Kommersiya bankları öz müştərilərinə kredit xidməti göstərmək
üçün müvafiq resurs bsazasına malik olmalıdır ki, bunun da
başlıca mənbəyini depozit və əmanətlər təşkil edir. Buna görə də
depozit əməliyyatı bankın fəaliyyətinin bir növ bünövrəsini təşkil
edən üç əməliyyatdan biri (kredit, depozit, hesablaşma) hesab
olunur
Bir qayda olaraq bank praktikasında
"depozit” anlayışı ilə "əmanət" anlayışı eyni qəbul edilir. Mülki qanunvericilikdən fiərqli olaraq Mərkəzi Bankın normativ aktlarmda bu iki anlayış daha geniş məzmuna malikdir.
Belə ki,"depozit" yalnız pul şəklində qoymluşlan deyil, həm də qiymətli
metalların etibarlı saxlanması ilə bağlı əməliyyatları özündə birləşdirir. Pul
vəsaitlərinin əmanət formasında banklara cəlbi isə aynca bank əməliyyatı
olub yalnız Palata tərəfindən verilən lisenziya əsasında həyata keçirilir.
Depozit əməliyyatının iqtisadi mahiyyəti ondan ibarətdir ki, fiziki və
hüquqi şəxslər öz sərbəst pul vəsaitlərini faiz şəklində əlavə gəlir əldə
etmək məqsədilə banklara yatırırlar. Bu məqsədlə bankla əmanətçi
arasında əmanət müqaviləsi bağlanır. Eyni zamanda əmanət
qoyuluşunu rəsmiləşdirmək üçün müştəriyə əmanət kitabçası və ya
depozit plastik kartı verilir, ya da əmanət və ya depozit sertifikatı
təqdim olunur. Bank praktikasında əmanət sertifikatı fiziki şəxslərə,
depozit sertifikatı isə hüquqi şəxslərə verilir.
Depozit əməliyyatnın subyekti banklar və pulun sahibləri olan kreditorlar