Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Dünya bazarında liderlik edən transmilli şirkətlərin göstəriciləri



Yüklə 0,71 Mb.
səhifə35/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   31   32   33   34   35   36   37   38   ...   55
279762823 (1)

Dünya bazarında liderlik edən transmilli şirkətlərin göstəriciləri



Şirkət

Satış həcmi (mln.dollar)

Gəlir (mln.dollar)


Wal Mart Stores

422

16,3


Royal Dutch Shell

378

20,1


Exsonmobil

355

30,4


BP

309

3,7


Snopes Group

273

7,6


China National Perroleum

240

14,3


State Grid

226

4,5


Toyota Motor

222

4,7


Japan Post Holdinqs

204

4,8


Chevron

196

19,0


Total

186

14,0


Conoco Philips

185

11,3

Mənbə: CNN agentliyinin göstəriciləri və Fortuna jurnalı2019.URL:httt//money.cnn.com/maqazines//fortuna/

TMŞ-n ödədikləri vergilərin məbləği onların gəlirlərinə nisbətən çox kiçikdir. 80%-ə qədər gəlirlərə vergi tətbiq olunmur, tətbiq olunsa da faktiki dərəcə 5%-ə qədərdir. Başqa sözlə desək, TMŞ üçün çox aşağı vergi yükü xarakterikdir. HM Revenuel &Customs göstəricilərinə görə alına bilinməyən vergilər 32 mlrd. funt sterlinqi ötüb. TMŞ-n vergi və maliyyə siyasəti TMŞ-n vergi konsepsiyasının xüsusiyyətlərini müəyyən edir. TMŞ-n vergi planlaşması və vergi siyasəti konseptual olaraq vergi yükünün mənşə ölkələri, qəbul edən ölkələr və “vergi qavanyası”nın özəlliklərinə görə bölüşdürülməklə başa çatdırılır (cədvəl 3.1.2).


Cədvəl 3.1.2
Nexus, Amond & Smith şirkətinin göstəricilərinə görə” vergiqavanı” yükü



Şirkətlər

Gəlir,mln. funt sterlinq

Vergi, mln. funt sterlinq

Effektivlik dərəcəsi


Starbuks

398

0

0


Amazon

330

1,8

0.0545


Apple

1000

11,4

0.114


Facebook

175

0,23

0.136


Google

2600

6,0

0.23


EADS

3000

10,5

0.35


İBM

3800

21.7

0.57

Mənbə: http:/www.vedomosti.ru/finance/
İqtisadiyyatın transmilliləşməsi məsələləri bu günkü gündə çox aktualdır. Çünki TMŞ beynəlxalq ticarətdə, istehsalda, maliyyə və digər sferalarda daim artır. Bey­nəlxalq iqtisadiyyatın əsasını dünyanın 100 ən böyük transmilli kompaniyası təşkil edir. Onların əlində qeyri-məhdud iqtisadi hakimiyyət toplanmışdır. Bu kompaniyalar bütün xarici kapital qoyuluşlarının üçdən birinə malikdirlər. Müasir iri transmilli şirkətlərin əksəriyyəti 3 ölkəyə ABŞ, Avropa Birliyi, Yaponiya aiddir. Bu iri 100 TMŞ-n 25%-i ABŞ-ın, 14%-i Yaponiyanın, 30%-i isə Qərbi Avropa ölkələ­rinin pa­yına düşür. Bu da bu dövlətlərin kompaniyalarında kapital konsentrasiyasının çox yüksək olduğunu göstərir. Cənub Şərqi Asiya və Çin kimi ölkələrdə orta keyfiyyət səviyyəli ucuz əmtəələr hesabına dünya iqtisadiyyatında uğurla mübarizə aparan yüksək rəqabət qabiliyyətli yeni TMŞ-lər yaranmışdır. Belə şirkətlər daha cox elmtu­tumlu və innovasiyalı istehsal sektorlarında yaradılır. Qərbi Avropa ölkələrində daha çox avtomobil istehsalı ilə, Sakit Okean hövzəsi ölkələrində isə elektronikaya daha çox üstünlük verməsi.
Aparılan araşdırmalardan görünür ki, beynəlxalq tənzimləmə tədbirləri, eyni zamanda milli qanunvericilik bu “monstları”, “superözəl” şirkətlərini tənzim­ləməkdə acizdir. Məsələn, Danimarka xarici işlər nazirliyi transmilli şirkətləri yeni növdövlət hesab edir. Ümumiyyətlə, bir dövlətin klassik diplomatik əlaqələrlə əldə edə bilmədiklərini TMŞ-i çox asanlıqla həyata keçirirlər.
2017-ci ildə Bakı şəhərinin yaxınlığında yerləşən Ələt qəsəbəsi ətrafında azad iqtisadi zonanın yaradılması qərara alınmışdır. Azərbaycanda ilk iqtisadi zona olan “Ələt iqtisadi zonası haqqında” qəbul edilmiş qanunda Azad Zonanın idarə edilməsi, orada gömrük işi, sərhəd rejimi, əmək qaydaları və mübahisələrin həlli ilə bağlı müddəalar nəzərdə tutulmuşdur.
Dünya bankının biznesi tənzimlənməsinin qiymətləndirilməsi reytinqində 190 pozisiya içərisində biznesin rahatlığına görə Azərbaycan 65-ci yerdə durur.
Azərbaycan Respublikasının bazar iqtisadiyyatına keçməsinə baxmayaraq, müəs­si­­sələrin transmilliləşməsi ilkin inkişaf mərhələsindədir. Ölkənin bir çox iri şir­kə­t­lərinin “Azərsun Holdinq”, “Gilan Holdinq”, “Paşa Holdinq” və SOCAR Döv­lət Şirkəti kimi iri təsərrüfat subyektləri olmasına baxmayaraq onların trans­milliləşməsi beynəlxalq meyarlara uyğun olaraq təsdiqlənməmişdir, yəni rəsmiləş­dirilməmişdir.
Azərbaycan şirkətlərinin transmilliləşmə prosesinin ləng inkişafı bir sıra prob­lem­lərlə əlaqədardır. Bunlardan qlobal strategiyanı reallaşdırmaq üçün Azərbay­canın iri şirkətlərinin praktiki təcrübəsinin olmamasına və maliyyə çatışmazlığını, Azər­bay­can şirkətlərinin dünya bazarında aşağı rəqabət qabiliyyətliliyini, inkişaf etmiş ölkə­lərdə Azərbaycan şirkətlərinin mənfi imicini göstərmək olar. Məşhur Azərbaycanda biznesin inkişafına “Birləşmə və udulma”jurnalının apardığı sorğuya əsasən inkişaf etmiş ölkələrin biznesmenlərinin yalnız 11% inanır. Bundan başqa, dövlət və korporativ maraq­ların üst-üstə düşməməsi səbəbindən iri şirkətlərin transmilliləş­məsində dövlət çox da maraqlı olmur. İri şirkətlərin transmilliləşməsinə dair dövlətin işlənmiş strategiyası da yoxdur.
Bununla eyni zamanda Azərbaycan iri milli şirkətlərə birbaşa maliyyə dəstəyi göstərir.
Fikrimizcə, Azərbaycan şirkətlərinin transmilliləşməsi prosesini sürətlən­dir­mək məqsədi ilə xaricdə Azərbaycan şirkətlərinin rəqabət üstünlükləri qazanmaları üçün uzunmüddətli strategiyanın hazırlanması və həyata keçirilməsi (innova­siyaların tətbiqi, istehsal və idarəetmə prosesinin təkmilləşməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi), iri şirkət tərəfindən xarici ölkələrdə nisbətən ucuz təbii resurslar əldə etmək yollarının araşdırılması, TMŞ statusunun əldə edilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması, dövlətin böyük şirkətlərə onların xarici aktivlərinin əldə olunmasında və beynəlxalq iqtisadi əməkdaşlığın müxtəlif formalarının tətbiqində daha cox dəstək göstərməsi tələb olunur.
Transmilli şirkətlər «biznesin sosial məsuliyyəti»nə əməl edirlər. Çünki belə mövqe iri biznesin maraqlarına uyğundur. Sosial məsuliyyətə etinasız yanaş­dıqda TMŞ-lar maliyyə itkilərinə məruz qalırlar. Buna görə də biznesin sosial məsuliy­yətini təmin edən proqramı şirkətin risklərini idarə edən strategiyanın tərkibinə daxil edirlər.
TMŞ-lərin müasir təşkilinin vacib xüsusiyyətlərindən biri, vergi və digər gü­zəştlərin əldə edilməsi məqsədi ilə əsas «qeydiyyat» ölkəsini asanlıqla dəyişərək, öz idarəetmə mərkəzlərini və mənzil qərargahlarınıbir şəbəkədən digərinə çevik köçür­mək qabiliyyətidir. Vergi sahəsində TMŞ-lərin aşağıdakı əsas modelləri var: ameri­kan modeli. Bu modelə görə, şirkətin iqamətgahı onun qeydiyyatdan keçdiyi ölkədə yerləşir və eləcə də, iqamətgah TMŞ faktiki idarəetmə yeri üzrə müəyyən edilir.
TMŞ-lərə, bir qayda olaraq, ən iri və müasir müəssisələr daxil olur. Onlar yalnız daxili deyil, eləcə də dünya bazarlarına «işləyir», müvafiq istehsal sahələrində inhisarçıdırlar. Emal sənayesi, hasilat sənayesi, neftkimya və neft-qaz sənayesində, elektronikada, maşınqayırma sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərən güclü TMŞ-lər bütün qitələrə səpələnən müəssisələrində istehsalı və satışı əlaqə­ləndirir, koordinasiya edir, qlobal miqyasda beynəlxalq koopersiya və ixtisaslaşma proseslərini idarə edirlər. TMŞ-lərin əsas xüsusiyyətləriondan ibarətdir ki, onlar beynəlxalq əmək bölgüsü proseslərində, dünya təsərrüfatının inkişafında aktiv iştirak edirlər. Kapital axınından nisbətən asılı olmurlar, yüksək gəlir əldə etmək məqsədi ilə öz əməliyyatlarını həyata keçirirlər.
Beləliklə, TMŞ - xarici aktivlərlə inteqrasiya olunmuş iri korpolrasiyalar və ya müxtəlif milli mənsubiyyətə aid şirkətlər birliyidır. Onlar iqtisadiyyatın bir və ya bir neçə sahəsində üstünlüyə və ya baza ölkəsində və onun hüdudlarından kənarda ciddi imkanlara və iqtisadi təsirə malikdirlər. Transmilli biznesin inkişaf strategiyasında rəqabət strategiyası da əks edilir.
TMŞ-r mənşə ölkəsi üçün, həm də şirkətinin özü üçün bir çox üstünlüklərə malikdir. Bir ölkədə fəaliyyət göstərən şirkətlərlə müqayisədə transmilli şirkətlərin səmərəli fəaliyyəti üçün bir çox mənbələr mövcuddur. Təbii sərvətlərə və kapitala sahib olmaları və istifadə etmək hüquqları olmaları, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin nəticələrindən istifadəyə çıxışın olması, müxtəlif xammal sahələrinə üfüqi diversifikasiya və ya bir sahə daxilində texnoloji prinsip üzrə şaquli diversifikasiya belə üstünlüklərə aiddir. Bunlar da transmilli şirkətlərin iqtisadi stabilliyin və maliyyə dayanaqlığını təmin edir. Transmilli şirkətlər bu və ya digər ölkənin milli bazarının tələbini, iqtisadi artım tempini, qiymətləri, iqtisadi resurslara, o cümlədən investisiyalara çıxış imkanlarını, siyasi stabilliyi nəzərə almaqla baş (ana) kompaniyanın müəssisələrini optimal bölüşdürmək imkanına malik olur.
Transmilli şirkət yerli bazarların inkişaf perspektivlərikompaniyaların rəqabət qabiliyyəti haqqında həqiqətəuyğun informasiyalar ala bilir.
Müxtəlif ölkələrdə dövlətin xarici iqtisadi siyasətindən transmilli şirkətin maraqları üçün istifadə olunur. Köhnəlmiş texnologiyaları və məhsulları xarici filiallara ötürməklə transmilli şirkət ana kompaniyada tətbiq etmək üçün yeni texnologiyalar və məmulatlar üzərində öz resurslarını cəmləşdirir.
Birbaşa investisiyaların hesabına müxtəlif maneələri dəf edərək öz məhsullarını ixrac edə bilir. Müxtəlif ölkələrin maliyyə resurslarından istifadə etmək imkanları əldə edir.
Müxtəlif ölkələrdə əmtəə, valyuta və maliyyə bazarlarının konyukturası haqqında ardıcıllıqla informasiya əldə edə bilir ki, bu da maksimum mənfəət əldə etmək üçün kapitalı şirkət üçün əlverişli şəraiti olan ölkələrə istiqamətləndirməyə imkan verir. Təcrübə göstərir ki, transmilli şirkətlər öz beynəlxalq bizneslərini xarici ölkələrdə yeni müəssisələr əldə etmək və yaratmaq, birgə müəssisə təsis etmək və ya alyanslar yaratmaq yolu ilə genişləndirirlər.
Transmilli biznesin spesifik xüsusiyyəti ondan ibarətdir ki, transmilli şirkətlər dünya bazarının tələbatını və öz məhsullarının istehsalına başlamamışdan öncə onlara tələbatı müəyyən etmək imkanlarına malikdir.
Transmilli şirkətlər millətlərarası istehsal kompleksləri yaratmaqla beynəlxalq əmək bölgüsünün, beynəlxalq istehsal kooperasiyasının üstünlüklərindən geniş istifadə etmək imkanları əldə edirlər və beynəlxalq iqtisadi münasibətlərin xarakterinə, o cümlədən transmilli biznesin vəziyyətinə təsir edə bilirlər.
XXI əsrin əvvəllərində dünyada 80 min transmilli şirkət və 850 min onların filialları olmuşdur. Dünya bazarında çoxsaylı məhsulların (buğda, qarğıdalı, kofe, tütün, meşə materialları, xam neft və s.) satışının 75-85%-nə transmilli şirkətlər nəzarət edir. ABŞ-ın ixrac əməliyyatlarının 50%-ə qədərini, İngiltərədə 80%-ni, Sinqapurda 90%-ni transmilli şirkətlər həyata keçirir. Transmilli şirkətlərdə hər il bir trilyon dollardan çox məhsul istehsal edilir.
Müxtəlif ölkələrdə qız şirkətlər və filiallara sahib olmaqla TMS-r ucuz xammal və aşağı əmək haqqı dərəcəsi olan ölkələrdə istehsala və ya başqa fəaliyyətə istiqamətlənərək səmərəli fəaliyyəti təmin edə bilirlər, aşağı vergi səviyyəsi olan ölkələrdə fəaliyyət göstərərək daha yüksək gəlir əldə etmək imkanına malik olurlar, müxtəlif milli bazarların özünəməxsus olan şərtlərinə öz satış və istehsal proqramlarını uyğunlaşdıra bilirlər, maliyyə vəsaitləri və siyası lobbi və ictimaiyyətlə əlaqələrindən istifadə etməklə regionlara böyük təsir göstərə bilirlər. Transmilli şirkətlər regionlarda yeni texnologiyalardan istifadə edirlər, iş yerlərinin sayını artırırlar, vergi yığımını artırırlar.
Transmilli şirkətlər və qəbul edən ölkə üçün həlledici amil maraqların üst-üstə düşməsidir. Qəbul edən ölkənin siyasi sabitliyi, qanunvericiliyin uyğun xarakteri və iqtisadi siyasətin şəffaflığı, milli və xarici şirkətlərə münasibətə görə qəbul edən ölkənin siyasəti və mövqeyi, ölkənin strateji məqsədinin düzgün və reslist formalaş­dırılmasında milli və beynəlxalq bazar şəraitinin və meyllərinin nəzərə alınması, ölkənin vacib yerli istehsal amillərinin, ehtiyatlarının qiymətlərini beynəlxalq standartlar üzrə aşağı səviyyədə saxlamaq məqsədi ilə hökumətin uyğun qabiliyyəti, əmək vərdişlərinin səviyyəsi, onların təkmilləşməsi üzrə institutların sayı, əmək intizamı və sahibkarların və işçi qüvvəsinin mənəvi-etik standartları, siyasətə təsir edən institutlar və ictimaiyyət tərəfindən xarici şirkətlərə münasibət və sair amillər ölkədə kapitalın idxalına münbit şərait yaradır.
Təcrübə göstərir ki, 90-cı illərdə transmilli şirkətlər ölkələrin iqtisadiyyatına müs­bət təsir göstərmişdir. Belə ki, transmilli şirkətin olması ixracın və kapital axı­nı­nın genişlənməsinə, idarəetmə metodlarının və marketinqinin modernizasiyasına, yeni texnologiyaların daha sürətli axınına, daxili bazara mal göndərmənin yaxşılaş­masına, yerli xırda mal göndərənlərin və işə qəbul olanların gəlirlərinin artmasına və s. imkan verir.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin