Məhkəmənin qabaqcadan razılığını aldıqdan sonra bankın ləğvedicisi tələblərin nizama
salınması məqsədilə bankın istənilən kreditoru və ya borclusu ilə danışıqlara başlaya bilər.
Bu cür nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz.
M a d d ə 8 1.
Girovla təmin edilmiş tələblər
81.1.
Aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin
təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq
hərracda satılır:
81.1.1.qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər
aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən
satılmasına yol verilir;
81.1.2.bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli
kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında
saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda
satılmasına yol verilir.
81.1-1. Bu Qanunun 81.1-
ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə
satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi
tarixindən 30 gündən gec olmayaraq keçirilir.
81.2.Ləğvedici bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərracda
qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri
məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər.
81.3. Bu Qanunun 81.1.2-
ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan
sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir.
81.4.
Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından
əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə,
ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş
növbəliliklə ödənilir.
M a d d ə 8 2.
Ödənişlərin növbəliyi
82.1.
Müflis elan
olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik
qaydasında bölüşdürülür:
82.1.1.
fiziki şəxslərin borc qiymətli kağızları formasında olan əmanətləri istisna olmaqla,
fiziki şəxsin 10 milyon manatadək əmanəti
üzrə tələbi;
82.1.2.fizik
i şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;
82.1.3.iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və
ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə
xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi
öhdəliklər;
82.1.4.iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin
tələbləri;
82.1.5.bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən
əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi
haqqında bankın işçilərinin və keçmiş
işçilərinin tələbləri;
82.1.6.müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə
əlaqədar bankın öhdəlikləri;
82.1.7.bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən
çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər,
məcburi dövlət sosial
sığorta haqları və işsizlikdən sığorta haqları üzrə ödənilməli məbləğlər;
82.1.8.təminatsız kreditorların tələbləri.
82.2.
Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə
qanunvericiliyə uyğun qaydada ödənilir.
M a d d ə 8 3.
Ləğv planı
83.1. Bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən ən
geci 120 təqvim günü ərzində ləğvedici bankın ləğvinə dair müfəssəl planı hazırlayıb təsdiq
olunması üçün məhkəməyə müraciət edir:
83.1.1.bankın aktivlərini və passivlərini onların ehtimal edilən ləğv dəyəri ilə göstərən cari
maliyyə hesabatı, cari tarixdən sonrakı üç ay üçün bankın ehtimal edilən maliyyə hesabatı.
Balansın passivində kreditorlardan qəbul edilmiş tələblər, o cümlədən etiraz edilmiş tələblər
göstərilir;
83.1.2.bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatlar;
83.1.3.bankın əsas vəsaitlərinin və digər aktivlərinin satışı üzrə görülmüş işlər haqqında və
satış planları haqqında hesabat;
83.1.4.bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar
hərəkətlər haqqında hesabat, o cümlədən qanunsuz sazişlərin və köçürmələrin, habelə bu
cür sazişlər və köçürmələr nəticəsində yaranmış hüquqların ləğvi
üzrə hərəkətlər;
83.1.5.bankın inzibatçılarının qanunsuz hərəkətləri və bankın xeyrinə kompensasiya
alınmasına yönəldilmiş hərəkətlər haqqında hesabat;
83.1.6.sığorta, şəxsi muzd müqavilələri və banka xidmət müqavilələri kimi cari kontraktların
qüvvəsinin davam etdirilməsi və ya qüvvəsinə xitam verilməsi haqqında hesabat, o cümlədən
bank i
şçilərinin maliyyə təminatının müfəssəl təhlili;
83.1.7.bankın öhdəlikləri haqqında hesabat və növbəti rüb ərzində bankın kreditorlarına
nəzərdə tutulan ödənişlərin cədvəli;
83.1.8.ləğvetməyə çəkilmiş və gələcək məsrəflər və xərclər haqqında hesabat.
83.2.
Ləğv planı hər rüb təzələnir. Məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğv planı
bank sirri məlumatları istisna olmaqla, tanışlıq üçün tələbləri bu Qanunun 77-ci maddəsinə
uyğun hazırlanan təsdiqli tələblər siyahısına daxil edilmiş bank kreditorlarına təqdim
edilir.
M a d d ə 8 4.
Müflis bankların maliyyə sağlamlaşdırılması
Bu Qanunun
57-9-cu
maddəsi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, müflis bank
tamamilə və ya qismən maliyyə sağlamlaşdırılması proseduruna cəlb oluna bilməz.
Dostları ilə paylaş: