq müəyyənedici amil kimi çıxış edir. Bəzi müasir TMŞ-lər üçün xarici əməliyyatlar onların istehsal-satış fəaliyyətinin 90%-dən çoxunu təşkil edir. Digər təsərrüfat subyektləri ilə müqayisədə transmilli şirkətlərin bir çox nəzərə çarpan üstünlükləri var. Onlar əmək, təbii və maliyyə resurslarına, yeni istehsal texnologiyalarına aktiv çıxış edirlər. Transmilli şirkətlər iqtisadiyyatın və texnoloji pro­ses­lərin diversifikasiyasına çevik reaksiya verə bilirlər.
Ölkədəki sosial-iqtisadi və siyasi vəziyyət nəzərə alınmaqla,dünyanın müxtəlif ölkələrində öz filial və müəssisələrinisəmərəli yerləşdirə bilirlər. Onlar daha yüksək rəqabət qabiliyyə­tinə malik olurlar. Fəaliyyət göstərdikləri ölkələrin hüquqi qayda­larına uyğun olaraq TMŞ-a öz fəaliyyətlərini qura bilirlər.Mövcud olan ticarət baryerlərini aradan qaldırılması məqsədi ilə investisiyalardan aktiv istifadə edirlər. TMŞözünün idarəetmə sistemini və təşkilati strukturunu daim təkmilləşdirir.
TMŞ-lərin fəaliyyəti nəticəsində əmtəələrin, kapitalın, texno­lo­giyaların ötürülməsi güclənir. Müxtəlif milli və beynəlxalq mərkəzlərə mən­sub olan transmilli şirkətlərin əməkdaşlıq etməsi qarşılıqlı fəaliyyətlərin səmərəliliyini yüksəldir.
Rəqabətin nə qədər əhəmiyyətli olmasını əsaslandırmaq üçün transmilli şirkətlərdə rəqabət məfhumuna izahat vermək lazımdır. İqtisadi ədəbiyyatlarda rəqabəti müəyyən etmək üçün üç yanaşmanı fərqləndirirlər[ 30,s.30]:

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin