Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə14/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   10   11   12   13   14   15   16   17   ...   60
Banklar haqqında qanun

Maliyyə bazarlarına nəzarət orqanı baxılmaq üçün ona təqdim edilmiş ilkin müraciətdə 
və ya müraciətə əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, bu 
barədə müraciət edənlərə 15 təqvim günü müddətində bildiriş göndərir və onlara bu səhvləri 
və  ya  çatışmazlıqları  aradan  qaldırmağı  təklif  edir.  Həmin  müddətdə maliyyə  bazarlarına 
nəzarət orqanı müraciət edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul 
edilmiş hesab edilir. 
8.4. 
Maliyyə  bazarlarına  nəzarət  orqanı ilkin  müraciəti  bu  Qanunun  8.3-cü  maddəsində 
göstərilən bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində, xarici təsisçilərin 
iştirakı olduğu halda isə ən geci 180 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul 
edir. Hər bir halda maliyyə bazarlarına nəzarət orqanı qəbul etdiyi qərarı müraciət edənlərə 
göndərir. 
8.5. 
Maliyyə  bazarlarına  nəzarət  orqanının ilkin  müraciətə  müsbət  baxılması  haqqında 
qərarında aşağıdakılar göstərilir: 
8.5.1.bankın biznes-planı və təqdim edilmiş sənədlərdə göstərilən bank fəaliyyəti növlərini 
nəzərə almaqla ödənilməli olan ilkin nizamnamə kapitalının minimum miqdarı. 
8.5.2.bank lisenziyasına daxil edilən bütün məhdudiyyətlər və bunun əsaslandırılması; 
8.5.3.         
ərizəçilərin  bank  lisenziyası  verilənədək  yerinə  yetirməli  olduqları  şərtlər  və 
onlara dair tədbirlər; 
8.6. 
Maliyyə bazarlarına nəzarət orqanı bank lisenziyası almaq üçün ilkin müraciəti rədd 
etdikdə, öz qərarında bunun səbəblərini göstərməlidir. 
8.7. 
İlkin  müraciət  rədd  edildikdə  bank  lisenziyasının  alınması  üçün  müraciət maliyyə 
bazarlarına nəzarət orqanına təkrarən təqdim edildikdə, ona yeni müraciət kimi baxılır. 
8.8. 
Maliyyə  bazarlarına  nəzarət  orqanı bank  lisenziyası  alınması  üçün  ilkin  müraciətə 
müsbət  baxdıqda,  ilkin  nizamnamə  kapitalının  minimum  miqdarının  köçürülməsi  üçün  öz 
balansında həmin bankın müraciəti ilə onun adına hesab açır. 
8.9. 
Təsis  edilən  bank  ilkin  müraciətinin  müsbət  baxılması  haqqında  qərarın  qəbul 
olunduğu  gündən  180  təqvim  günü  müddətində  ilkin  nizamnamə  kapitalının  minimum 
miqdarını  ödəməli  və  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  və  ona  müvafiq  olaraq 
qəbul  edilmiş  digər  qanunvericilik  aktlarına  uyğun  dövlət  qeydiyyatından  keçməlidir.  Bu 

ddət ərzində təsis edilən bank korporativ idarəetmə sistemlərini təşkil etməli (bu Qanunun 


tələblərinə  uyğun  idarəetmə  orqanlarını  yaratmalı,  təşkilati  strukturu  formalaşdırmalı, 
informasiya  texnologiya  sistemini  tətbiq  etməyə  hazır  olmalı,  mühasibat  uçotu  və  hesabatı 
siyasətini  müəyyən  etməli,  reqlament  hazırlamalı,  müvafiq  rəhbər  və  minimum  işçi  heyəti 
müəyyən etməli), texniki-təchizat və təhlükəsizlik tədbirlərini tamamlamalıdır. 
8.10.          
Bank lisenziyası almaq üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə edilir: 
8.10.1.dövlət  qeydiyyatı  haqqında  sənədin  və  nizamnamənin  surəti,  habelə  bankın 
reqlamenti; 
8.10.2.bankın yaradılması və inzibatçıların təyin edilməsi haqqında səhmdarların ümumi 
yığıncağının qərarının surəti; 
8.10.3.bank  lisenziyasının  alınması  üçün  ilkin  müraciətə  müsbət  baxılması 
haqqında maliyyə  bazarlarına  nəzarət  orqanının qərarı  ilə  müəyyən  edilmiş  şərtlər 
qoyulduqda, həmin şərtlərin yerinə yetirildiyini təsdiqləyən sənəd (sənədlər); 
8.10.4.ilkin  müraciətlə  təqdim  edilmiş  məlumatlarda  əhəmiyyətli  dəyişikliklər  olduqda 
həmin dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat; 
8.10.5.bankın  korporativ  idarəetmə  sistemlərinin,  0  cümlədən  idarəetmə  orqanlarının 
formalaşdırılması,  texniki-təchizat  və  təhlükəsizlik  tədbirlərinin  həyata  keçirilməsini 
təsdiqləyən sənədlər; 
8.10.6.bank  lisenziyasının  verilməsi  üçün  dövlət  rüsumunun  ödənildiyini  təsdiqləyən 
sənəd. 
8.11. Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü 
müddətində baxılır. Yekun müraciətdə və/və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya 
çatışmazlıqlar  müəyyən  edildikdə,  onların  aradan  qaldırılması  üçün maliyyə  bazarlarına 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin