Bank işi fənni üzrə kollukvium sualları


ci sual:Kreditin Mahiyyeti ve funksiyalari



Yüklə 367,39 Kb.
səhifə16/18
tarix22.05.2022
ölçüsü367,39 Kb.
#116116
1   ...   10   11   12   13   14   15   16   17   18
Bank işi kollukvium 30 cavabları

26ci sual:Kreditin Mahiyyeti ve funksiyalari

Kredit latın sözü «creditum» sözündən götürülərək ssuda* borc mənasını


verərək natural və ya pul fonuasında dəyərin bir şəxs, müəssisələr və
dövlətlər tərəfindən faiz ödəməklə digərlərinə qaytarılmaq şərti ilə
müvəqqəti istifadəyə verilməsini özündə cəmləşdirən iqtisadi
münasibətlərdir.
Bazar iqtisadiyyatı şəraitində kreditin zəruriliyi kapitalın dövriyyəsi prosesində
bəzi müəssisələrdə sərbəst pul vəsaitlərinin, digərlərində isə bu vəsaitlərə
ehtiyacm yaranması ilə əlaqədardır. Belə ki, təkrar istehsal prosesində pul
kapitalı sərbəstləşir və kreditin mənbəyi kimi çıxış edir. Kreditin digər mənbəyi
kimi dövlətin müvəqqəti pul vəsaitləri və banklar tərəfindən cəlb edilən yığım
və əmanətlər çıxış edir. Bazar iqtisikdiyyatı prosesində pul vəsaitlərinin
hərəkətsiz qalması bir dəyər kimi kapitalın xarakterinə ziddir, o, daima hərəkət
edərək sahibinə gəlir gətirməlidir.

Kredit asagidaki funksiyalari yerine yetirir:



1. Yenidən bölüşdürmə. Bu funksiyanın köməyi ilə müəssisələrin, fiziki şəxslərin
sərbəst pul vəsaitləri səfərbər edilib sonradan ssuda kapitalına çevrilərək pul
vəsaitlərinə ehtiyacı olan sahələrə yönəldilir. Bazar iqtisadiyyatı şəraitində ssuda
kapitalları bazarı müvəqqəti sərbəst maliyyə resurslarını təsərrüfat fəaliyyətinin
bir sferasından digər sferasına - pul vəsaitlərinə ehtiyacı olan sferaya yönəldir ki.
bunun da nəticəsində yüksək mənfəət əldə edilir.
2. Tədavül xərclərinə qənaət. Özünün mövcudluğundan kredit həqiqi pulların kredit
pullarla əvəz olunması funksiyasını yerinə yetirmişdir. Bu proses kredit pulların
qızılın dövriyyədən çıxaniması ilə başa çatdı. Hazırki şəraitdə kredit nağdsız
hesablaşmaların inkişafı, pul tədavülünün sürətləndirilməsi və nağd pul
dövriyyəsinin kredit əməhyyatları ilə əvəz olunması yolu ilə tədavül xərclərinə
qənaət funksiyasım yerinə yetirir.
3. Elmi-texniki tərəqqinin gücləndirilməsi. Son zamanlarda elmi-texniki tərəqqi hər
bir dövlətin, iqtisadi subyektlərin iqtisadi inkişafının müəyyənedici amilinə
çevrilmişdir. Bu özünü əsasən elmi-texniki sahələrə yönəldilən vəsaitlərin -
xüsusən kreditlərin artmasında göstərir. Bununla yanaşı innovasiya proseslərinin
- elmi tədqiqatların və texnologiyalarm istehsala tətbiqi, həyata keçirilməsi əlavə
vəsait tələb etdiyindən kreditə böyük ehtiyac yaranır və kreditdən bu məqsədlə
geniş istifadə edilir.



Yüklə 367,39 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin