72.1.
Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından:
72.1.1.bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən
hərəkətlər
hüquqi qüvvəyə malik olur;
72.1.2.banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;
72.1.3.bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər
yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru
çərçivəsində irəli sürülür;
72.1.4.qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi
qüvvəsini itirir;
72.1.5.girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı
maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası
dayandırılır;
72.1.6.bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu
zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.
72.2.
Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın
səhmlərinin ləğvedici tərəfindən digər şəxsə köçürülməsi bu Qanunun 74-cü maddəsinə
müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata
keçirilir.
M a d d ə 7 3.
Ödəniş sistemlərində hesablaşmaların qətiliyi
73.1. Bu Qanunun 72.1-
ci maddəsinin müddəalarından asılı olmayaraq:
73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz
hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə
ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır
və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə
minənədək
gerigötürülməz olsun;
73.1.2. bu Qanunun 73.1.1-ci mad
dəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə
malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın
müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata
keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin.
73.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək bağlanmış müqavilə
və əqdləri ləğv edən və ya təxirə salan hər hansı normativ hüquqi akt və ya sərəncam ödəniş
sistemləri vasitəsi ilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz.
M a d d ə 74.
Bankın səhmlərinin, aktivlərinin, öhdəliklərinin köçürülməsi və
Dostları ilə paylaş: