Бакы шящяри



Yüklə 52,18 Kb.
tarix02.06.2018
ölçüsü52,18 Kb.
#52451


Turizm xidmətlərinin göstərilməsinə dair
Bakı şəhəri Müqavilə № __________ « » 20 ъи ил

Bu müqavilə bir tərəfdən, gələcəkdə “İCRAÇI” adlandıralacaq “Granit AS Travel” MMC şirkəti, öz nizamnaməsinə, Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən turizm fəaliyyətinə icazə verən 406 saylı 30.05.2014-cü il tarixli Lisenziyasına əsasən fəaliyyət göstərən, Baş Direktor İbrahimova Sevda şəxsində təmsil olunan, digər tərəfdən isə gələcəkdə “SİFARİŞÇİ” adlandırılacaq

_________________ aşağıdakı şərtlər əsasında cari müqaviləni bağlamışlar:


1. Müqavilənin predmeti və ümumi şərtlər.
1.1 SİFARİŞÇİ tapşırır, İCRAÇI isə yer ayırma, otel, pansionat, istirahət evlərində yaşayış, qida, transferlər, ekskursiya xidməti və tura daxil olan digər xidmətlər də daxil olmaqla, beynəlxalq və daxili turizm sahəsində xidmətlərin alınması və ödənilməsini həyata keçirir, SİFARİŞÇİNİN adından və onun tapşırığı ilə çıxış vizalarının alınmasına yardım edir, yol sənədlərinin alınması və xidmətlərin sığortalanması üzrə üçüncü şəxslərlə müqavilə bağlayır.

1.2 SİFARİŞÇİNİN bu müqavilədə qeyd edilən xidmətləri almaq hüququ müəyyən edən sənəd bu Müqavilənin ayrılmaz hissəsi sayılan Turist yol vərəqəsi və ya vauçerdir.
2. Tərəflərin hüquq və vəzifələri.
2.1 SİFARİŞÇİNİN hüquqları:

2.1.1 SİFARİŞÇİ səfərinin marşrutu ölkəsində (ölkələrində) təhlükəsiz olmanın təmin edilməsinə, o cümlədən, gəliş-gediş qaydalarına, gömrük və sərhəd nəzarəti proseduralarının keçilməsinə, müvəqqəti bir yerdə olmanın şərt və qaydalarına, həmçinin yerli əhalinin adət və ənənələrinə, dini mərasimlər və müqəddəs yerlərinə, xüsusi mühafizədə olan təbiət, tarixi mədəniyyət abidələri və digər turizm obyektlərinə, və müvəqqəti ərazisində olduğu ölkənin qanunlarına aid tam və dolğun məlumatı ala bilər;

2.1.2 Ərazisində müvəqqəti səfərdə olduğu ölkənin daxili qanunvericiliyinin tələblərinin və cari müqavilənin şərtlərinin nəzərə almaqla, həmin ölkədə sərbəst hərəkət edə bilər, turizm ehtiyatlarından sərbəst istifadə edə bilər;

2.1.3 Razılaşdırılmış proqrama əsasən müvafiq qaydada ixtisaslaşmış gid-tərcüməçinin təqdimatı ilə ekskursiya xidmətlərini ala bilər;

2.1.4 Öz şəxsi təklükəsizliyi, qanuni qaydada gətirdiyi və apardığı yük və əmlakın qorunmasının təmin edilməsini tələb edə bilər;

2.1.5 İxtisaslaşmış təxirəsalınmaz tibbi yardım və ixtisaslaşmış hüquqi yardım ala bilər;

2.1.6 Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, İCRAÇI tərəfindən cari müqavilə şərtlərinin yerinə yetirilməməsi hallarında, mənəvi ziyanın kompensayisası və zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
2.2 SİFARİŞÇİNİN vəzifələri

2.2.1 Cari müqavilədə təsdiq olunan qayda və ölçüdə İCRAÇININ xidmətlərini ödəyir; Müvəqqəti ərazisində olacağı ölkənin ölkəyə gəlmə, ölkədən getmə və ölkədə olma qaydalarına, həmçinin tranzit keçid ölkələrində analoji qaydalara riayyət edir, müvəqqəti ərazisində olacağı ölkədə qəbul edilən qanunvericiliyə və davranış qaydalarına riayyət edir, yerli əhalinin adət və inamlarına, dini etiqadlarına hörmətlə yanaşır, mehmanxana rəhbərliklərinin müəyyən etdiyi yaşayış qaydalarına riayyət etməlidir. Bu zaman turist qəbul edən tərəfə (turfirma və onun kontragentləri) vurduğu ziyanı yerində və tam həcmdə ödəyir.

2.2.1 Turist səfərinin başlanmasınadək 25 təqvim günündən gec olmayaraq, müvafiq qaydada alınmış pasport, həmçinin vizanın rəsmiləşdirilməsi üçün zəruri olan digər sənəd və məlumatları İCRAÇIYA təqdim edir. Turist sənədlərinin müddətinin bitməməsi və mövcud qaydada olmasına, uşaqları ilə getdikdə isə Notariat kontorundan uşağa dair verilmiş etibarnamənin olmasına görə məsuliyyət daşıyır.

2.2.3 İCRAÇININ müəyyən etdiyi müddət ərzində turun və vizanın rəsmiləşdirilməsi üçün lazımi olan bütün sənədləri, həmçinin dürüst anket məlumatlarını təqdim etməlidir;

2.2.4 Hava limanı və ya dəmir yolu vağzalına, təyin olunan görüş yerinə, təyyarənin uçuşuna və ya qatarın yola düşməsinə ən azı 2 saat qalmış öz hesabına gəlməlidir. Turist vaxtında təyyarəyə qeydiyyata və minməyə gəlmədiyindən aviareysə və ya qatara gecikməsi ilə bağlı itkilərin əvəzini öz hesabına ödəməlidir;

2.2.5 SİFARİŞÇİ İCRAÇIYA ziyan vurduqda, bu ziyanın tam həcmdə əvəzini ödəyir;

2.2.6 Səyahət zamanı şəxsi təhlükəsizlik qaydalarına riayyət edir.
2.3 İCRAÇININ hüquqları:

2.3.1 Cari müqavilənin şərtlərinin SİFARİŞÇİ tərəfindən yerinə yetirilməsini tələb edə bilər və müqavilənin 2.2.2-ci bəndi SİFARİŞÇİ tərəfindən pozulduğu halda, həmçinin müvəqqəti ərazisində olacağı ölkənin ölkəyə gəlmə, ölkədən getmə və ölkədə olma qaydalarının, o cümlədən, tranzit keçid ölkəsində analoji qaydaların SİFARİŞÇİ tərəfindən sistematik pozulması halında turizm xidmətlərinin ona təqdim olunmasından imtina edə bilər;

2.3.2 Proqramda nəzərdə tutulanla müqayisədə SİFARİŞÇİNİN nəqliyyat şəraitini (nəqliyyatın rahatlığının növ və dərəcəsini) yaxşılaşdırmaqla dəyişə bilər, həmçinin analoji mehmanxana nömrəsinin və ya daha yüksək dərəcəli mehmanxana nömrəsinin təqdim edilməsilə SİFARİŞÇİNİN yaşayış şəraitini dəyişə bilər.

2.4 İCRAÇININ vəzifələri:

2.4.1 Cari müqavilənin şərtlərinə və bu müqavilənin tərkib hissəsi olan Proqramın razılaşdırılması imkanını təmin edən tam və dolğun məlumatı SİFARİŞÇİYƏ təqdim edir;

2.4.2 SİFARİŞÇİ tərəfindən _________________ - _________________ tarixində _________________ ölkəsində olmasına gəlmə vizasının alınması üçün sənədləri rəsmiləşdirməkdə və təyin olunan qayda və təyin olunan müddətdə müvafiq səfirliyə bu sənədləri təqdim etməkdə yardım edir.Qəbul edən tərəf Turistə giriş vizasını vermədiyi halda, yaxud səfirlik vizanın verilməsinə imtina etdiyi halda, viza alınması üçün verilən rüsum geri qaytarılmır.İCRAÇI SİFARİŞÇİDƏN bu müqavilə üzrə aldığı bütün məbləği, özünün çəkdiyi birbaşa xərclər istisna olmaqla (turoperatora/otelə yer ayrılması üçün, qarşılamaq və yola salmaq üçün nəqliyyatın sifariş edilməsi, ekskursiya proqramı, avia və ya dəmir yol biletlərinin alınması, sığorta və s. xərclər) sonuncuya qaytarır.

2.4.3 Proqrama müvafiq qaydada səfərin bütün marşrutu ərzində aviasiya, dəmir yolu və digər gediş biletlərini təqdim edir;

2.4.4 Tibbi sığortanın rəsmiləşdirilməsini təmin edir;

2.4.5 Cari müqavilə və onun tərkib hissəsi olan proqram üzrə müvafiq qaydada və tam həcmdə öz öhdəliklərini yerinə yetirir.

2.4.6 Səfər proqramına dəyişikliklər edildikdə, İCRAÇI SİFARİŞÇİNİ bu dəyişikliklər yarandığı andan 2 (iki) gün ərzində xəbərdar edir. SİFARİŞÇİ bu müqavilənin sonunda qey edilən rekvizitlərdə olmadıqda, İCRAÇI öz üzərindən məsuliyyəti götürərək müstəqil qərar qəbul edir.

2.4.7 İCRAÇI tərəfindən SİFARİŞÇİYƏ zərər vurulduğu təqdirdə, bu müqavilənin 4.2-ci bəndində qeyd olunan qaydada zərəri ödəməkdən öncə, vurulan zərər ilə əlaqədar İCRAÇI öz araşdırmasını edir.
3. Turizm məhsulunun qiyməti və ödəniş qaydası.
3.1 Turizm xidmətlərinin ümumi dəyəri AZN

təşkil edir. Bu məbləğə sifarişin rəsmiləşdirilməsinə görə SİFARİŞÇİNİN ödədiyi haqq daxildir. SİFARİŞÇİ hər hansı səbəbdən səfərdən imtina etdikdə bu haqq qaytarılmır. Cari müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar İCRAÇININ bütün xərcləri, o cümlədən, aviasiya və dəmir yolu biletlərinin dəyəri, SİFARİŞÇİNİN yaşayışı, ekskursiya və digər xidmətlərin dəyəri qeyd olunan məbləğə daxildir;

3.2 Qeyd olunan məbləğ Azərbaycan Beynəlxalq Bankında bu məbləğin konvertasiyasına görə tutulacaq 2% komisyon ödənişi ilə birgə İCRAÇININ hesablaşma hesabına köçürülmə yolu ilə və ya xəzinəsinə nağd qaydada müqavilə imzalanandan sonra növbəti 3 (üç) iş günü ərzində ödəniş edilir. SİFARİŞÇİ tərəfindən ödənişdə hər hansı gecikdirmələr olduqda, bu müqavilədə qeyd edilən hər hansı məbləğə İCARÇININ təşəbbüsü ilə yenidən baxıla bilər, yaxud İCRAÇI bu müqaviləyə uyğun olaraq cərimə sanksiyalarını tətbiq etməklə, Turisti səfərdən kənarlaşdıra bilər.

3.3 Cari müqavilənin imzalanması anından 3 (üç) bank günündən gec olmayaraq qeyd olunan məbləğ nəğd və ya İCRAÇININ bank hesabına ödənməlidir.
4. Tərəflərin məsuliyyəti.
4.1 Tərəflər cari müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məsuliyyət daşıyırlar.

4.2 Cari müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən İCRAÇI SİFARİŞÇİYƏ dəyən zərəri tam ödəyir.

4.3 Müqavilə və ya proqramda nəzərdə tutulan hər hansı bir xidmətin yerinə yetirilməsi mümkün ollmayan halda, İCRAÇI həmin xidmətin tam dəyərini SİFARİŞÇİYƏ kompensasiya edir və ya SİFARİŞÇİNİN seçimi üzrə digər analoji dəyərdə olan xidmətə həmin xidməti dəyişir.

4.4 Səbəbindən asılı olmayaraq getməyə aşağıdakı cədvəldə qeyd olunan müddətlər ərzində SİFARİŞÇİNİN təşəbbüsü üzrə səfərdən imtina edildikdə, İCRAÇININ qənaət etdiyi xərclərin və əldə edə biləcəyi gəlirin dəyəri nəzərə alınmaqla, səfərin dəyərindən aşağıda göstərilən faizlər tutulmaqla, SİFARİŞÇİYƏ səfərin dəyəri qaytarılır. 5 gündən az bir müddətə səfərdən imtina edildikdə isə, səfərin ödənişi geri qaytarılmır.
Səfərdən imtina müddəti İCRAÇININ faiz tutumu

1. 30 gündən yuxarı 10%

2. 30 gündən 20 günədək 25%

3. 20 gündən 15 günədək 50%

4. 15 gündən 5 günədək 75%

5. 5 gündən az 100%
4.5 Çarter reyslərinə alınan tur paketlərdən imtina 100% cərimə edilir.

4.6 Turist Birləşmiş Ərəb Əmirliyində üzrsüz səbəbə görə 1 aydan artıq ölkədə qalarsa 1500 AZN və hər gün üçün əlavə olaraq 30 AZN həcmində cərimə edilir.

4.7 Turist şengen ölkələrdə verilmiş viza vaxtından əlavə ölkədə üzrsüz səbəbə görə qalarsa 2000 AZN və hər gün üçün 50 AZN həcmində cərimə edilir.

4.8 Birləşmiş Ərəb Əmirliyinə turist üçün verilən sənədə viza verilmədikdə, viza üçün ödənilən məbləğ geri qaytarılmır.

4.9 Azərbaycan Respublikasının, həmçinin səfər ölkəsinin hökümət və ya məsuliyyətli şəxslər (polis, gömrük, sərhəd orqanları, təhlükəsizlik xidməti, avia şirkətin əməkdaşları və otel rəhbərləri) tərəfindən qanuni əsaslarla, SİFARİŞÇİ uçuş, ölkəyə giriş əvvəlcədən ayrılmış oteldə yaşamaq imkanından məhrum olunursa, İCRAÇI tur üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyətdən azad olunur. Bu halda turdan tam imtina edildiyinə görə cərimə tutulur və alternativ yer ayrılma ilə bağlı bütün əlavə xərcləri SİFARİŞÇİ ödəyir. SİFARİŞÇİ səfər zamanı hər hansı səbəbdən müqavilə üzrə turizm xidmətindən tam və ya qismən imtina etdikdə, həmçinin SİFARİŞÇİ səfərdə olduğu ölkənin qanunu pozması və ya SİFARİŞÇİNİN günahı üzündən səfərin dayandırılmasına görə müqavilə üzrə nəzərdə tutulan turizm xidmətinin istifadə olunmamış hissəsinə görə kompensasiya ödənilmir.

4.10 Səfər zamanı SİFARİŞÇİNİN xəstələnməsi, zədə alması və ya digər bədbəxt hadisələrə görə İCRAÇI məsuliyyət daşımır və bu səbəblərdən SİFARİŞÇİNİN çəkdiyi xərclərinin əvəzini ödəmir.

4.11 İCRAÇI tur zamanı SİFARİŞÇİNİN yükünün və şəxsi əşyalarının itməsinə, oğurlanmasına, bədbəxt hadisə və ya digər sığorta halları nəticəsində istənilən tibbi xərclərə görə məsuliyyət daşımır.

4.12 İCRAÇI ondan asılı olmayan və onun nəzarətindən kənar səbəblərlə, məsələn: avia-reysin və digər nəqliyyat vasitəsinin gecikməsi, başqa vaxta keçirilməsi və ya ləğv olunması və bununla əlaqədar turizm xidmətlərinin həcminin və müddətinin dəyişdiriliməsi, yaxud digər fors-major səbəblərlə bağlı turun ləğv edilməsinə, gecikməsinə və ya dəyişdirilməsinə görə məsuliyyət daşımır.

4.13 Xidmət şərtləri SİFARİŞÇİ tərəfindən müstəqil şəkildə dəyişdirilərsə və bu dəyişikliklər müqavilədə əvvəlcədən razılaşdırılmış xidmətdən əlavə xərclər yaradarsa, İCRAÇI bu dəyişikliklərə görə maddi məsuliyyət daşımır.

4.14 SİFARİŞÇİNİN təşəbbüsü ilə səfərdən imtina və ya tərəflər arasında razılaşdırılmış sifarişdə qeyd olunanlardan başqa onun hər hansı bir şərtinin dəyişdirilməsi barədə ərizənin verilməsi tarixi qeyd olunmaqla, yazılı formada qeyd olunur. SİFARİŞÇİNİN təşəbbüsü ilə tərəflər arasında razılaşdırılmış sifarişdə qeydolunanlardan başqa, onun hər hansı bir şərtinin dəyişdirilməsi, turistin əvvəlcədən yer ayırmadan imtinası və yeni sifarişi kimi qəbul edilir.

4.15 Sığorta vəziyyəti yarandıqda, tibbi xərclər sığorta şirkəti tərəfindən sığorta polisinə əsasən ödənilir.Sığorta ilə bağlı bütün məsələlər sığorta şirkəti tərəfindən həll olunur.

4.16 Cari müqavilə ilə tənzimləyən məsələlər üzrə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada məsuliyyət müəyyən olunur.
5. Fors-Major
5.1 Tərəflər bu müqavilə imzalandıqdan sonra onların qabaqcadan görə bilmədiyi, şüurlu tədbirlərlə qarşısını ala bilmədiyi fövqəladə xarakterli hadisələrlə bağlı yaranan qarşısıalınmaz hallar, məsələn: zəlzələ, yanğın, leysan, su daşqını qar uçqunları və digər təbii fəlakətlər, hökümətin qərarları və ya dövlət orqanlarının sərəncamları, müharibə, silahlı münaqişələr, həmçinin gediş sənədləri tərtib olunandan sonra təyyarə, qatar və digər nəqliyyat vasitələrinin hərəkət cədvəlinin dəyişdirilməsi, ona riayyət olunmaması və ya ləğv edilməsi nəticəsində bu müqavilə üzrə öhdəliklərin qismən və ya tam yerinə yetirilməməsinə görə məsuliyyətdən azad olunurlar.
6. Müqavilənin qüvvədə olma müdəti
6.1 Tərəflər müqaviləni imzaladığı andan müqavilə qüvvəyə minir.

6.2 Cari müqavilə tərəflər bu müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməsinədək qüvvədədir.
7. Mübahisələrin həll edilməsi qaydası
7.1 Tərəflər arasında yarana biləcək mübahisə və fikir ayrılıqları ilk növbədə tərəflər arasında danışıqlar yolu ilə öz həllini tapır. Bu müqavilə üzrə və onunla bağlı tərəflər arasında yarana biləcək bütün mübahisə və ziddiyətlər müqavilənin qüvvəyə mindiyi andan 20 gün ərzində SİFARİŞÇİ tərəfindən verilmiş yazılı iddiaya əsasən baxıla bilər.

7.2 SİFARİŞÇİNİN səfərdə olduğu zaman əsaslı iradlar olduğu halda, SİFARİŞÇİ İCRAÇININ nümayəndəsinə qəbul edən firmaya və ya qrupu müşaiyət edən şəxsə müraciət etməlidir (yazılı surətdə). Problemi yerində həll etmək mümkün olmadıqda, SİFARİŞÇİ İCRAÇIYA müraciət edə bilər.

7.3 Turizm məhsulunun keyfiyyətinə qarşı SİFARİŞÇİ tərəfindən iradlar yaranan anda dərhal, yazılı formada İCRAÇININ və ya qəbul edən tərəfin nümayəndəsinə təqdim olunur.Bu şərtin yerinə yetirilməməsi iradın tam və ya qismən təmin edilməsinə əsas verir.

7.4 Danışıqlar yolu ilə həll edilməyən bütün mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada məhkəmədə həll olunur.
8. Digər şərtlər
8.1 İCRAÇI tərəfindən ziyanın əvəzi kimi ödənilən məbləğ bu müqavilədə göstərilən turizm xidmətlərinin dəyərinin 100%-dan artıq ola bilməz;

8.2 16 yaşınadək uşaqlar xaricə turizm səfərinə getdikdə-uşağa səfərə getməyən valideyni(ləri) tərəfindən notarial qaydada təsdiq olunmuş yazılı icazə verilməlidir;

8.3 Bu müqavilə imzalanan andan ona qədərə ki, bütün yazışmalar, sənədlər və tərəflər arasındakı bu müqavilənin predmeti olan məsələlər üzrə danışıqlar öz qüvvəsini itirirlər.

8.4 İstənilən dəyişiklik və əlavələr bu müqaviləyə yazılı əlavələr şəklində tərtib olunur və əlavələr kimi onun ayrılmaz hissəsini təşkil edirlər;

8.5 Bu müqavilə tərəflərin hər birində bir nüsxədə saxlanılmaqla, eyni qüvvəyə malik iki nüsxədə tərtib olunubdur.
Qeyd: SİFARİŞÇİNİN adından müqavilə və yer ayrılma haqqında sifarişi SİFARİŞÇİNİN qanuni tapşırığı ilə hərəkət edən fiziki və ya hüquqi şəxslər imzalaya bilərlər.
9. Tərəflərin rekvizitləri və imzaları.
“SİFARİŞÇİ” “İCRAÇI”
S.A.A: _________________ "GranitAS Group" MMC

Pasport: _________________ Nizami küç. 77/9, Bakı, Azərbaycan

Ünvan: _________________ VÖEN: 1300664171

Tel: +994 12 447 48 43

Tel: _________________ Fax: +994 12 594 18 49

E-Mail: _________________ E-Mail: info@granitas.az
: «ACCESSBANK» QSJ Bakıxanov filialı

CODE: 506731

ВЮЕН: 1400057421

SWIFT: AJABAZ22

İmza: H/Н:AZ07ACAB00210100000000508610

Baш direktor: Vəlizadə Kənan
Turistin tapşırığı ilə hərəkət edən şəxsin imzası:

İmza: İmza:









Yüklə 52,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin